Avtoşluq edirdi, tutuldu
Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs edilib.
Bakı Şəhər DYP İdarəsindən Bakıvaxtı.az-a verilən məlumata görə, DYP-nin əməkdaşları tərəfindən yol-hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün real təhlükə yaradan “Subaru” markalı, 99-LT-866 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü İlkin Məmmədov saxlanılıb.
Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə İ.Məmmədovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 15 sutka inzibati qaydada həbs edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 28 Sentyabr 2026 10:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















