Dizlərimin üzərinə daş qoyaraq suyun dibində otururdum Halit Ergenç
Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Türkiyəli məşhur aktyor Halit Ergenç uşaqlıq illərində yaşadığı tənhalıqdan və ailəsindəki çətinliklərdən danışıb.
Milli.Az xəbər verir ki, aktyor uşaqlığının yalnız və çətin keçdiyini bildirib:
"Özümdən iki yaş kiçik, əqli məhdudiyyətli və epilepsiya xəstəsi olan bir bacım var. O dünyaya gəldikdən sonra həyatım tamamilə dəyişdi, hamı onunla maraqlanmağa başladı. Özümü digər uşaqlardan çox fərqli hiss edirdim. Onların dərdi ayaqqabı almaq, yaxud imtahandan keçmək idi. Mənim içimdə isə fırtınalar qopurdu, amma evdə məndən daha çox köməyə ehtiyacı olan biri var idi.
11 yaşımda suyun altına dalır, dizlərimin üzərinə daşlar qoyaraq suyun dibində otururdum. Saatlarla orada vaxt keçirirdim, balıqlar yanıma gəlirdi. Demək olar ki, suyun altında yuxuya gedəcək vəziyyətə çatırdım. Çünki orada dünya məndən çox uzaq idi. Öz dünyamı, özümü təhlükəsiz hiss etdiyim o kiçik məkanı belə yaratmışdım". (Axşam.az)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 13 Noyabr 2026 05:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















