Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

ChatGPT də problem yarandı

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

Ankarada Axısqa türklərinin tarixi hüquqlarının bərpası yolları müzakirə olunub AZƏRTAC

Ankarada Axısqa türklərinin tarixi hüquqlarının bərpası yolları müzakirə olunub AZƏRTAC

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ankara, 18 noyabr, AZƏRTAC

Noyabrın 18-də Ankarada Axısqa türklərinin hüquqi və sosial problemlərinə həsr olunmuş II Beynəlxalq Simpozium keçirilib.

AZƏRTAC xəbər verir ki, Mturok-Axısqa deportasiyasının 80-ci ildönümünə həsr olunmuş tədbirin təşəbbüskarları arasında Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Türkiyə Koordinasiya və Əməkdaşlıq Agentliyi (TİKA), Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq, Həmrəylik Fondu və Dünya Axısqa Türkləri Dərnəyi yer alıb.

Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar Müdirliyinin dəstəklədiyi təşəbbüs çərçivəsində 6 ölkədən millət vəkilləri, alimlər, siyasətçilər və ekspertlər dünyanın 9 ölkəsində yaşamağa məcbur edilən yarım milyondan çox etnik Axısqa türkünün vəziyyətini müzakirə ediblər.

Tədbirdə İosif Stalinin 14 noyabr 1944-cü il tarixli Axısqa türklərinin deportasiyası haqqında qərarı ilə bağlı problemlər və çətinliklər ətrafında fikir mübadiləsi aparılıb.

Türkiyənin Giresun Universitetinin professoru Yalçın Sarıkaya xatırladıb ki, 80 il əvvəl on minlərlə Axısqa türkü “ölüm qatarı” deyilən qatarlarla sürgün edilib. Alim bildirib ki, sürgün edilənlərin bəziləri mal-qara maşınında hərəkət edərkən aclıqdan və ya təyinat yerinə çatdıqdan az sonra xəstəlikdən ölüblər.

“Axısqa türklərinin bəlaları bu bölgənin çar Rusiyası tərəfindən Osmanlı dövlətindən qoparılmasından sonra başlayıb. Etnik Axısqa türkləri tədricən öz torpaqlarını tərk etməyə başladılar, ardınca 1944-cü il deportasiyası, eləcə də Fərqanə hadisələri baş verdi”, - deyən alim Özbəkistandakı etnik toqquşmaları Mərkəzi Asiyada etnik zəmində ədavətin süni şəkildə təbliği cəhdlərinin nəticəsi adlandırıb.

O, Ermənistanın təcavüzü və işğalının ağır nəticələrinə baxmayaraq, Axısqa türklərinə qapılarını açan Azərbaycanın mövqeyini yüksək qiymətləndirib: “Axısqa türklərinə dəstəyə görə Azərbaycan xalqına və rəhbərliyinə minnətdarıq”, -deyə Türkiyə universitetinin müəllimi vurğulayıb.

Professor qeyd edib ki, Axısqa türklərinin bir çoxu bu gün ABŞ, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Moldova, Özbəkistan, Rusiya və Ukraynada öz milli kimliklərini qoruyub saxlamağa çalışaraq tarixi torpaqlarından uzaqda yaşayır.

Giresun Universitetinin professoru Gürcüstan hakimiyyətini etnik türklərin öz doğma torpaqlarına qaytarılması prosesinə hər cür töhfə verməyə çağırıb.

Daha sonra çıxış edən Ankara Hacı Bayram Vəli Universitetinin müəllimi, professor Zakir Avşar qeyd edib ki, Axısqa türkləri deportasiya dövrünün iztirablarını və dəhşətlərini yaddaşlarından hələ də silə bilmirlər. O bildirib ki, bu insanlar Qafqaz regionundan zorla qovulmuş xalqlar arasında heç vaxt öz doğma torpaqlarında öz hüquqlarını tam bərpa edə bilməyən yeganə xalqın nümayəndələri olaraq qalırlar.

Zakir Avşar Azərbaycanın Axısqa türklərinin dəstəklənməsində xidmətlərini xüsusi qeyd edərək, ötən əsrin 90-cı illərində Orta Asiyadan gələn hər kəsə qapıların məhz Bakıda açıldığını xatırladıb. “Axısqa türklərinin torpaqları tarixi proseslər nəticəsində ölkəmizin hüdudlarından kənara çıxan Anadolunun bir parçasıdır”, -deyən professor Türkiyə ictimaiyyətinin öz soydaşlarını heç vaxt unutmadığına diqqət çəkib.

O, Axısqa türkləri mövzusunda çoxsaylı sənədli və bədii filmlər, kitablar, məqalələr və Türkiyə mətbuatında yer alan xəbərləri xatırladıb.

Qalatasaray Universiteti Hüquq fakültəsinin müəllimi, professor Akif Emre Öktem Axısqa türklərinin deportasiyasının hüquqi tərəflərindən danışıb. O, beynəlxalq hüququn etnik Axısqa türklərinə öz tarixi torpaqlarına qayıtmaq hüququ verdiyini vurğulayıb.

Akif Emre Öktem qeyd edib ki, Gürcüstan keçmiş sovet respublikası kimi SSRİ-də törədilmiş cinayətlərin nəticələrinin aradan qaldırılması üçün də məsuliyyət daşıyır.

“Beynəlxalq hüquqa görə, etnik Axısqa türkləri əvvəlcə Gürcüstanın daxili məhkəmələrinə müraciət etməlidirlər. Əgər iddia müəllifləri Gürcüstan məhkəmələrində istədiklərinə nail olmasalar, beynəlxalq məhkəmələrin mexanizmindən istifadə olunacaq. Bu çətin prosesdir, lakin başqa seçim yoxdur”, - deyən professor Türkiyənin bu insanların hüquqlarının bərpası üzrə mübarizəni davam etdirəcəyini bildirib.

O vurğulayıb ki, məhkəmələrin keçirilməsində məqsəd məsələni siyasiləşdirmək və Gürcüstan hakimiyyətinə təzyiq göstərmək deyil, Axısqa türklərinin öz vətənlərinə qayıtması üçün onların qanuni hüquqlarını təmin etməkdir.

Milli Məclisin deputatı Fazil Mustafa Axısqa türklərinə dəstək məsələsində Azərbaycanın yürütdüyü siyasətdən danışıb, bu insanların Gürcüstana qaytarılması yolları ilə bağlı fikirlərini bölüşüb.

Onun fikrincə, Axısqa türklərinin tarixi hüquqlarını bərpa etməyin yollarından biri də insanların sonradan öz doğma torpaqlarına qayıtması ilə Gürcüstanda daşınmaz əmlak əldə etməkdir.

Beynəlxalq simpoziumun yekunu olaraq Axısqa türklərinin hüquqlarını dəstəkləyən birgə Bəyannamə qəbul edilib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Noyabr 2024 19:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see391

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see324

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see300

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

03 Dekabr 2025 11:48see298

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see298

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see268

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see259

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see251

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see235

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see225

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see212

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see211

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see210

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see210

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see192

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see142

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see140

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see134

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see133

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri