Icma.az
close
up
RU
Axtarışda olan şəxs niyə həbs edilmir? Bilal Hacıyev nazir Vilayət Eyvazovdan kömək istəyir

Axtarışda olan şəxs niyə həbs edilmir? Bilal Hacıyev nazir Vilayət Eyvazovdan kömək istəyir

Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı şəhər sakini Hacıyev Bilal İsa oğlu media vasitəsi ilə Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazova və Nazirliyin yanında İctimai Şuraya müraciət edərək kömək istəyib.

“Gununsesi.info” – ya müraciət edən şikayətçi bildirir ki, Lənkəran rayon Polis İdarəsinin əməkdaşları məhkəmə qətnaməsinin icra olunması ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirmirlər.

Bilal Hacıyev müraciətində yazır:

“Diqqətinizə çatdırıram ki, Bakı Apellyasiya Məhkəməsinin 07.07.2022-ci il tarixli, 2(103)-4370/2022 nömrəli qətnaməsinə əsasən, Kərimov Zaur Zakir oğlundan cəmi 320000 (üç yüz iyirmi min) ABŞ dolları məbləğində pul (manatla) alınaraq, 170000 (yüz yetmiş min) ABŞ dolları məbləğində pul (manatla) alınaraq mənə ödənilməsi qərara alınıb. Məhkəmə tərəfindən 16.02.2023-cü il tarixində 2(103)-4370/2022 nömrəli icra vərəqəsi verilib. İş Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Mehdiyev Gündüz İsmayıl oğlunun icraatındadır. İcra məmuru artıq bütün zəruri addımları atmasına baxmayaraq, borclu Zaur Kərimov icra tələblərinə riayət etməyərək qanunvericiliyin tələblərini səylə pozmağa davam edir”.

Şikayətçi qeyd edir ki, Z.Kərimov barəsində inzibati xəta pozuntusu ilə əlaqədar olaraq məhkəməyə müraciət olunub. Onun sözlərinə görə, Lənkəran Rayon Məhkəməsinin 29.03.2024-cü il tarixli, 3(049)-294/2024 nömrəli qərarına əsasən, borclu İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 20 gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilib.

“Baş verənlərə rəğmən, Kərimov Zaur Zakir oğlu hələ də icra məmurunun tələblərinə, gördüyü bütün tədbirlərə heç bir əhəmiyyət vermir və icra tələblərini yerinə yetirmir. İcra məmuru Zaur Kərimov barəsində axtarış tədbirinin görülməsi ilə bağlı müvafiq göstəriş versə də, polis əməkdaşları axtarış göstərişini icra etmirlər və nəticədə, onun yerini müəyyən edərək, ondan öhdəliyini icra etməsini tələb etmək fiziki olaraq mümkün olmur. Buna görə də, borclu Z.Kərimov icra məmurunun göstərişlərindən yayına bilir”, – o qeyd edir.

Bilal Hacıyev müraciətində borclunun telefon nömrəsini yazır və onun aktiv olduğunu bildirir. “Buna rəğmən, polis əməkdaşları onunla əlaqə saxlayaraq hər hansı tədbir görməyə cəhd göstərmirlər”, – o əlavə edir.
Nazirdən kömək istəyən şikayətçi, Konstitusiyadan və digər qanunvercilikdən xatırlatmalar edərək hüquqularının kobud şəkildə pozulduğunu, bu halın davam etməsinin qəbuledilməz olduğunu vurğulayır:

“Konstitusiyanın 129.1-ci maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir;
Konstitusiyanın 129.2-ci maddəsinə əsasən, məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur;

“İcra” haqqında qanununun 3.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir”.

Bilal Hacıyev qeyd edir ki, Qanunvericinin bu normanı təyin etməkdəki məqsədi, ədalətin bərqərar edilməsinə nail olunması prosesində fundamental parça rolu oynayan məhkəmə qərarlarının lazımi şəkildə icra edilməsinin zəruriliyini göstərməkdir. “Əks halda, heç bir şəxs məhkəmə və ədliyyə sisteminə etimad göstərməzdi. Bu səbəbdən məhkəmə qərarının icrasına barəsində icra məmurlarının tələbləri olduqca vacib rol malikdir”, – vətəndaş yazır.
Bilal Hacıyev nazir Vilayət Eyvazova müraciətinin sonunda qeyd olunan məhkəmə qərarının icrasasına yaradılan problemin həll olunmasını, borclu Kərimov Zaur Zakir oğlunun öhdəliyini icra etməsi üçün gərəkli addımların atılmasını təmin etməyi xahiş edir.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:91
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 24 Dekabr 2024 18:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see523

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see245

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see239

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see238

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see226

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see223

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see221

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see220

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see210

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see205

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see201

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see198

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see197

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see190

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see171

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see168

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see166

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see162

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see154

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri