Icma.az
close
up
RU
Axtarışda olan təhlükəli cinayətkar Bakı aeroportunda TUTULDU

Axtarışda olan təhlükəli cinayətkar Bakı aeroportunda TUTULDU

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Bakının Heydər Əliyev Beynəlxalq Hava Limanında Hindistanda çoxsaylı qətllər törətmiş və uzun müddətdir beynəlxalq axtarışda olan cinayətkar Rəşid Keyblvala saxlanılıb.

Modern.az xəbər verir ki, Hindistan mediasının məlumatına görə, Keyblvala İstanbul–Bakı reysi ilə Azərbaycana daxil olarkən Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb və daha sonra hüquq-mühafizə orqanlarına təhvil verilib.

Hazırda Hindistan xüsusi xidmət orqanları onun ekstradisiyası üçün sənədləri hazırlayır.

Məlumata görə, Rəşid Keyblvala Hindistanda “ən çox axtarılan cinayətkarlar” siyahısında yer alır. Onun saxlanılması “sənədlərindəki uyğunsuzluqlar” səbəbindən mümkün olub. Hindistan hüquq-mühafizə nümayəndələri artıq onun cinayət keçmişi və dosyesi ilə bağlı məlumatları rəsmi kanallar vasitəsilə Azərbaycana təqdim etməyə hazırlaşır.

İstintaq materiallarına əsasən, Keyblvalanın rəhbərlik etdiyi dəstə iş adamlarına hədə-qorxu gəlmə, “xərac” tələb etmə və rəqib qrupların üzvlərinin qətli ilə məşğul olub.

O, ilk dəfə 2018-ci ildə Səudiyyə Ərəbistanına qaçmağa cəhd göstərərkən tutulmuş, lakin qısa müddət sonra azadlığa buraxılmışdı.

Sonradan o, Ər-Riyadda tikiş müəssisəsi yaradaraq və Taylandda fəaliyyətini genişləndirərək cinayət yolu ilə əldə edilmiş pulları "yumağa" cəhd edib. 2019-cu ildə ona qarşı “kamikadze terrorçularla əlaqə” maddəsi üzrə cinayət işi açılmış, 2020-ci ildə yenidən saxlanılmış, lakin 2022-ci ilin əvvəlində saxta pasportla ölkədən qaçmağa nail olmuşdu.

Keyblvala Hindistanın digər məşhur cinayətkarları Həşim Baba və Lourens Bişnoy ilə yaxın əlaqələrdə ittiham olunur. Onun adı son illərdə iş adamı Nadir Şahın (2024-cü ilin sentyabrı), həmçinin Sunit Caynın (2024-cü ilin dekabrı) qətlləri ilə bağlı istintaqlarda hallanıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:167
embedMənbə:https://modern.az
archiveBu xəbər 12 Oktyabr 2025 21:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see512

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see430

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see400

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see281

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see276

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see276

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see269

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see266

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see262

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see253

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see245

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see238

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see233

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see223

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see213

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see206

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see203

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see201

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see197

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri