Icma.az
close
up
RU
Ay “Neftçi”, başla görək!

Ay “Neftçi”, başla görək!

Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Misli premyer-liqasında 2024/25 mövsümünün ilk 19 turu geridə qalıb.

Turnir cədvəlindəki durum hər kəsə bəllidi. Sürpriz nəticələrə imza atan komandalar da var, proqnozları doğruldan, azarkeşlərinin gözləntilərini artıqlamasıyla qarşılayanlar da. Mövcud duruma əsasən “Qarabağ”ın liderliyi, “Səbail”in sonuncu pillədə qərarlaşması, “Kəpəz”lə “Şamaxı”nın premyer-liqada qalmaq uğrunda mübarizə aparması, “Sumqayıt”ın ortabablar sırasında olması, “Sabah”ın ilk “dördlüy”ə yüksəlmək üçün əlindən gələni əsirgəməməsi, “Zirə”nin yenidən avrokuboklara yollanmaq istəməsi futbol ictimaiyyəti tərəfindən adi hal kimi qarşılanır. “Futbol ili”nin xoş sürprizləri sırasında isə “Araz-Naxçıvan”la “Turan Tovuz”un yuxarı pillələrdə qərarlaşması var. Məhz bu məqamlar çempionatımız haqda müsbət fikirlər səsləndirməyə müəyyən əsaslar verir. Hər halda, uyğun “qan dəyişikliyi”, demək olar ki, bütün hallarda faydalı olub və əksər hallarda ruh yüksəkliyi yaradıb.
Kimsə qaldı axı! Deməli, oxucularımız “bəs, “Neftçi?” sualını ünvanlamamış mövzuya keçid etməyin vaxtıdı. Paytaxt təmsilçisi öz qrupunda yalqızdı. Söhbət böyük ümid bəslənilsə də, xaos yaşayan, özünü heç cür doğrultmayan, dəyişikliklərin də işə yaramadığı komandadan gedir. Bəli, bu xüsusiyyətlərə cavab verən yeganə komanda “ağ-qaralar”dı. Düzdü, qeyd olunanlar və aşağıda bəhs edəcəklərimiz yeni xəbərlər deyil. Artıq paytaxt təmsilçisinin azarkeşləri uğursuzluqlara alışıb, kəskin emosiyaları “ölüb”. Bəlkə də tərəfdarlar nəinki komandanı tənqid etməkdən, hətta jurnalistlərin bu tipli yazılarını oxumaqdan da bezib. Məni bağışlayın, “Neftçi” azarkeşləri! Axı gözçıxaran səhvləri deməsəm, bağrım çatlayar...
Yeni mövsümə Roman Qriqorçukun rəhbərliyi altında başlayan, ilk 9 turda qələbəyə həsrət qalan “ağ-qaralar” baş məşqçi postuna Samir Abasovu gətirdi. Elə “Sumqayıt”dan “oğurlanan” mütəxəssis də komandanı hələ ki 10 premyer-liqa matçına çıxarıb və bunların yalnız 3-də qalib gəlib. “Neftçi”nin heyətdə köklü dəyişikliklər edəcəyini, Qəbələdə təşkil olunan toplanış çərçivəsində azı bir yoxlama oyununda gücünü sınayacağını proqnozlaşdıranlar çox idisə, bir neçə gün Samir Abasov klubun mətbuat xidmətinə verdiyi açıqlamada təlim-məşq toplanışının bitdiyini dedi. Düzdü, bakılıların “Qəbələ” ilə qarşılaşması mümkün idi. Lakin əldə etdiyimiz məlumata görə, “qırmızı-qaralar” yanvarın 11-də oynamaq təklifini qəbul etməyib.
Qısası, baş məşqçinin toplanış dövrünü yaxşı dəyərləndirməsinin ciddi izahı ola bilməz. Üstəlik Abasov hələ də azarkeşlərə ümid verməkdən çəkindi:

“Futbolçular həddən artıq yaxşı hazırlaşdı. Vaxt itirmədik. İntensiv məşqlər keçdik. Lakin çempionat ab-havası fərqlidi. Rəsmi oyunlarda bunun tam əksini də görə bilərik. Ümid edirəm ki, həmin istəyi premyer-liqa matçlarında da hiss edərik”.


Maraqlıdı, görəsən, dəfələrlə mövsümün ikinci yarısını nişan verən mütəxəssis niyə hələ də cəsarətli danışmaqdan qorxur? O, niyə minlərlə azarkeşin həllinə göz dikdiyi problemlər haqda müsbət fikir səsləndirmir? Təbii ki, ən əsas məsələ bu deyil. Ən aktual mövzu “Neftçi”nin yoxlama oyunu keçirməyən yeganə komanda olmasıdı. Mütləq yeniliklər olmalıdı və olacaq da. Problem prosesin yubanmasıyla bağlıdı. Yeni oyunçuların, xüsusilə legionerlərin “Neftçi”yə, çempionata uyğunlaşması üçün vaxt lazımdı ki, bakılılar yetərincə vaxt itirib.
Qısası, transfer planları dərhal reallaşdırılmalıdı. Yeri gəlmişkən, bu məsələylə bağlı diqqətiçəkən məqam var. Sən demə, həm “köhlən atlar”, həm də “ağ-qaralar” Polşa “Motor”unda çıxış edən Samuel Mrazla maraqlanır. Tapın görək, adı çəkilən hücumçunun hansı təklifi cavablaması mümkün görünür? Cavab üçün çox düşünməyə ehtiyac yoxdu. “Neftçi” Mrazı yalnız daha çox maaş vədiylə əldə edə bilər. Bəlkə ağdamlıların məlum perspektivi buna belə imkan verməsin!
Sözümün canı odu ki, “Neftçi” dərhal işə başlamalıdı. Yox-yox, hələ ki, avrokuboklara yollanmaq uğrunda mübarizəyə qoşulmaqdan söhbət getmir. Bunun üçün əvvəlcə “Turan Tovuz”la aradakı 12 xal fərqini “əritmək” lazımdı. Hadisələrin axarı isə buna inanmaq üçün şərait yaratmır...
KƏNAN BAHADIR
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:195
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 21 Yanvar 2025 19:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see570

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see231

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see216

Face Studionun yaradıcısı: Amerikaya köçməyim deyə valideynlərim salon açıb məni direktor qoydular

08 Oktyabr 2026 02:25see208

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see206

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see196

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see196

Bu işlə məşğul olan kişilərdə qırtlaq xərçəngi qaçılmazdır

07 Oktyabr 2026 22:25see189

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see189

“Real” Holand transferində “Barselona”nı qabaqlayır

07 Oktyabr 2026 23:56see183

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see183

Trampdan FTB yə biabırçı ittiham Həyat yoldaşımı və oğlumu...

08 Oktyabr 2026 00:00see179

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see176

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see174

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see173

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see172

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see170

Kadırova Rusiya Federasiyasının Fəxri Memarı adı verildi

08 Oktyabr 2026 03:25see170

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see168

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri