Icma.az
close
up
RU
Menu

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

Bakıda temperatur 7 8 dərəcə enəcək Növbəti 3 günün hava proqnozu

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

Xərçənglə mübarizədə mühüm kəşf: Xəstələrin ömrü uzana bilər

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

Ay səni Ştaynmayer! Bakıdan gedən kimi gör nəyə əl atdılar

Ay səni Ştaynmayer! Bakıdan gedən kimi gör nəyə əl atdılar

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

Almaniyanın prezidenti Azərbaycandan gedər-getməz bu ölkənin dövlət kanalı Qarabağla bağlı böhtan xarakterli süjet yayımlayıb - sərt reaksiyalar
Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Bakıda olarkən Qarabağın Azərbaycan ərazisi olduğunu bildiyini və tanıdığını açıq şəkildə bildirsə də, aprelin 13-də ölkənin Birinci Dövlət Telekanalında “Weltspiegel” televiziya proqramının bir hissəsi olaraq “Armenien: Ringen um Identitat und Hoffen auf Frieden” (“Ermənistan: İdentifikasiya uğrunda mübarizə və sülh ümidi”) başlıqlı reportajın yayımlanması suallar doğurub.
Materialda qeyd olunur ki, “Dağlıq Qarabağ formal olaraq Azərbaycanın tərkib hissəsidir, lakin ermənilər burada uzun müddət yaşayıb və illərdir müstəqillik uğrunda mübarizə aparıblar”.
Daha sonra qeyd edilir ki, “iki il əvvəl Azərbaycan Qarabağı nəzarətə götürüb və yüz minlərlə erməni qaçmağa məcbur olub”.
Amma materialda Ermənistanda və Qarabağda yaşayan etnik azərbaycanlıların öz doğma yurdlarından didərgin salınması haqda bir kəlmə də deyilmir.
Gördüyümüz kimi, verilişdə “Dağlıq Qarabağ formal olaraq Azərbaycanın tərkib hissəsidir”, “Qarabağ erməniləri müstəqillik uğrunda vuruşub”, “Azərbaycan Qarabağ üzərində nəzarəti bərqərar etdi” kimi açıq-aşkar ermənipərəst mövqe, saxta yanaşma özünü büruzə verib. Azərbaycana qarşı hərbi təcavüz, etnik azərbaycanlıların qovulması, Xocalı soyqırımı haqqında isə bir kəlmə də deyilməyib.
Obyektivlik naminə hesabat müəllifləri Azərbaycanın mövqeyini səsləndirə bilərdilər, lakin onlar bunun əvəzinə üstəlik, Qarabağı guya “yüz minlərlə” erməninin zorla tərk etməsi kimi daha bir ağ yalanı tirajlayıblar.
Bütün bu gəlişmələr Ştaynmayerin regiona səfərinin məqsədinin Cənubi Qafqazda uzunmüddətli sabitliyi və sülhü dəstəkləmək olduğunu və bu səfəri ilə Azərbaycan və Ermənistan arasında sülh prosesinə dəstək siqnalı vermək istədiyi barədə bəyanatlarını ciddi şübhə altına alır. Təkrar edirik, təxribatçı verilişi yayımlayan dövlət TV-dir.   
Xatırladaq ki, alman prezident İrəvanda olarkən qondarma rejimin əski parçasının şəklini paylaşmış, sonra Almaniya Prezident Administrasiyası üzrxahlıq etmiş, Ştaynmayer də Bakıda Qarabağın Azərbaycana aid olduğunu bildirmişdi.
O zaman o nə pəhriz, bu nə turşu?

Tural Abbaslı 
AĞ Partiya başqanı Tural Abbaslı “Yeni Müsavat”a açıqlamasında Avropanın daim ikiüzlü olmasından söz açdı:
 “Ümumiyyətlə, tək Almaniya deyil, bütün Avropanın siyasəti ikili standartlara və ikiüzlülüyə dayanıb. Onların bir məsələdə belə həqiqət axtarışları yoxdur. Sadəcə, maraqları var və daim bu maraqlardan çıxış edirlər. Məsələn, Azərbaycanda olanda maraqlarını təmin etmək üçün hər şeyi deməyə hazır idilər və dedilər də. Üzr istədilər. Amma indi görürsünüz, işlərini həll etmək üçün yenə də öz mövqelərinə qayıtdılar. Əslində bu erməni sevgisindən irəli gəlmir. Sadəcə olaraq, Azərbaycana təsir mexanizmlərini saxlamaq üçün Avropanın bir sıra ölkələri bu metoddan istifadə edir”.
Partiya başqanı söylədi ki, məsələn, Fransa, Almaniya, İtaliya, Rumıniya və s. bu kimi ölkələr telekanallarında desə ki, “Qarabağ Ermənistandır”, Qarabağ Ermənistan olmayacaq: “Və yaxud da desələr ki, Qarabağ kimindir? Onlar məsələ həll edəsidir ki? O məsələ artıq həll olunub. Azərbaycan Ordusu həll edib. Sadəcə, basqı kimi istifadə edib, maraqlarını təmin etmək istəyirlər. Amma Azərbaycan da bu siyasəti bilməli və hər an tədbirlər görməlidir. Buna uyğun da addımlar atılmalıdır. Yəni Ştaynmayer Azərbaycanda olanda biz ona təkcə "Qarabağ Azərbaycandır" dedirtməli deyildik, “Zəngəzur Azərbaycandır” da dedirtməli idik. Çünki biz bunların nə qədər ikiüzlü olduqlarını yaxşı bilirik. Azərbaycan əvvəlki Azərbaycan da deyil".
T.Abbaslı dedi ki, ermənilərin orada hüquqlarını qoruyan “demokratlar” niyə 30 ildir oradan didərgin salınanları, 4 minə yaxın insanın hələ də itkin olduğunu, kütləvi qətliamların həyata keçirildiyini, hərbçi olmayan insanların qətlə yetirildiyini demir: “Biz adekvat reaksiyalar verməliyik. Biz də Almaniyanın bu və ya digər məsələlərdə mövqelərini necə varsa göstərib, onlarla anladıqları dildə danışmalıyıq. Təbii ki, ikili standartlara malik olmayan dövlətlərdən asılı olmamağa çalışmalıyıq”.

Sona Əliyeva
Siyasi təhlilçi Sona Əliyeva bildirdi ki, Almaniya Azərbaycana qarşı açıq-aşkar qərəz nümayiş etdirir:
 “Görünür, Berlin Bakıdan rəsmi şəkildə üzr istəməsini həzm edə bilmir. Düşünürəm ki, Almaniyanın Azərbaycana qarşı ərazi iddiasına müvafiq olaraq rəsmi Bakı da analoji addım ata bilər. Məsələn, Azərbaycan Dövlət Televiziyası Bavariya Respublikası, onun iqtisadiyyatı, bütünlükdə Bavariya bölgəsinin federativ respublikanı bəsləməsi və onu ayaqda saxlayan əsas güc olması ilə bağlı silsilə materiallar verə bilər. Yəqin ki, ondan sonra siyasətə pivəxanadan gələn Ştaynmayer bir qədər ayıq başla məsələlərə baxacaq. Fikrimcə, indi Almaniyada siyasətin əyyaş üzü sayılan Ştaynmayer bizi ciddiyə almadan gedişlər etməyə başlayıb. Amma bunun nəticəsi federativ respublika üçün çox ağır olacaq.  Almaniya 30 illik işğal dövründə hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişdi. Bəs indi nə baş verir? Deməli, Almaniya prezidentinə maliyyə donorluğu edən erməni milyarderlər tapılıb. Bəlkə də Almaniya bu yolla Azərbaycana təzyiq edərək separatçı milyarder Ruben Vardanyanı Bakıdakı təcridxanadan azad edib Almaniyaya aparmaq, onun Rusiyada qazandığı pulları elə Rusiyaya qarşı istifadə etməyi planlaşdırır. Amma bu baş verməyəcək”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:254
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 22 Aprel 2025 09:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see252

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see249

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see245

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see243

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see238

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see231

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see227

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see223

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see218

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

15 Noyabr 2026 14:02see205

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see200

Bakıda temperatur 7 8 dərəcə enəcək Növbəti 3 günün hava proqnozu

15 Noyabr 2026 09:13see196

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

15 Noyabr 2026 15:38see194

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see192

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see191

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see188

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

15 Noyabr 2026 17:27see179

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see175

Xərçənglə mübarizədə mühüm kəşf: Xəstələrin ömrü uzana bilər

15 Noyabr 2026 05:49see174

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri