Icma.az
close
up
RU
Ayaz Salayev, yoxsa Sabir Rüstəmxanlı: Kim haqlıdır?

Ayaz Salayev, yoxsa Sabir Rüstəmxanlı: Kim haqlıdır?

Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

Sabiq millət vəkili Sabir Rüstəmxanlı ilə kinoşünas Ayaz Salayev arasında qalmaqal yaranıb.

Qaynarinfo xəbər verir ki, Baku TV-yə dəvət olunan qonaqların mübahisəsinə səbəb Ayaz Salayevin fikirləri olub. Belə ki, Moskvada təhsil aldığı üçün özünü şanslı hesab etdiyini deyən Salayev "rus dili Azərbaycan dili üçün təhlükəli deyil. Lakin türk dili təhlükəlidir” deyə bildirib.

Ayaz Salayev vurğulayıb ki, artıq çoxları məsələn, "qəsəbə” deyil, "kasaba” ifadəsindən istifadə edir.

Onun bu fikri Sabir Rüstəmxanlının xoşuna gəlməyib və ona etirazını bildirib:

"Ayaz bəy, bu, elə sənin Moskvada oxumağının nəticəsində yaranmış bir təfəkkürdür ki, türk dilini təhlükə hesab edirsən. Bu dil mənim öz dilimdir, necə təhlükəli ola bilər?” 

Qeyd edək ki, bu gün Azərbaycan dilinin ədəbi normallarına əməl olunmaması adi hala çevrilib. Telekanal və radio aparıcıları da dilimizin norma və tələblərinə məhəl qoymurlar. Yetli-yersiz rus və türk sözlərinin işlədilməsi də narazılıqla qarşılanır.

Media eksperti Qulu Məhərrəmli Qaynarinfo-ya açıqlamasında bildirib ki, Sabir Rüstəmxanlı - Ayaz Salayev arasında olan dialoqa iki aspekdən yanaşmaq olar:

"Detallarda həqiqət üzə çıxmır, odur ki, bu məsələyə bir az konseptual yanaşmaq lazımdır. Yəni məsələyə geniş yanaşanda tərəflərin hər birinin fikirində həqiqət var. Birincisi, Sabir Rüstəmxanlı doğru deyir. Yəni, rus dili məktəblərinin genişlənməsi, rus dilində təhsilin geniş qol-qanad açması bizim üçün ciddi təhlükədir. Bu, yalnız milli kimlik məsələsinə toxunmur. Ümumiyyətlə, burada Azərbaycanın gələcəyi ilə bağlı problemlər var. Ona görə də rus dilində olan məktəblərinin sayının azalması çox önəmlidir və vacibdir. Bu proses getməlidir. Nə qədər zərərli düşüncə hesab etsək də, bu gün Azərbaycan dilinin müxtəlif dillərin təzyiqinə məruz qalması faktı mövcuddur. Məsələn, əvvəllər bu təzyiqlər daha çox rus dilindən gəlirdi, amma bu gün Azərbaycan dilinə rus dili ilə yanaşı ingilis dilinin də müəyyən təsiri var. Türk dili ilə bağlı məsələ incədir. Ona görə də bunlardan qorxmağa ehtiyac yoxdur”. 


Araşdırmaçı jurnalist Rəsul Mirhəşimli isə Qaynarinfo-ya açıqlamasında bildirib ki, bu ölkədə təhlükə türk dili deyil, rus məktəbləridir:

"Əgər bu ölkədə hər kəs türkcə danışırsa, demək, doğma dilində danışır. Dilimiz Türk dilləri ailəsinin Qərb qrupuna məxsusdur. Türkcə danışmaqda qeyri-adi, təbii olmayan heç nə yoxdur. Dilimiz Oğuz dil yarımqrupunda olduğundan bu bölgüdə yer alan digər türk xalqlarını daha rahat anlaya və qavraya bilir. Türk dilinin hansısa təhlükələr yaratmasında iddia etmək məsələyə diletant yanaşmaqdır. Tarixi baxımdan "Azərbaycan dili və azərbaycanlı” anlayışlarının tarixi 1938-ci ildən başlayır. Bu qərar da sovet diktatoru Stalinin göstərişi ilə verilib, dilimiz türk dili adınından dəyişdirilərək, Azərbaycan dili adlandırılıb. Stalinin türklərə qarşı bununla yetinməyib, Türküstan coğrafiyasının da adı dəyişdirilib, Orta Asiya adlandırılıb. Dilimizin türk dilindən başqa bir adı olsaydı, Güney Azərbaycanda yaşayan 30 milyondan çox soydaşımız özlərinə türk deməzdi”.

O ki qaldı Azərbaycan ədəbi dilinin dəyişdirilməsi təhlükəsi ilə üzləşməsinə, jurnalist qeyd edib ki, bu iddia da özünü doğrulda bilməyəcəklər sırasındadır:

"Heç bir dilin ədəbi norması kənar təsirlərlə sıradan çıxmır, təhriflərə uğramır. Türk xalqlarına inteqrasiya etdikcə bəzən uzun müddət unudulmuş sözlərin dilimizə qaytarılması hadisəsi baş verir. Bu hal bəzən xalq arasında az işlənən, yaxud unudulmuş sözlərin də ədəbiyyata gətirilməsi ilə də özünü göstərir. Bizdə çox zaman Türkiyədəki danışıq tərzinin dilimizə yansıdığını deyirik, lakin eyni hal Azərbaycandan Türkiyəyə təsirində də özünü göstərir”. 


R.Mirhəşimli vurğulayıb ki, dilə başqa dillərdən sözlərin gəlməsi dinamik prosesdir:

"Bizə başqa dillərdən sözlər gəldiyi kimi, bizdən də başqa dillərə sözlər keçir. Bu gün Rusiyanın hərbi terminlərində yer alan sözlərin böyük əksəriyyəti türk dilindən keçib. Türkiyə telekanallarının Azərbaycanda daha çox tamaşaçı kütləsi toplaması Anadolu türkcəsinin də təsirini qaçılmaz edir. Bundan narahat olanlar Azərbaycan telekanallarındakı populyar verilişləri qonşu davası müstəvisindən çıxarıb, xalqımızın mədəniyyətini, etnoqrafiyasındakı gözəllikləri təbliğ edən proqramlar səviyyəsinə qaldırsınlar, tamaşaçılarımız da yerli televiziyaların izləyicilərinə çevrilsinlər. Bu ölkədə təhlükə dilimizin "türk dilinin təsirinə məruz qalması” deyil, rusdilli məktəblərin çoxluğudur. Bu məktəblərdə təhsilin keyfiyyətini iddia edənlər kiçik bir araşdırma aparıb, faiz nisbətini ortaya qoysunlar, görək, rus məktəblərini bitirənlərdən neçə faizi ali məktəblərə qəbul olunur”. 

Sonda Rəsul Mirhəşimli qeyd edib ki, Azərbaycan dili türk dilinin təsiri ilə heç bir təhlükəyə məruz qalmır:

"Müxtəlif şivələrdə danışan bir millətin arasında inteqrasiya mühiti daha da genişlənir”.

Bahar Rüstəmli

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 20 Fevral 2025 15:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see304

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see252

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see247

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see246

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see241

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see237

Barselona onun üçün 80 milyon avro ödəyəcək?

26 Sentyabr 2026 23:57see235

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see235

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see219

Müctəba Xameneinin müalicə olunduğu xəstəxana bombalanıb Yeni təfərrüat

27 Sentyabr 2026 10:08see215

Vətən müharibəsinin başlamasından altı il keçir Azərbaycanda Anım Günüdür!

27 Sentyabr 2026 01:05see202

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

27 Sentyabr 2026 15:17see201

Heç vaxt müflis olmayacaq BÜRCLƏR

27 Sentyabr 2026 03:44see200

Heç bir estetik və botoksum yoxdur (Video)

27 Sentyabr 2026 13:48see199

Fransada insident: Sürücü avtomobili kütlənin üzərinə sürdü

27 Sentyabr 2026 03:26see197

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see196

Son 5 mövsümdə “Kəpəz”in ən uğurlu startı

27 Sentyabr 2026 00:35see192

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see185

Türkiyəli jurnalist saxta məlumat yaydığına görə həbs edilib

26 Sentyabr 2026 23:58see167

TikTokdan məhkəmədə şok etiraf: Uşaqları tətbiqə bağlayacaq şəkildə hazırlanıbmış

27 Sentyabr 2026 04:03see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri