Icma.az
close
up
RU
Menu

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

Bakının 27 istiqamətində tıxac VAR Foto

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Ayaz Salayevdən SƏRT TƏNQİD: “Rejissorlarda və ssenaristlərdə səviyyə problemi var”

Ayaz Salayevdən SƏRT TƏNQİD: “Rejissorlarda və ssenaristlərdə səviyyə problemi var”

Hurriyyet saytından alınan məlumata görə, Icma.az bildirir.

Əməkdar incəsənət xadimi, kinoşünas Ayaz Salayev “Yeni Müsavat”ın suallarını
cavablandırıb.

Müsahibəni təqdim edirik:

-Hazırda Vətən müharibəsinə həsr olunmuş “44” bədii filiminin çəkilişləri davam edir. Filmdən müəyyən treylerlər paylaşılır. İzləyirsinizmi?

-Film hazır olanda baxıb bir söz deyə biləcəyəm. Ümumən, bir fikri deyə bilərəm ki, müharibə maraqlı və cazibəli bir tamaşa üçün səbəb ola bilməz. Tank yananda gözəl yanmır, insan öləndə maraqlı ölmür. Müharibəni macəra filminə, treylərə, məhəbbət əhvalatına çevirmək mənim qəbul edə biləcəyim şey deyil.

-Ayaz bəy, bir məsələni də soruşmaq istərdim. Vətən müharibəsindən xeyli vaxt keçib. Biz fərqli ssenarilərlə çoxsaylı kinolar gözləyirdik, amma hələ ki
belə nümunələr çox deyil. Sizcə, bu nədən qaynaqlanır?

-Azərbaycan kinosu xalqımıza, müharibə mövzusuna, qələbəmizə çox borcludur. Çoxsaylı nümunələri görməməyimiz səviyyə məsələsidir. Burada rəhbərliyi
qınamaq olmaz, kinoya gələn adamların səviyyəsi ilə bağlıdır.


- Səviyyə deyərkən, kimləri nəzərdə tutursunuz? Söhbət rejissorlardan, ssenaristlərdən gedir?

-Bəli. Kinoya ziyalılar gəlməlidir.

-Niyə o ziyalılar yoxdur? Kinomuzda “yarpaq tökümü” baş verir?

-“Yarpaq tökümü” yoxdur, mən ümumiyyətlə, keçmişdə çəkilən filmlərin çoxunun da pərəstişkarı deyiləm. Böyük təəssüf ki, əsil şah əsərlər qıraqda qalır. Bir Azərbaycan filmi var ki, dünya kinosunun ən gözəl əsərləri sırasına daxildir. Bu, dünya kinosunun incisidir. Amma Azərbaycanda heç kimin xəbəri yoxdur. Söhbət “Mavi dənizin sahilində” filmindən gedir. Bu il o filmin yubileyidir. Yazmışdım ki, bu yubileyi həm Rusiyada, həm Türkiyədə, həm də Parisdə təntənə ilə keçirmək lazımdır. Çünki Parisdə o filmi çox sevirlər. Paris kino xadimləri bu filmin böyük pərəstişkarlarıdır. Amma ölkəmizdə heç kimin vecinə olmadı.

-Hazırda kinomuzda yaşlı nəsillə cavan nəslin mübarizəsi gedir. Yəqin ona görə bu film heç kimin yadına düşməyib...

- Bəli, onunla tam razıyam. İndi süni olaraq yaşlı sənətkarlarla gənc sənətçilərin münaqişəsini yaradırlar. Bu, indi yaranmayıb, əvvəldən belədir. Kino şöbəsinin əvvəlki rəhbərləri süni olaraq bunu yaradırdı. Cavanlarla yaşlılar arasında bir qarşıdurma formalaşdırırdılar. Rejissor Vaqif Mustafayev 70 yaşında film çəkir və mən bu filmdən çox şey gözləyirəm.

-Bildiyim qədərilə, siz özünüz də bədii film ssenarisi yazırsınız. İşlər nə yerdədir?

-İllərdir ssenari üzərində işləyirəm. Bu mənim ssenarimdir, proses gedir, yazıram.

-Ayaz bəy, ssenaridə hansı motivlər olacaq?

-Bu haqda hələlik danışmaq istəmirəm. Müharibə mövzusuna aid deyil.

-Bəs, Azərbaycan kinosunun gələcəyi ilə bağlı bir narahatlığınız varmı, yoxsa optimistsiniz?

-Bəli, narahatlığım məhz yaradıcı tərəflə bağlıdır. ARKA-nın indiki rəhbərliyi əlindən gələni edir. Amma məsələ yaradıcı heyətdədir.

- Düşünürsünüz ki, ssenaristlərimiz, rejissorlarımız, aktyorlarımız Azərbaycan kinosunun gələcəyi üçün kifayət qədər potensiala malik deyillər?

- Rejissorlarda, ssenaristlərdə səviyyə problemi var. Onların səviyyəsi yüksək olanda aktyorların da səviyyəsi qalxır.

- Bəs sizcə nə etməliyik, hansı islahatlar aparılmalıdır?

- Bilmirəm, vəziyyət mürəkkəbdir. Bu islahatlardan asılı deyil, adamların
səviyyəsindən asılıdır.


- Şəfiqə Məmmədovanın AKİ-yə sədr seçilməsini dəstəkləyənlər və əleyhinə çıxanlar oldu. Siz isə mövqe bildirmədiniz.

- Mən o İttifaqın üzvü deyiləm, ora mənim üçün maraqlı deyil. Nəyə görə? Vaxtilə dəfələrlə demişdim ki, ittifaqlar birləşsə, mən oradan çıxacağam. Birləşəndən sonra elə həmin gün çıxdım, indi heç bir əlaqəm yoxdur.

- Əvvəllər yaradıcı dərnəklər var idi. Onlar aktyorların, yaradıcı adamların cəlb edilməsi baxımından mühüm idi. Bəs indi niyə yoxdur?

- Cavan olanda o imkanı mənə vermədilər, indi bu haqda düşünmürəm. Bunu etmək üçün yaşım keçib.

- Sanki bir qədər ruhdan düşmüsünüz...

-Yox, kim deyir ruhdan düşmüşəm? Ruhdan düşmək mənlik deyil. Ruhdan düşməyə heç vaxtım olmayıb, olmayacaq da. Məsələ özümdə deyil, ətrafdadır. Mən başqa mühitdə formalaşmışam, püxtələşmişəm. Gənc yaşımda Moskvaya getdim və Kinematoqrafiya İnstitutunda təhsil aldım. Gözümü orada açmışam, ona görə mən ruhdan düşə bilmərəm.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 23 Sentyabr 2026 07:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see363

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see317

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see283

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see259

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see256

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see247

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see236

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see230

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see228

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see226

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see210

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see209

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see206

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see203

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see202

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see201

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see198

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see197

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see187

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri