Icma.az
close
up
RU
Hamı istədiyi filmi çəkəcək! Ayaz Salayevdən sərt reaksiya

Hamı istədiyi filmi çəkəcək! Ayaz Salayevdən sərt reaksiya

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanda kino sahəsinə ayrılan milyonlarla manatlıq büdcə vəsaitlərinin xərclənməsi ətrafında fikir ayrılığı yaranıb. Bir qisim düşünür ki, illərdir maliyyə ayrılır, amma ortada nə tamaşaçı marağı, nə də  keyfiyyətli işlər var. Digərləri əlavə vəsaitin vacib olduğunu vurğulayırlar.

Əgər sistemli nəticə əldə olunmursa, dövlət niyə yenidən bu sahəyə böyük maliyyə ayırmalıdır?

Globalinfo.az-a danışan kinorejissor Ayaz Salayev deyib ki, vəsaitin ayrılması yalnız yaxşı film çəkilməsi üçün nəzərdə tutulmur:

“Bu vəsaiti kadrların yetişdirilməsinə və kinoda milli siyasətin formalaşdırılmasına yönləndirmək mümkündür. Təsəvvür edin ki, bir xəstəxanada problemlər var və buna görə insanlar dünyasını dəyişir. Bu, həmin xəstəxananın bağlanmalı olduğu anlamına gəlmir, oradakı işin yaxşılaşdırılması zərurətini göstərir. Milli kino da mədəniyyətimizin vacib hissəsidir. Əgər filmlərimiz keyfiyyətli olmazsa, inkişafdan danışmaq çətin məsələdir. Biz müharibəni qələbə ilə başa vurmuşuq, lakin ideoloji və informasiya müharibələri davam edir, həmişə də davam edəcək. Bu mübarizədə kinonun rolu əvəzsizdir”.

Kinorejissor qeyd edib ki, bu sahəyə maliyyə ayrılmasa da, filmlərin çəkilməsi dayanmayacaq:

“Lakin dövlət nəzarəti itirəcək. Hər kəs istədiyi mövzunu çəkəcək, çünki bu gün film çəkmək üçün təkcə telefon belə kifayət edir. Buna görə də dövlətin prosesə dəstəyi önəmlidir”.

Ləman İmran
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 14 Noyabr 2025 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see322

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see316

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see313

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see299

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see299

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see290

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see280

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see280

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see278

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see264

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see246

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see237

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see236

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see232

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see232

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see229

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see223

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see220

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see198

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri