Icma.az
close
up
RU
İftixarın “Qeyri səlis məntiq və teatr” monoqrafiyasının təqdimatı keçirilib FOTOLAR

İftixarın “Qeyri səlis məntiq və teatr” monoqrafiyasının təqdimatı keçirilib FOTOLAR

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il ilin kiçik qrant müsaqibəsinin qalibi “Teatr və kino sənətinin inkişafına dəstək” İctimai Birliyinin “Qeyri-səlis məntiq və teatr” adlı layihəsi çərçivəsində İftixarın “Qeyri-səlis məntiq və teatr” monoqrafiyasının təqdimatı keçirilib.

"Cebheinfo.az" xəbər verir ki, 29 sentyabr 2025-ci ildə Azərbaycan Atatürk Mərkəzində Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il ilin qrant müsaqibəsinin qalibi, “Teatr və kino sənətinin inkişafına dəstək” İctimai Birliyinin “Qeyri-səlis məntiq və teatr” adlı layihəsi çərçivəsində İftixar Piriyevin “Qeyri-səlis məntiq və teatr” adlı monoqrafiyasının mədəniyyət və ictimaiyyət xadimlərinin iştirakı ilə təqdimat mərasimi keçirildi.

Kitab Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır. Monoqrafiyanın elmi redaktoru AMEA Memarlıq və İncəsənət institutunun “Teatr, kino və televiziya” şöbəsinin aparıcı elmi işçisi, C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının ədəbi-dram hissəsinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nərminə Ağayevadır. Monoqrafiya əsa­sı dünyaca məşhur alim Lütfi Zadə tərəfindən qoyulmuş “Qeyri-səlis məntiq” nəzəriyyəsinin teatr sənətinə sinergetik adaptasiyası prob­lemlərini araşdıran nəzəri-təcrübi tədqiqatdır. “Qeyri-səlis məntiq nəzəriyyəsi”nin teatr sənətinə adaptasiya konseptinin  təbliği məqsədi ilə nəşr edilən elmi-nəzəri araşdırma müasir milli teatrımızda modern təzahürdə yeni sənət təfəkkürünə malik qeyri-səlis teatr sistemi ideyasının yaranışına  və daha geniş arealda təşəkkülünə təkan olacaqdır.

Tədbirdə Filologiya elmləri doktoru, professor Rüstəm Kamal, filologiya elmləri doktoru Sevil Həsənova, “Ədəbiyyat qəzeti”nin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi, tənqidçi-publisist Azər Turan, istimai-siyasi xadim, millət vəkili, filologiya elmləri doktoru, dosent Elnarə Akimova, politoloq Elşad Nəsənov, kulturologiya üzrə fəlsəfə doktoru, dosent Yeganə Əliyeva, tarix elmləri doktoru, kulturoloq, professor Minaxanım Əsədli, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nərminə Ağayeva, teatr, kino, televiziya rejissoru və aktyoru Elvin Mirzəyev, Əməkdar jurnalist Akif Təvəkküloğlu, xalq artisti, professor Bəsti Cəfərova, xalq artisti Sabir Məmmədov, şair-dramaturq, istimai xadim İmir Məmmədli, İrəvan Dövlət Azərbaycan Dram Teatrının baş rejissoru Gümrah Ömər, Əməkdar müəllim Hicran Sadıqzadə kitab haqqında fikir və mülahizələrini söylədilər. 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 01 Oktyabr 2025 11:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see272

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see231

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see208

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see192

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see182

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see171

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see157

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see156

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see150

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see149

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see149

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see148

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see144

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see142

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see142

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see141

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see140

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see139

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see136

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri