Aybəniz Babayeva Dünya Kubokunun finalında yeddinci olub
Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycanın paragüllə atıcısı Aybəniz Babayeva Dünya Kubokunda final mərhələsində mübarizə aparıb.
İdman.Biz xəbər verir ki, bu barədə Milli Paralimpiya Komitəsi məlumat yayıb.
Bildirilib ki, “Paris-2024” Yay Paralimpiya Oyunlarının iştirakçısı olan idmançımız Serbiyanın Novi Sad şəhərində keçirilən Dünya Kubokunda qadınlar arasında 10 metr məsafəyə pnevmatik tapançadan atəş (P2) yarışında çıxış edib.
Aybəniz Babayeva təsnifat mərhələsində 559 xal toplayaraq finala vəsiqə qazanıb. Həlledici mərhələdə isə 129,2 xal toplayan təmsilçimiz 34 idmançı arasında yarışı yeddinci pillədə başa vurub.
Qeyd edək ki, Dünya Kuboku 27-29 iyul tarixlərində Novi Sad şəhərində keçirilib.
Bu mövzuda digər xəbərlər:Ağarzayev Dünya kubokunun finalında yeddinci olub
09 Mart 2025 14:11
Cəfərova Dünya Kubokunun finalında
05 May 2026 16:12
Azərbaycan gimnastı Dünya kubokunun finalında
21 Fevral 2025 12:58
Dəniz Əliyeva Dünya kubokunun finalında
06 Mart 2025 14:57
İki gimnastımız Dünya Kubokunun finalında
05 Mart 2026 19:51
Baxış sayı:115
Bu xəbər 30 İyul 2026 17:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















