Icma.az
close
up
RU
Ayda 925 manata kim ev ala bilər?

Ayda 925 manata kim ev ala bilər?

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

İpoteka və Kredit Zəmanət Fondu (Fond) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsində yerləşən yaşayış kompleksində 237 yeni, tam təmirli mənzili vətəndaşlara təqdim edir.

Yaşayış sahələri 1, 2 və 3 otaqlı olmaqla, aylıq ödənişləri 925 manatdan başlayır.

Müraciətlərin qəbulu və mənzil seçimi Elektron Hökumət İnformasiya Sisteminə (e-gov.az) inteqrasiya edilmiş Elektron İpoteka və Kredit Zəmanət sistemi üzərindən həyata keçirilir.

İndiyə qədər satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 9 306 kirayə müqaviləsi bağlanıb.

Bu qiymətlə təqdim olunan mənzillər real ehtiyacı olan ailələr üçün nə dərəcədə əlçatandır?

Mövzu ilə bağlı "Cebheinfo.az"- a açıqlamasında əmlak eksperti Elnur Azadov bildirib ki, mənzil bazarında qiymətlər artdığı üçün kirayə qiymətləri də bahalaşıb:

"Bir çox vətəndaşlar 925 manatın, ümumiyyətlə, qiymətlərin yüksək olduğunu bildirirlər. Məsələ ondadır ki, İpoteka və Kredit Zəmanət Fondu qiymətləri bazar qiyməti ilə formalaşdırır, yəni bazarda olan orta qiymət nə qədərdirsə, onu da uyğun götürürlər.

Son aylar ərzində Bakı şəhərində və bir çox ərazilərdə pilot layihələrin başlaması ilə bağlı kirayə qiymətlərində kəskin bahalaşma müşahidə olunur. Məsələn, o şəxslər ki 7–8 il əvvəl  bu mexanizm ilk tətbiq olunanda ev almışdılar, onlar "udub". 

Satmaq öhdəliyi ilə kirayə yoluyla o vaxt elə evlər var idi ki, 300 manatla kirayə götürülmüşdü. Orta hesabla 300–350 manat olan həmin evlərin icarəsi hazırda demək olar ki, bu qiymətdən 2 dəfə çoxdur, yəni 550–750 manat arasında dəyişir".

Ekspertin sözlərinə görə, qiymətlərin müəyyənləşdirilməsində bazar amili əsas rol oynadığı üçün sabitlik zəifləyir:

"İnflyasiyanı, daşınmaz əmlakın bahalaşmasını və icarə qiymətlərinin stabil artımını nəzərə alsaq, bu tendensiyanın davamlılığını ehtimal etsək, bir neçə il əvvəl bu formada uyğun qiymətlərlə ev alan insanlar xeyli irəli düşüb".

Ekspert qeyd edib ki, gəlirlər və əmlak qiymətləri arasında ciddi uyğunsuzluq var:

"Bu gün  bu qiymətlər vətəndaşların gəlirlərinə uyğun deyil. Əslində bu problem ümumi iqtisadi problemdir. Vətəndaşların gəlir səviyyəsi daşınmaz əmlak sektorundakı qiymətlərlə mütənasib deyil.

Bunu bir çox ekspertlər də vurğulayırlar. Mən də hesab edirəm ki, daşınmaz əmlak qiymətləri normadan çox bahalaşıb. Lakin bu istiqamətdə hələlik hər hansı ciddi tədbirlər görülmür".

Gülər Həsənli 
"Cebheinfo.az"

Açar sözlər: İpoteka Elnur Azadov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:194
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 22 Aprel 2026 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1016

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see503

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see406

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see313

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see311

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see285

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see248

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see226

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see220

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see216

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see214

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see214

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see210

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see207

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see202

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see202

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see201

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see194

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see180

AZCON un “DP world” ilə birgə hədəfləri

10 Oktyabr 2026 11:37see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri