Ayder Forumu və Azərbaycanın müasir enerji siyasəti MM in komətə sədri forumda çıxış edib
Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
2026-cı ilin yanvar ayında Türkiyənin Rize şəhərində, Ayder yaylasında keçirilən Beynəlxalq Ayder Forumu müasir dövrdə enerji, təhlükəsizlik və diplomatiya mövzularının qarşılıqlı əlaqəsini müzakirə edən nüfuzlu beynəlxalq platforma kimi xüsusi diqqət çəkib.
“Enerji, Qlobal Təhlükəsizlik və Diplomatiya” mövzusuna həsr olunan forumda müxtəlif ölkələrdən dövlət rəsmiləri, siyasətçilər və aparıcı ekspertlər iştirak edərək enerji siyasətinin gələcək konturlarının müəyyənləşdirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.
Forumun açılış mərasimində Azərbaycan Respublikasının Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanovun çıxışı iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Onun çıxışında Azərbaycanın son illər ərzində formalaşdırdığı enerji strategiyasının ideoloji və praktik əsaslarını, regional və qlobal miqyasda oynadığı rolu ardıcıl və sistemli şəkildə təqdim edilib.
Sadiq Qurbanov çıxışında vurğulayıb ki, Azərbaycan bu gün karbohidrogen ixrac edən ölkə olmaqla yanaşı, qlobal enerji təhlükəsizliyinin etibarlı tərəfdaşı kimi də tanınır. Xüsusilə Cənub Qaz Dəhlizi kimi strateji əhəmiyyət daşıyan layihələr vasitəsilə Azərbaycan Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verməklə yanaşı, regional sabitliyin möhkəmləndirilməsində də əhəmiyyətli rol oynayır.
Eyni zamanda qeyd olunub ki, Azərbaycanın enerji siyasətində keyfiyyətcə yeni mərhələ başlanmışdır. Bu mərhələnin əsas mahiyyəti ənənəvi enerji resurslarının səmərəli istifadəsi ilə yanaşı, bərpa olunan və “yaşıl enerji” mənbələrinin prioritet inkişaf istiqamətinə çevrilməsidir. Prezident İlham Əliyevin siyasi iradəsi nəticəsində “Yaşıl dünya naminə həmrəylik” konsepsiyası dövlət siyasətinin mühüm tərkib hissəsi kimi institusional xarakter almışdır.
Çıxışda xüsusi olaraq vurğulayıb ki, Azərbaycanın azad olunmuş əraziləri, eləcə də Naxçıvan Muxtar Respublikası rəsmi şəkildə “yaşıl enerji zonaları” elan edilmişdir. Bu ərazilərdə günəş, külək və hidroenerji potensialının reallaşdırılması ekoloji dayanıqlılığın təmin olunması ilə yanaşı, uzunmüddətli enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edir. Bu yanaşma onu göstərir ki, Azərbaycan enerji siyasətini yalnız iqtisadi gəlir mənbəyi kimi deyil, həm də ekoloji məsuliyyət və gələcək nəsillər üçün davamlı inkişaf modeli kimi dəyərləndirir.
Sadiq Qurbanovun fikrincə, yaşıl enerji layihələri daxili enerji tələbatının ödənilməsini təmin etməklə yanaşı, region ölkələri və Avropa bazarları üçün yeni enerji əməkdaşlığı imkanları yaradır. Bu isə Azərbaycanın enerji ixracatçısı ölkə statusunu keyfiyyətcə yeni mərhələyə yüksəldir.
Ayder Forumunda aparılan müzakirələr bir daha nümayiş etdirdi ki, müasir dünyada enerji siyasəti diplomatik münasibətlər və təhlükəsizlik məsələləri ilə sıx şəkildə bağlıdır. Azərbaycan–Türkiyə strateji tərəfdaşlığı kontekstində enerji sahəsində əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir və Ayder Forumu bu əməkdaşlığın yalnız ikitərəfli müstəvidə deyil, eyni zamanda regional və qlobal çərçivədə inkişaf etdirilməsi üçün mühüm intellektual platforma rolunu oynayır.
Forum çərçivəsində səsləndirilən yanaşmalar Azərbaycanın enerji siyasətinin müasir çağırışlara uyğun, balanslı və uzaqgörən xarakter daşıdığını bir daha təsdiqlənib. Ənənəvi enerji resurslarının qorunması ilə yanaşı, yaşıl enerjiyə keçidi prioritet elan edən Azərbaycan bu strategiya vasitəsilə regional liderlik mövqeyini möhkəmləndirməklə yanaşı, qlobal enerji transformasiyasına da real töhfə verir.
Nəticə etibarilə, Ayder Forumu çərçivəsində irəli sürülən fikirlər göstərir ki, enerji müasir dünyada təkcə iqtisadi kateqoriya olmaqla qalmır, eyni zamanda diplomatik təsir aləti, ekoloji məsuliyyət göstəricisi və milli təhlükəsizliyin əsas sütunlarından biri kimi çıxış edir. Azərbaycan isə bu çoxşaxəli yanaşmanı ardıcıl və uğurlu şəkildə həyata keçirən ölkələr sırasında ön mövqedə dayanır.
"AzPolitika.info"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:27
Bu xəbər 19 Yanvar 2026 12:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















