Icma.az
close
up
RU
Azərbaycanın mədəniyyət naziri BMT Sivilizasiyalar Alyansının 20 illiyinə həsr olunmuş forumda çıxış edib AZƏRTAC

Azərbaycanın mədəniyyət naziri BMT Sivilizasiyalar Alyansının 20 illiyinə həsr olunmuş forumda çıxış edib AZƏRTAC

Bakı, 27 noyabr, AZƏRTAC

Portuqaliyanın Kaşkai şəhərində BMT Sivilizasiyalar Alyansının (UNAOC) "Sülhdə birlik: etimadın bərpası, gələcəyin yenidən formalaşdırılması" mövzusunda X Qlobal Forumu keçirilir. Builki forum Sivilizasiyalar Alyansının yaranmasının 20 illiyinə həsr olunub.

AZƏRTAC xəbər verir ki, forumun açılış mərasimindən sonra “Bəşəriyyət naminə 20 illik dialoq: keçdiyimiz dərslər üzərində düşünmək və irəliyə doğru yol açmaq" mövzusunda UNAOC Nazir Dostlar Qrupunun yüksəksəviyyəli görüşü keçirilib.

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli görüşdə çıxış edib.

Bildirib ki, çoxmillətli və çoxkonfessiyalı ölkə olan Azərbaycan mədəniyyətlərarası dialoqa böyük töhfələr verir. Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş “Bakı Prosesi” çərçivəsində 2011-ci ildən etibarən Sivilizasiyalar Alyansının da tərəfdaşlığı ilə ölkəmizdə altı dəfə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilib.

seeBaxış sayı:25
embedMənbə:https://azertag.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri