Icma.az
close
up
RU
Aydın Bayramov: Bizim hələ onlara qarşı oyunlarımız var

Aydın Bayramov: Bizim hələ onlara qarşı oyunlarımız var

Apasport portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Zirə"nin qolkiperi Aydın Bayramov apasport.az saytına müsahibə verib.

- "Sumqayıt"la görüşdə qələbə qazanmağı bacardız. Kənardan sanki asan oyun olduğu göründü. Sənin bu barədə fikrin necədir? Gözlənildiyi qədər çətin olmadı?
- Xeyr, mən belə deməzdim. Heç bir asanlıq yox idi. Biz yaxşı rəqibə qarşı oynadıq. Birinci hissə bizim üçün daha ağır keçdi. Sadəcə qol epizodlarından vaxtında istifadə edə bildik. Sonda da qalibiyyəti əldə etdik. Şükür Allaha, istəyimiz üç xal idi, onu da qazandıq.

- "Sumqayıt"la matç komandanın özünəinamı baxımından yaxşı qələbə oldu? Ötən turda "Neftçi"yə uduzmuşdunuz. Həmin matçdan sonra psixoloji olaraq necə toparlandınız?
- Üzərimizdə psixoloji təzyiq yox idi. Düzdür, "Neftçi" məğlubiyyəti bizim üçün ağır oldu. Heç-heçə bitir dediyimiz oyunda uduzduq. Ancaq futbolda belə hallar olur. Tez unudub "Sumqayıt" matçına köklənə bildik. Oyuna da yaxşı konsentrasiya olduq və sonda qazandıq. 

- "Zirə” “Araz-Naxçıvan”a bir az da yaxınlaşmış oldu. Demək olar ki, işlər yenidən qaydasına düşdü? Əsas məqsəd “Araz-Naxçıvan”ı keçərək 2-ci pilləyə yüksəlməkdir?
- Bizim üçün əsas olan avrokuboklara yollanmaqdır. Hədəfimizə çatmaq üçün hər oyuna eyni şəkildə hazırlaşırıq. Bacardığımız qədər irəli getməyə çalışacağıq. Hər oyunda ən yaxşı nəticəni istəyirik. Bunun üçün sona qədər mübarizə aparırıq.

- "Zirə"nin növbəti turdakı rəqibi isə "Kəpəz" olacaq. Bu görüşdə komandanın qələbə qazanması nə dərəcədə realdır? "Kəpəz" qış fasiləsindən sonra yaxşı oynayır, qələbələr qazanır...
- Bu mövsüm bütün oyunlar çətindir. Hər rəqib sona qədər mübarizə aparır. "Kəpəz" də çətin rəqiblərdən biridir. Oyuna hazırlaşmaq üçün yetərincə vaxtımız var. Çalışacağıq ki, "Kəpəz"lə görüşə də oyuna tam köklənib, yaxşı nəticə qazanaq. 

- Bu gün əsas rəqibləriniz "Turan Tovuz" və "Araz-Naxçıvan" qarşılaşır. Bu görüşdə hansı nəticənin olmasını daha çox istəyirsiz? "Turan Tovuz" qalib gəlsə, sizə yaxınlaşır, "Araz-Naxçıvan" isə qalib gəlsə, sizdən uzaqlaşacaq...
- Çalışırıq ki, rəqiblərimizin nəticələrinə də çox fikir verməyək. Düzdür, oyunların hamısına baxırıq, izləyirik. Ancaq bizim üçün əsas öz oyunumuz və nəticələrimizdir. Biz də buna köklənmişik. Çünki bizim də hələ onlara qarşı oyunlarımız var. 

- Yeni sezondan legioner limiti tətbiq edilməyəcək. Necə düşünürsən, məsələn, sənin "Zirə"də yeni sezonda da daimi start heyətində oynamaq şansın çox olacaq, yoxsa limitin götürülməsi təsir edəcək?
- Bu haqda heç nə deyə bilmərəm. Rəqabətdir, rəqabətdən heç vaxt çəkinməmişəm. Çalışacam ki, əlimdən gələni edim ki, özüm və məşqçilərin etimadını doğruldum.

- Bu sezon "Zirə"nin əsas qapıçısısan və statistikan da yaxşı görünür. Bu, yayda ölkə xaricinə yollanmağına, legioner həyatı yaşamağına kömək ola bilər? Heç təklifin var və ya olub?
- İndi mövsümün ortasıdır. Bu haqda sezonun sonunda nəsə danışmaq olar. İndi fikirm yalnız "Zirə"dədir və onun uğurlarındadır. Qarşıdakı matçlara fokuslanmışam.

“Neftçi” 4 ildən sonra qələbə arzusunda - YENİLƏNİR Podolski fərqləndi, Rahilin komandası məğlub oldu Vaqif Cavadov: “Yaxşı gündə dostlar ətrafda olur” Rəşad Sadıqov: “Vacib qalibiyyət əldə etdik” "Sumqayıt" yenə qol vura bilmədi, "Zirə"dən 3 aldı - YENİLƏNİB
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:100
embedMənbə:https://apasport.az
archiveBu xəbər 16 Fevral 2025 17:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see266

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see237

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see183

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see147

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri