Icma.az
close
up
RU
Aydın Hüseynov: Azərbaycanın bank sektorunun göstəriciləri qənaətbəxşdir

Aydın Hüseynov: Azərbaycanın bank sektorunun göstəriciləri qənaətbəxşdir

Pravda.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov Azərbaycanda 22, Gürcüstanda 17, Ermənistanda 18 bank fəaliyyət göstərməsinə baxmayaraq, ötən il Gürcüstan banklarının 1,1 milyard, Ermənistan banklarının 914 milyon dollar, Azərbaycan banklarının isə 614 milyon dollar xalis mənfəət əldə etmələri məsələsinə aydınlıq gətirib.

Deputat Pravda.az-a açıqlamasında deyib ki, Azərbaycanın bank sektorundakı vəziyyət qənaətbəxşdir.

A.Hüseynov bildirib ki, bu sektorda vaxtı keçmiş borc əmsalı 2024-cü ildə xeyli azalıb, kreditləşmənin güclü artımı baş verib, kreditlərin qaytarılması yaxşılaşıb: “Həmçinin Azərbaycan banklarının kapitallaşması artıb, adekvatlıq əmsalı yüksəlib. Depozit bazasında cari hesabların üstünlüyü də xeyli yüksəlib. Eləcə də kredit portfelinin strukturunun da keyfiyyət baxımından yenilənməsi müşahidə edilir. Nəticə etibarilə real sektora yönəldilən kreditlərin sayında artımlar var. Mərkəzi Bank tərəfindən yeni strategiyanın qəbul edilməsi bank sektorunun inkişafına daha sistemli və ünvanlı yanaşmadan xəbər verir”.

Deputat qeyd edib ki, Azərbaycanın bank sektorunun maliyyə göstəriciləri kifayət qədər yaxşıdır, hazırda fəaliyyətdə olan 22 kommersiya bankı 2024-cü il üzrə xeyli mənfəət əldə edib: “Ümumi nəticələri bir yerdə hesabladıqda sektorun 1 milyard 73 milyon manata yaxın xalis mənfəət etdiyi məlum olub. Keçən il sektor 1 milyard 76.4 milyon manat xalis mənfəət əldə etmişdi. Xalis mənfəət üzrə ən güclü performans “Beynəlxalq Bank”a məxsusdur. Bank keçən ili 293.7 milyon manat xalis mənfəətlə bitirərək şəriksiz liderdir. “PAŞA Bank” 210.5 milyon manatla ikinci, “Kapital Bank” 186.5 milyon manatla üçüncü, “Xalq Bank” 65.7 milyon manatla dördüncü, “AccessBank” isə 54.1 milyon manatla beşliyi qapadır. Sistem əhəmiyyətli banklar ümumilikdə 807.1 milyon manat xalis mənfəət əldə edib ki, bu da ümumi sektorda 75% paya sahib olmaq deməkdir”.

A.Hüseynov deyib ki, son illərdə bank sektorunda institusional mühiti daha da yaxşılaşdırılıb, ödəniş xidmətləri və ödəniş sistemləri sahəsində qanaunvericilik bazası beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilib, bazara rəqabətə davamlı iştirakçıların daxil olması təmin edilib: “Ödəniş xidmətləri həyata keçirən 14 elektron pul, 8 ödəniş təşkilatı və bir ödəniş sistemi operatorunun fəaliyyəti lisenziyalaşdırılıb. Milli ödəniş sisteminin dövriyyəsi 4 dəfəyə yaxın artıb. Ölkəmizdə “Açıq bankçılıq” platforması qurulub. Strateji hədəflərdən biri rəqəmsal ödəniş sektorunun qabaqcıl beynəlxalq təcrübə əsasında daha da inkişaf etdirilməsidir ki, bu layihə üzrə lokal ödəniş kartlarının emissiyası gücləndirilməkdədir. Ümimilikdə, Azərbaycanın bank sektorunun ölkəmizin kapital bazarlarında rolu artmaqdadır”.

Qeyd: 2024-cü ildə Gürcüstan banklarında aktvlərin həcmi 34 milyard, Ermənistanda 27,7 milyard, Azərbaycanda isə 31,2 milyard dollar olub. Kreditləşmənin həcmi isə Gürcüstanda 21,5 milyard,  Ermənistdanda 15,8 milyard və Azərbaycanda isə 16,2 milyard dollar olub. Bu göstəricilər sosial şəbəkələrdə müzakirə yaradıb.

Aytəkin Qardaşova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:53
embedMənbə:https://pravda.az
archiveBu xəbər 19 Fevral 2025 09:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Musiqinin beyinə təsiri: Stressi cəmi 8 dəqiqəyə azaldan mahnı açıqlandı (VİDEO)

31 May 2025 20:03see219

Qurbanovdan sərt reaksiya: “Ən bərbad hakimlik idi”

31 May 2025 22:12see170

Küsülü idilər, səhnədə barışıb evlilik təklif etdi VİDEO

31 May 2025 20:02see137

Sizi varlı göstərəcək 3 çanta modeli FOTO

31 May 2025 18:46see133

KƏND HƏYATINDA UŞAQ SEVİNCİ... FOTOLAR

31 May 2025 23:11see126

“Vəfa” yenidən səhnədə

01 İyun 2025 01:08see125

Miss Vorld 2025 in qalibi müəyyənləşdi Foto

31 May 2025 22:09see123

Hakimlik haqda nəsə demək istəmirəm Elvin Cəfərquliyev

31 May 2025 22:58see123

Kallas Rusiya ilə Çinin yaxınlaşmasını dövrümüzün ən böyük problemi adlandırıb

31 May 2025 12:34see122

NASA və Harvard qurban seçildi Tramp nəyi dəyişmək istəyir?

31 May 2025 22:36see121

Şəhərin mərkəzində atışma 2 ölü, 1 yaralı

01 İyun 2025 15:32see121

“OPEC+”un 8 ölkəsi iyulda hasilatı 411 min barel artırmaqla bağlı razılığa gəlib

31 May 2025 16:46see121

Barselona danışıqlarda irəlilədi

31 May 2025 19:01see121

Mələksima Qumru quşu

01 İyun 2025 01:19see120

Abşeronda “təndirxana dələduzluğu”

31 May 2025 15:33see119

Gicitkəndən dondurma hazırlandı

31 May 2025 15:11see119

Hikmət Hacıyev: 2020 ci ildən bəri təxminən 400 Azərbaycan vətəndaşı mina partlayışlarının qurbanı olub

31 May 2025 21:32see116

Cəzaçəkmə müəssisəsinin damı uçdu, məhkum xəsarət aldı

01 İyun 2025 22:14see114

Cənubi Koreyada seçkilərə şok qərar: namizədlərdən biri geri çəkildi

01 İyun 2025 19:55see113

Tərtərdə qəza Bir ailənin 3 üzvü xəsarət aldı

31 May 2025 20:31see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri