Hıçqırıq niyə olur?
Pravda.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Hıçqırıq sinə ilə qarın boşluğunu ayıran diafraqma əzələlərinin ani və nəzarətsiz yığılması nəticəsində səs tellərinin bağlanması və "hık" səsinin çıxması ilə yaranan refleksdir.
Pravda.az bildirir ki, əsas səbəblər arasında sürətli yemək yemək, qazlı içkilər, alkoqol, stress, reflü və hava udulması yer alır.
Qısa müddətli (48 saatadək) hıçqırıqlar adətən təhlükəli olmasa da, bəzən uzunmüddətli davam edərək xəstəlik əlaməti ola bilər.
Hıçqırığı keçirmək üçün tətbiq edilə bilən üsullar bunlardır:
– Dərin nəfəs alıb 10–20 saniyə tutmaq
– Dizləri sinəyə çəkib öne əyilmək
– Buzlu su içmək
– Limon dişləmək
– Bir damcı sirkə içmək
– Toz şəkər udmaq
– Su ilə qarqara etmək
Əgər hıçqırıq uzun müddət davam edərsə, qastroenteroloq və ya terapevtə müraciət etmək tövsiyə olunur.
Əminə Bayramova

