Icma.az
close
up
RU
Bazar qiyməti 9 12 manat olan xidmət üçün İTS 13,5 manat ayırıb Təfərrüat

Bazar qiyməti 9 12 manat olan xidmət üçün İTS 13,5 manat ayırıb Təfərrüat

Icma.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.


İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTS) tender müsabiqəsi elan edib.
Yeniavaz.com
xəbər verir ki, tender müsabiqəsi yazılı tərcümə xidmətinin satın alınması ilə bağlıdır.
Qeyd edək ki, müsabiqənin ehtimal olunan qiyməti 12 min 976 manat təşkil edir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bu vəsaitə 240 min sözün Azərbaycan dilindən rus, ingilis, türk dillərinə və rus, ingilis, türk dillərindən Azərbaycan dilinə yazılı tərcümə olunmasını nəzərdə tutub.
Açıqlanan məlumatdan da göründüyü kimi, Dövlət Agentliyi bir sözün tərcüməsi üçün 5,4 qəpik ayırmağı planlayıb. Bu isə o deməkdir ki, 250 sözdən ibarət bir səhifəlik mətnin tərcüməsi üçün 13,5 manat nəzərdə tutulub.
Məlumat üçün bildirək ki, “Dövlət Satınalmaları Haqqında” Qanunun 19-cu maddəsində açıq şəkildə qeyd olunur ki, satınalan təşkilat satınalma planını hazırlayarkən ehtimal olunan qiyməti hesablayır və təsdiq edir. Bir mənbədən satınalma üsulunun tətbiq edildiyi hallar istisna olmaqla, satınalan təşkilat tərəfindən satınalmaların ehtimal olunan qiyməti təsdiq olunmadan satınalma prosedurlarına başlanıla bilməz.
Qanunun 19.4-cü maddəsində isə qeyd olunur ki, Ehtimal olunan qiymətin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
“Ehtimal olunan qiymətin hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 dekabr tarixli 501 nömrəli Qərarının 2-ci bəndində göstərilir ki, ehtimal olunan qiymətlərin və ya orta bazar qiymətinin hesablanması 6 üsulla (statistik üsul, bazar araşdırması üsulu, açıq informasiya üsulu, analoq üsulu, təcrübə üsulu və qiymətləndirici üsul) aparılır. Bu zaman ehtimal olunan qiymət 2 və daha çox üsulla hesablandıqda, ən aşağı olan qiymət ehtimal olunan qiymət hesab edilir.
Tərcümə xidmətləri ilə bağlı ölkədə rəqabətli bazarın olduğunu nəzərə alaraq ehtimal olunan qiymətin hesablanması üçün ən əlverişli üsul açıq informasiya üsulunun tətbiqidir. Açıq informasiya üsulunu tətbiq edən satınalan təşkilat satın alınması planlaşdırılan satınalma predmetinin (rus, ingilis, türk dillərinə tərcümə) icrasını həyata keçirən ən azı 2 (iki) təchizatçının açıq informasiya mənbəsində göstərilən qiymətləri barədə məlumatları əldə edir.
Onu da bildirək ki, açıq informasiya mənbələrinə baxdığımız zaman görürük ki, tərcümə xidmətlərinin qiyməti İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müəyyən etdiyi ehtimal olunan qiymətdən aşağıdır.
Məsələn, “ASAN Xidmət” rus, ingilis, türk dillərinə tərcümənin bir səhifəsini (250 söz) 9-12 manata tərcümə edir. Yaxud, “Tərcüman” Tərcümə Mərkəzi rus, ingilis, türk dillərinə tərcümənin bir səhifəsini (3000 söz) 9 manatdan başlayan qiymətlərlə tərcümə edir.
Elnur Əli
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 02 İyun 2025 11:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri