Aydın Kazımzadə: Elmira Şabanova özünü hər şeydən təcrid etmişdi
Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Bu gün mənim üçün çox kədərli gündür".
Teleqraf xəbər verir ki, bunu Xalq artisti Elmira Şabanova ilə vida mərasimində jurnalistlərə açıqlamasında əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadə deyib.
"Elmira Şabanova və ailəsinə ən yaxın insanlardan biriyəm. Onun həyat yoldaşı Rüfət Şabanov böyük rejissor idi. Sözü ailədə qanun sayılırdı. Gənclik illərində Elmira Şabanovanın filmlərdə çəkilməsinə icazə vermədi. O da həyat yoldaşının sözlərinə hörmətlə yanaşaraq ailəsini seçdi.
Çox təəssüf edirəm ki, gənclik illərində onun istedadını, aktrisalıq potensialını görə bilmədik. Amma sonra həyat yoldaşı icazə verdi və aktrisa çox gözəl ana obrazı yaratdı".
Aydın Kazımzadə əlavə edib ki, tez-tez Elmira Şabanova əlaqə saxlayıb: "Deyirdim ki, evdə oturma, çıx hərəkət elə. Özünü hər şeydən təcrid etmişdi".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 26 Noyabr 2026 11:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















