Icma.az
close
up
RU
Aydın Quliyev: Yazılı mətbuat bir sivilizasiyadır. Sivilizasiyada isə qırğınlıq, fasilə olmaz

Aydın Quliyev: Yazılı mətbuat bir sivilizasiyadır. Sivilizasiyada isə qırğınlıq, fasilə olmaz

Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Müsahibimiz "Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyevdir.

- Aydın müəllim, Milli Mətbuatımızın 150 yaşı tamam olur. 150 illik yol haqqında “nağıl dili yüyrək olar” prizmasından yanaşsaq, nələri demək olar?

- 150 ildə bir neçə jurnalistlər nəsli gəlib getdi. Çoxlu qəzetlər yarandı. Mətbuatımız çox fərqli siyasi rejimlərdən keçdi. Neçə - neçə qəzet və jurnallar qurban verildi. Jurnalistlər həlak oldu. Çox istedadlı jurnalistlər yetişdi. Ancaq milli mətbuatçılıq yaşadı. Günlərimizə qədər gəlib çıxdı.

- Müstəqillik dövründə milli mətbuatımız fərqli inkişaf mərhələləri keçdi. Bəzən “sarı mətbuat” adlanan nəsnələr meydana çıxdı - bəzən dezinformasiyalar dövrü yaşandı, bəzən isə “reket jurnalistikası” kimi xoşagəlməz dövr ilə üz-üzə qaldıq. Amma bütün hallarda bu mərhələlər başa vuruldu. Bu gün mətbuat hansı inkişaf mərhələsini yaşayır?

- Bu gün mətbuatımız özünün  ən rahat dövrlərindən birini yaşayır. Peşənin öz xarakterindən doğan çətinliklərdən başqa qondarma və ya törəmə bir çətinlik yoxdur. Bu mərhələyə sarı mətbuat, reket mətbuat, dezinformasiya mətbuatı deyilən kiçik pillələrdən keçərək gəldik. Bunlar müstəqilliyimizin ilk dövrlərinə xas olan siyasi xaos dövrünün təzahürləri idi. Məncə, mətbuatda bu xaos dövrü olmaya bilməzdi. Çarizm və bolşevizm dövründə mətbuatımız ideoloji basqı altında yaşayırdı. Dövlət müstəqilliyimizlə qapı-pəncərələr açıldı.1875 - ci ildən 1991- ci ilədək 116 il basqı altında yaşamış mətbuat və jurnalistlər birdən birə azadlığa çıxandan özünü necə aparmalı idi?! Çaş - başlıq, özünütəsdiq üsullarının axtarışı, qaydasız rəqabət- bütün bunlar təbii ki olmalı idi. Ancaq hazırda əvvəlki iki tarixi dövrdən, yəni çarizm və bolşevizm dövrlərindən fərqli səviyyədəyik. İndi dövlətlə  mətbuatın qarşıdurması yox, bir- birini tamamladığı, həmahəng fəaliyyəti dövründəyik. Bu tarixi əhəmiyyətli məqamdır. Mətbuat heç vaxt indiki kimi dövlət və dövlətçiliyin yanında olmayıb. Dövlət isə heç vaxt indiki kimi mətbuatı himayə etməyib. Dövlət - mətbuat münasibətləri heç  vaxt görmədiyimiz  “sistemli dövrünü” yaşayır. Burada xaos, “sarılıq”, “reketçilik “ çiçəklənə bilməz. Prezident İlham Əliyevin sözləri çox şey deyir: “Ölkədə vəziyyətlə bağlı əsas məlumatları həm də gündəlik olaraq mətbuatdan alıram. Obyektiv jurnalistlər idarəçilikdə mənim ən yaxşı müttəfiqlərimdir”. Mətbuatın hazırda hansı mərhələdə olduğunu bu sözlərdən daha məzmunlu ifadə etmək mümkün deyil.

- Çap, ənənəvi, yazılı mətbuat kimi xarakterizə olunan qəzetçiliyi dünənimizin, bu günümüzün və sabahımızın mətbu həyatında necə görürsüz?

- Qəzet tək dünənin və bu günün hadisəsi deyil. Qəzet sabah da olacaq və olmalıdır. Qəzet özünəməxsus sivilizasiyadır. Həm də 150 il yaşı olan bu sivilizasiya heç də bütün xalqlara nəsib olmayıb. Ədəbi- bədii və  publisistik yaradıcı  dilimiz  ancaq  yazılı  mətbuatda yaşayır. Onun yaşamaq üçün başqa alternativi yoxdur. Gündəlik  tarixi salnaməmiz ən etibarlı şəkildə məhz yazılı mətbuatda yazılır. Heç kim inciməsin, peşəkarlıq baxımından ideal səviyyəli jurnalist anlayışı təbii ki yoxdur. Ancaq yazılı mətbuatdan yolu keçməyən jurnalistin peşəkarlıq qüsurları nisbətən daha çox olar, nəinki yazılı mətbuatda formalaşanlar... Ümumən, milli media bütün seqmentləri ilə - qəzetlər, saytlar, tv-lər, dövlətçi sosial şəbəkə səhifələri birlikdə mükəmməldir. Ayrılıqda, təklikdə hamısı zəifdir. Onu parçalamaq, ayrı-seçkilik etmək, aşağı- yuxarıda tutmaq, bir- birinə qarşı qoymaq olmaz. Yazılı mətbuat bir sivilizasiyadır. Sivilizasiyada isə  qırğınlıq, fasilə olmaz.

- Həqiqətənmi artıq qəzet kağızının mürəkkəbi əli çirkləndirir?

- Qəzet kağızının əl çirkləndirməsi  böyük fəlakət deyil. İnkişaf etdikcə hətta göz oxşayan fotokağıza keçəcəyik. Böyük bəla odur ki, media  ürək bulandırsın. Necə ki, ürək bulandıranlar həm mətbuatda, həm onlayn, həm də sosial şəbəkələrdə var.

- Onlayn media günümüzün mətbu aurasını özündə əks etdirə bilirmi?

- Onlayn media da milli sivilizasiyanın bir nailiyyətidir  Doğrudur, onu özümüz yaratmamışıq, başqalarından götürmüşük və hazırda onlayn mediamız özünün milliləşmə mərhələsini keçir. Onlayn media daha güclü silah olduğu üçün onun milliləşməsinə daxildən və xaricdən maneçiliklər var. Onlayn medianın daha qüsursuz şəkildə milliləşməsi və dövlətləşməsi hamımızın qayğısı olmalıdır.  Azərbaycanda ilk mərhələdə çap orqanları dövlətin himayəsinə alındı. Bu, hörmətli Prezident İlham Əliyevin  perspektivə uyğunluq baxımından ən həssas qərarlarından biri oldu. Sonra onlayn medianın da dövlətin qanuni himayəsinə alınması Prezident İlham Əliyevin növbəti həssas qərarı oldu. Onlayn medianın  milliləşməsinə  və  dövlətləşməsinə dəstək Prezidentin media siyasətinin strateji xətlərindən biridir.

- Qəzet ömrünü başa vurub deyirlər - amma ortada paradoks var. Onlayn mediada yer alan hansısa xəbəri və ya başlığı, hətta informasiyanın özünü belə nələrinsə qarşılığında dəyişmək və ya silmək mümkündür. Amma qəzetdə bu mümkün deyil - demək olarmı ki, tarixi qəzet yaşadır və ya onlayn media ilə yazılan tarix bir az şübhəlidir?

- Qardaş Türkiyədə, Avropa və Amerika ölkələrində “Qəzet bitdi” demirlər. Təəssüf ki, bizdə deyənlər var. Başqa ölkələrdə onlayn və çap media mənsublarının arasında ümumi peşə həmrəyliyi var. Biri o birinə demir ki, “sənin dövrün keçdi”. Əksinə, hər kəs öz resursunun imkanlarından - qəzetçi qəzetin, sayt və tv rəhbəri öz resursunun gücündən  cəmiyyətin informasiya tələbatını maksimum dolğun ödəmək üçün istifadə etməyə çalışır. Nəticədə bütün media növləri həmrəy şəkildə yanaşı, fəaliyyət göstərirlər. Bir- birinin üstünlüklərini inkar etmirlər. Qəzetçilər heç vaxt onlayn medianın üstün operativliyini danmır, izləyici ilə canlı ünsiyyətin əhəmiyyətini inkar etmirlər və sair.Onlayn media da qəbul edir ki, çap mediada dəqiqlik imkanları üstündür, publisist və ədəbi- bədii üslubun formalaşma mühiti daha yaxşıdır, çap medianın arxivi üçün risk dərəcəsi daha azdır... Ömründə bir gün qəzet çıxarmamış adamların (?) “ qəzet bağlansın” deməsi sadəcə, uyğunsuzluqdur. Qəzet yaradıb - yaşadan bir çox adamlar var ki, qəzetin bazasında özünün onlayn resursunu da yaradıb. Saytı və sosial şəbəkə kanalları var, pis də işləmirlər. Onlayn medianı indi ideallaşdıran hər hansı bir sayt sahibi  buyurub saytın eyniadlı qəzetini də yaratsın və qəzet rəhbərlərinə “qəzet belə olar” deyə nümunə göstərsinlər. Ancaq ən asan üsul olan “qəzetin vaxtı keçdi” deməsinlər. Çünki qəzetin vaxtı keçməyib, Türkiyə, Avropa və Amerika hələ bu yolla gedir. Qısası, müxtəlif növ media orqanlarının həmrəyliyindən məqbul yol yoxdur.

- 150 illik yolun neçə ilin mətbuatla yanaşı, addımlamısınız?

- Mətbuatda gəaliyyətə baş redaktor kimi başlamışam. 25 ildir baş redaktoram.

- Bu il Sizin də yubiley yaşınızdır. Həyatınızı bağladığınız mətbuat sizə nələri verdi, nələri aldı? Bəs siz nələri istəyirdiniz?

- Bir vaxtlar hər günümün mətbuatda son iş günüm olacağını düşünürdüm. Ömürlük mətbuatda qalmaq fikrim yox idi. Ömürlük mətbuatda qalmaq taleyin mənə sürprizidir. Mətbuat həm də karyeramdır. Jurnalistikanı və jurnalistləri sevdim. Həsən bəy Zərdabinin 150 yaşlı mətbuatına “ Bakı xəbəri “ bəxş etdik. Halal xoşu olsun. Mətbuatda 25 ili məzmunlu keçirdim. Mətbuata daha çox töhfə verməyə çalışdım, nəinki ondan almaq. Təbii aldıqlarım da var. Çoxlu dostlar, həmkarlar və əlbəttə ki, jurnalist xarizması qazandım. Bunlar əvəzsiz dəyərlərdir.

- Mətbuatın gələcəyinə arzularınız nədir - başqa sözlə, özünüzə nə arzulayırsınız?

- Mətbuata və dövlətçiliyimizə bundan sonra da töhfələr vermək imkanım olsun, yetər. Gənc deyiləm. Ancaq yaşlı da deyiləm... Hələ uzun illər ictimai yük daşımaq gücündə olduğuma əminəm. İlham Əliyevin dövründə mətbuatda dövlət təəsübkeşliyinin ənənəyə çevrilməsi müstəsna tarixi əhəmiyyətlidir. Bütün jurnalistlər heç bir qarşılıq, təmənna gözləmədən peşəkar dövlətçi olmağı bacarmalıdır.

Söhbətləşdi: P.İsmayılov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 15 İyul 2025 09:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri