Icma.az
close
up
RU
Aydın Sezer: Trampın Maduronu Türkiyəyə köçürmə təklifi real ola bilər

Aydın Sezer: Trampın Maduronu Türkiyəyə köçürmə təklifi real ola bilər

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Türkiyənin reaksiyası gecikdi və kifayət qədər sərt olmadı

"The New York Times" nəşrinin məlumatına görə, ABŞ Prezidenti Donald Tramp 2025-ci ilin sonunda Venesuela Prezidenti Nikolas Maduronu vəzifədən getməyə və Türkiyəyə köçməyə razı salmaq məqsədilə təklif irəli sürüb. Bildirilir ki, Nikolas Maduro bu təklifi qəbul etməyib. 

Qeyd edək ki, yanvarın 3-də ABŞ xüsusi təyinatlı qüvvələrinin Venesuelada keçirdiyi əməliyyat nəticəsində Prezident Nikolas Maduro və onun həyat yoldaşı saxlanılaraq ölkə xaricinə çıxarılıb. Venesuela Xarici İşlər Naziri İvan Xil Pinto ABŞ-ın Karakasda bəzi hərbi və mülki obyektlərə endirdiyi zərbələri hərbi aqressiya kimi qiymətləndirib. Hadisələrdən sonra ölkədə fövqəladə vəziyyət elan edildiyi açıqlanıb.

Xarici siyasət üzrə türk ekspert Aydın Sezer Sherg.az-a Ərdoğan ilə Maduro arasındakı yaxın münasibətlərin, eləcə də Maduronun Türkiyədəki iqtisadi infrastrukturu və fəaliyyətinin bu iddiaların doğru ola bilmə ehtimalını gücləndirdiyini söyləyib:

"Mediada əks olunan məlumatlara görə, ABŞ Prezidenti Tramp Venesuela Prezidenti Nikolas Maduronu vəzifəni tərk edib ölkədən çıxması üçün müxtəlif təkliflərlə razı salmağa çalışıb. Bu məlumatlar açıq mənbələrdə də yer alıb. Həmin təklif edilən ölkələrdən birinin Türkiyə olduğu bildirilir. Ərdoğan ilə Maduro arasındakı yaxın münasibətlər, eləcə də Maduronun Türkiyədəki iqtisadi infrastrukturu və fəaliyyəti bu iddiaların doğru ola biləcəyini göstərir. Lakin Maduro bu təklifləri qəbul etməyib və bunun ardınca ABŞ-nin həyata keçirdiyi bir əməliyyatla Venesuela prezidenti və həyat yoldaşı faktiki olaraq ölkədən qaçırılıb. İndi bu hadisəni bir dövlətin başqa bir dövlətə müharibə elan etməsi və ya hərbi müdaxilə etməsi kimi təqdim edən yanaşmalarla rastlaşırıq. Məsələn, Rusiyanın Ukraynanı işğalı ilə ABŞ-nin Venesuelaya müdaxiləsi arasında oxşarlıqlar qurulur. Halbuki burada eyni vəziyyətdən söhbət getmir".

Ekspert, tarixdə ikinci dəfədir ki, ABŞ-nin başqa bir ölkənin liderini ələ keçirdiyini bildirib:

"Panama lideri Manuel Norieqa da ABŞ müdaxiləsi zamanı təslim olub, ABŞ-də mühakimə edilib və uzun illər həbs cəzasına məhkum edilib. Bu baxımdan ABŞ-nin həyata keçirdiyi bu əməliyyatın beynəlxalq hüquqda heç bir yeri yoxdur və qəbuledilməzdir. Bu, mübahisəsiz faktdır. Artıq bir çox ölkə ABŞ-nin bu addımını qınayıb, hətta bəzi Avropa ölkələri də buna reaksiya verib. Burada əsas məsələ ondan ibarətdir ki, ABŞ Monroe Doktrinasından bəri Latın Amerikasını öz “arxa bağçası” kimi görür və bölgədə xarici güclərin möhkəmlənməsini və ya təsirini istəmir. Bu gün Venesuela ilə münasibətlərini inkişaf etdirən üç əsas ölkə var: Rusiya, Çin və İran. Xüsusilə İran bu kontekstdə önəmli yer tutur. Məhz buna görə ABŞ, Rusiyanın öz arxa bağçasında xarici müdaxilə istəməməsinə bənzər şəkildə, hegemon gücünü nümayiş etdirməyə çalışır. Eləcə də bunu bir növ Rusiya və Çinə göstərmək istəyir. Ukrayna müharibəsindən sonra tez-tez danışılan “çoxqütblü dünya nizamı” anlayışına ABŞ silah gücü ilə meydan oxuyur. Bunu açıq şəkildə ifadə etmək lazımdır".

Analitik Türkiyənin proseslərə münasibətindən də danışıb:

"Türkiyə Xarici İşlər Nazirliyinin dünən verdiyi açıqlama olduqca zəif idi, ABŞ açıq şəkildə qınanmadı. Halbuki Ərdoğan-Maduro münasibətləri yüksək səviyyədədir. Bu gün AKP sözçüsü Ömər Çelik müəyyən açıqlamalar verdi. Lakin belə hallarda reaksiyanın vaxtında, aydın və qəti şəkildə ortaya qoyulması vacibdir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:152
embedMənbə:https://sherg.az
archiveBu xəbər 04 Yanvar 2026 23:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri