Icma.az
close
up
RU
Aygün Əliyeva: QHT lər ictimai, milli və sosial məsələlərdə aktiv iştirak edirlər

Aygün Əliyeva: QHT lər ictimai, milli və sosial məsələlərdə aktiv iştirak edirlər

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Qeyri-hökumət təşkilatları fəaliyyət göstərdikləri coğrafi ərazidən asılı olmayaraq cəmiyyətlə yanaşı addımlayan, ictimaiyyəti düşündürən əksər mövzularda töhfələr verən, fərqli və müstəqil rola malik önəmli təsisatdır. Təsadüfi deyil ki, vətəndaş cəmiyyəti seqmentinin dünyada gedən ictimai proseslərdə əhəmiyyəti günü-gündən artmaqdadır. 

XQ QHT.az-a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva bildirib. 

Onun sözlərinə görə, ölkəmiz müstəqillik əldə etdikdən sonra milli dövlət quruculuğu prosesində azad vətəndaş cəmiyyətinin formalaşması əsas məqsədlərdən biri idi və növbəti tarixi mərhələlərdə dövlətin birbaşa dəstəyi, silsilə şəklində normativ sənədlərin qəbulu ilə ölkəmizdə qeyri-hökumət təşkilatlarının inkişafına əsaslı şəkildə təkan verildi. Sevindirici haldır ki, hər il ölkədə fəaliyyət göstərən QHT-lərin sayı artır, fəaliyyət istiqaməti genişlənir. Mübaliğəsiz deməliyik ki, hal-hazırda QHT-lər ölkədə baş verən əksər ictimai, milli, sosial məsələlərdə aktiv iştirak edirlər.

Aygün Əliyeva deyib: “Onlar nəinki yerli təşəbbüslərdə, hətta beynəlxalq platformalarda da öz fəaliyyət istiqamətləri üzrə məsələlərə təsir göstərir, müxtəlif bəyanatlar, müraciətlər ünvanlayır, çoxsaylı yan tədbirlər təşkil edirlər. Qeyd edim ki, ötən il ölkəmizdə keçirilən dünya miqyaslı tədbirdə - COP29-da da QHT-lərimiz aktiv iştirak etdilər. 

Yaşıl Zonada yerləşən Milli QHT Forumunun Pavilyonu 2000-dən çox qonağın iştirakı ilə 54 layihəyə uğurla ev sahibliyi etdi və dünya QHT-lərinin də kürsüsünə çevrildi. Bu bir daha onu göstərdi ki, Azərbaycan QHT-ləri öz beynəlxalq tərəfdaşları ilə birlikdə qlobal təşəbbüslər icra edir və inanıram ki, vətəndaş cəmiyyətinin fəallığı günü-gündən daha da artacaq. 

QHT-lərə Dövlət Dəstəyi Agentliyi də artıq 4 ildir ki, Azərbaycanda ilk milli donor institutunun hüquqi varisi kimi QHT-lərimizin ideya və təşəbbüslərində həm konsultativ, metodiki, həm də maliyyə dəstəyi göstərir. Yeri gəlmişkən, yaxın günlərdə 2025-ci ilin qrant müsabiqələrinin nəticələri elan ediləcək və hər il təqdim olunan layihələrin keyfiyyət göstəricilərinin yüksəlməsini müşahidə edirik və bu bizi çox sevindirir. 

Fürsətdən istifadə edərək agentliyin fəaliyyətində bizimlə çiyin-çiyinə çalışan, müxtəlif layihə və proqramlarda əməkdaşlıq edən fədakar QHT nümayəndələrimizi bu əlamətdar gün münasibətilə təbrik edir, agentliyin fəaliyyətinə verdikləri dəstəyə görə təşəkkürümüzü bildirir, bundan sonra da milli və ictimai əhəmiyyətli məsələlərdə birlikdə fəaliyyət göstərməkdən məmnunluğumuzu ifadə edirik”.

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 Fevral 2025 17:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see293

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see269

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see199

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see196

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see182

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see166

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see159

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see157

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see156

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see153

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see151

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see150

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see147

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see144

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see142

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see141

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see140

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see138

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see135

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri