Icma.az
close
up
RU
Aygün Əliyeva: Yüzlərlə türk şirkəti eyni zamanda və eyni məkanda bir araya gələcək

Aygün Əliyeva: Yüzlərlə türk şirkəti eyni zamanda və eyni məkanda bir araya gələcək

Azxeber.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İyunun 10-12-də Bakıda keçiriləcək II Türk dövlətləri ticarət və investisiya əməkdaşlıq sərgisində türk dövlətlərinin brendləri təqdim ediləcək.

AZXEBER.COM xəbər verir ki, bunu sərginin təşkilatçısı olan ROK EXPO şirkətinin rəhbəri Aygün Əliyeva bildirib.

"Bu gün türk dövlətlərinin iş dünyası olaraq bir araya gələrək birlikdə daha güclü olacağımızı nümayiş etdirmək üçün buradayıq. Son 30 ildə Türk Dövlətləri Təşkilatı (TDT) ölkələrimiz arasında əməkdaşlığı gücləndirmək, dünya miqyasında birliyimizi möhkəmləndirmək üçün mühüm addımlar atıb. Təşkilatın, daha sonra isə Türk Ticarət və Sənaye Palataları Birliyinin yaradılması ilə bu əməkdaşlıq daha da dərinləşdi. Bu gün biz enerji, turizm, rəqəmsallaşma, kosmik tədqiqatlar və digər sahələrdə birgə fəaliyyət göstərmək imkanına sahibik. Türk dövlətləri arasında iqtisadi əməkdaşlıq, ümumi inteqrasiya və firavanlıq üçün vacib, dinamik istiqamətdir. Bu əməkdaşlıqdan özəl sektorun da faydalanması üçün biz "Türk Ticarət Sərgisi” layihəsini yaratdıq. Bu platforma TDT-yə üzv ölkələr arasında işgüzar əlaqələrin inkişafına xidmət edir”, - deyə o qeyd edib.

A.Əliyeva əlavə edib ki, sərgi Bakı Ekspo Mərkəzində keçiriləcək. Təşkilatçılar arasında onlardan başqa, İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, "KOB Subyektləri və Klubların Assosiasiyası" (KOPSKA) İctimai Birliyi də var".

Onun sözlərinə görə, sərgidə 20-dən çox sahədə məhsul qrupları və yeni texnologiyalar nümayiş etdiriləcək: "Ölkələrin investisiya imkanları, əsas sektorlar, iş adamlarının qarşılaşdıqları problemlər və onların həlli yollarını konfranslar zamanı ekspertlər müzakirə edəcək. B2B formatında görüşlərlə şirkətlər arasında strateji tərəfdaşlıqlar qurulacaq və ortaq türk brendləri formalaşacaq. Sərgiyə 11 ölkə iştirakçı, 20-dən çox ölkə isə ziyarətçi statusunda qatılacaq. Sevindirici haldır ki, yüzlərlə türk şirkəti eyni zamanda və eyni məkanda bir araya gələcək".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 23 May 2025 13:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see233

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see197

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see183

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see162

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see161

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see147

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see146

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see136

Xaçmaz Rayon Prokurorluğunda “Açıq Qapı” Günü Keçirilib

17 Oktyabr 2025 11:35see136

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see135

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see134

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see134

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see131

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see128

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see128

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see128

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see127

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see126

Dabaq xəstəliyi Qaxda da təsərrüfat sahiblərini çıxılmaz vəziyyətə saldı

18 Oktyabr 2025 01:37see124

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri