Icma.az
close
up
RU
Aygün Kazımovanın bir günü necə keçir? Sirlərini açıqladı

Aygün Kazımovanın bir günü necə keçir? Sirlərini açıqladı

Axsham.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Artıq 40 ildən çoxdur səhnədəyəm və heç vaxt onu tərk etməmişəm. Sadəcə özümü dəyişdirirəm. Mənim üçün hər yeni mərhələ nə gedişdir, nə də dönüş. Yıxılıram ki, daha yüksəyə qalxım. Dəyişməyi sevirəm. Təəccübləndirməyi və inkişaf etməyi sevirəm. Hər dəfə düşünəndə ki, artıq hər şey bitdi, mən özümü yenidən yaradıram. Bu mənim içimdə uşaqlıqdan var – yıxılıb yenidən qalxmaq bacarığı".

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Kazımova "Nargis" dərgisinə müsahibəsində deyib. Pop kraliça jurnalın baş redaktoru Ülviyyə Mahmudovanın suallarını cavablandırıb.  Pop kraliça həyatından, sənət yolundan bəhs edib. 

Tez-tez görünüşündə dəyişikliklər edən Kazımova "Heç kim gözləməyəndə yenidən qalxıram. İmicimi, səsimi, əhvalımı dəyişməyi sevirəm. Çünki səhnə hərəkətdir. Bu alov içimdə olduğu müddətdə, mən yenidən və yenidən doğulacağam. Mənim üçün həyat yenilənməkdir. Bu yenilənmə isə mənim azadlığımdır" sözlərini bildirib.

Gözəllik sirrindən danışan müğənni baxım sirrlərini bölüşüb:

"Sirrim çox sadədir: özümü sevirəm və vaxtıma hörmət edirəm. Təbii ki, nizam-intizam da böyük rol oynayır. Qidalanmama diqqət edirəm, çoxlu su içirəm və imkan olduqca kifayət qədər yatıram. Ruhunuzda sülh olanda, bu gözlərinizdə də görünür. İnsan daxilən parlayanda, dünya bunu görməyə məcbur olur. 

Səhər oyananda artıq günün planını bilirəm. Bu gün harada oxuyacağımı, məni necə bir tamaşaçı gözlədiyini və insanlara hansı əhvalı ötürmək istədiyimi bilirəm. Səhərlər qəhvə, planlar və komandamla söhbətlərlə başlayır. Məşqləri, studiyanı, çəkilişləri və obrazları müzakirə edirik. Hər detal haqqında düşünürəm. Mənim üçün hər şey vacibdir – ilk mahnıdan son çıxışa qədər.

Evdə olsam belə, səhnənin bir hissəsi kimiyəm. Evim mənim səhnə arxamdır. İdeyalar məhz orada yaranır, orada enerji toplayır və növbəti çıxışıma hazırlaşıram.

Düzünü desəm, mən “Diva” rejimini açıb-söndürmürəm. Bu, çıxarıla bilən bir kostyum deyil. Bu mənim xarakterim, enerjim və həyatımın ritmidir".

Qorxularla bağlı suala isə A.Kazımova belə reaskiya verib:

"Qorxu? Mən o hisslə yaşamıram. Həyatımda qorxuya yer vermirəm. Çünki qorxu şübhə yaradır, şübhə isə uğursuzluğu cəlb edir. Seçim qarşısında qalıram: risk etmək və ya geri çəkilmək – mən həmişə riski seçirəm. Birinci olmaqdan qorxmuram. Mənim üçün qorxu elə bir hissdir ki, onu aradan qaldırmaq lazımdır. Onu müzakirə etmək yox, sadəcə həyatından çıxarmaq lazımdır".

Diva "İnsanlar tez-tez deyirlər ki, sizin səsiniz mələk səsi kimidir. Siz mələksiniz" sualına "Əgər səsim insanlara təsir edirsə, deməli onun içində ruh var. Amma o ruh çox şeydən keçib – göz yaşlarından, qələbələrdən, yıxılıb qalxmaqdan. Əgər bu səs kiməsə mələyi xatırladırsa, deməli mən onların ürəyinə toxuna bilmişəm" cavabını verib.

Ölkənin əsas ulduzu haqqında şayilər yayılıb-yayılmamasından söz açarkən bunları deyib:

"Düzünü desəm, mənim haqqımda çox yanlış təsəvvür olduğunu düşünmürəm. Həyatımı həmişə tamaşaçı qarşısında yaşamışam. Münasibətlərim, sevincim, şəxsi həyatım – hamısı açıq olub. Hətta qızım da insanların gözü qarşısında böyüyüb. Onun ilk addımlarını, ilk çıxışlarını insanlar görüblər. Həmişə paylaşmışam. Heç vaxt divarlar qurmadım, buna görə tamaşaçı məni yaxşı tanıyır.

Bəlkə də insanların bəzən səhv başa düşdüyü yeganə şey həyatımın ritmidir. Çoxları düşünür ki, səhnədə üsyankaramsa, sərhəd tanımıram və risk edirəmsə, həyatda da eləyəm. Amma həyatda mən intizamlı insanam. Mənim “gecə rejimim”, xaosum yoxdur. Tez oyanıram, plan qururam və işləyirəm. Günüm nizamlı keçir. 

Bəlkə də tamaşaçılara ən çətin anlarımı heç vaxt göstərməmişəm. Mən ağrımı göstərməyi sevmirəm, göz yaşımı göstərməyi sevmirəm. Hətta çətin illər, daxili mübarizə olsa belə, tamaşaçı məni həmişə güclü görüb. Əgər tamaşaçı məndən sevinc və enerji alırsa, deməli hər şeyi düzgün edirəm".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://axsam.az
archiveBu xəbər 11 Mart 2026 19:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see320

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see315

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see299

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see295

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see293

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see293

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see287

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see281

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see281

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see270

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see256

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see251

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see247

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see244

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see238

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see236

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see233

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see232

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see220

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri