AYİB Ukraynaya 1,3 milyard avrodan çox vəsait ayırıb
Banco.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Müəllif:Ayşən İmanova/Banco.az
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Ukraynaya 1,3 milyard avrodan çox maliyyə vəsaiti ayırmağa qərar verib.
Banco.az xəbər verir ki, bu barədə baş nazir Denis Şmıqal öz “Telegram” kanalında məlumat verib.
Ən sərfəli kredit üçün müraciət et“AYİB-in Direktorlar Şurası Ukraynaya 1,3 milyard avrodan çox investisiya qoyuluşunu təsdiqləyib. Söhbət dövlət və özəl sektorun dəstəklənməsi üzrə səkkiz layihədən gedir. Vəsaitlərin bir hissəsinin geri qaytarılmayan qrantlar olması vacibdir”, - deyə o yazıb.
Onun sözlərinə görə, bu vəsaitlər nəqliyyat və enerji infrastrukturunun bərpasına, paylanmış istehsalın inkişafı üzrə dövlət proqramlarının dəstəklənməsinə və enerji səmərəliliyinin artırılmasına yönəldiləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 05 Dekabr 2024 09:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















