“Ayıq sürücü” başqasına məxsus avtomobillə qəza törədib
Icma.az, Modern.az portalına istinadən məlumat yayır.
Bakıda, Zığ şosesində “ayıq sürücü” başqasına məxsus avtomobillə qəza törədib.
Modern.az xəbər verir ki, hadisə paytaxt sakini Ramal Məmmədovun başına gəlib.
"Qəza ilə bağlı polisə məlumat verməyə ehtiyac yoxdur" deyən “ayıq sürücü” xidməti göstərən "Fex" şirkəti isə dəymiş ziyanı tam ödəmiyib.
Zərərçəkmişin sözlərinə görə, həmin şəxs "Fex" ayıq sürücü şirkəti ilə əməkdaşlıq etsə də, sonradan oranın rəsmi işçisi olmadığını öyrənib.
Ramal Məmmədov iddia edir ki, avtomobilinin qısa müddətdə təmir olunaraq ona təhvil veriləcəyi bildirilib, lakin buna əməl edilməyib.
İddialarla bağlı "Fex" ayıq sürücü şirkəti ilə əlaqə saxlamağa çalışdıq. Amma dəfələrlə zəng etməyimizə, vatsap vasitəsilə suallar ünvanlamağımıza baxmayaraq, münasibət bildirilmədi. (Xəzər TV)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 20 Fevral 2026 04:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















