Icma.az
close
up
RU
AYNA: Avtobus marşrutlarına onlayn bilet satışı 2 dəfə artıb

AYNA: Avtobus marşrutlarına onlayn bilet satışı 2 dəfə artıb

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda şəhərlərarası və rayonlararası müntəzəm avtobus marşrutlarına onlayn bilet satışını təmin edən “biletim.az” portalı vasitəsilə 419 271 bilet əldə edilib.

Bu barədə Bakıvaxtı.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Bildirilib ki, bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə çoxdur.

Ötən ilin yanvar-iyul aylarında qabaqcadan satış üzrə biletlərin xüsusi çəkisi 17,5 % idisə, bu ilin müvafiq dövründə bu rəqəm 32,4 %-ə çatıb. Bu da onu göstərir ki, sərnişinlərin avtovağzal xidmətlərinə inamı artmaqdadır və səfərlərini reallaşdıran zaman onlayn bilet alışına daha çox üstünlük verirlər.

Qeyd edək ki, “biletim.az” portalında 51 şəhər və rayona, 82 istiqamət üzrə bilet almaq mümkündür. Sistemə 330 reys olmaqla 376 nəqliyyat vasitəsi qoşulub. Onlayn bilet satışı sistemi mərhələli şəkildə sərnişindaşıma sahəsində xidmət göstərən bütün daşıyıcı və avtovağzalları əhatə edəcək.

Vətəndaşlara daha rahat və təhlükəsiz qaydada mənzil başına çatmaq üçün biletləri onlayn qaydada “biletim.az” portalı vasitəsilə əldə etmələri tövsiyə olunur.

Xatırladaq ki, “biletim.az” portalı və ya mobil tətbiqi üzərindən işğaldan azad edilmiş ərazilərə bilet əldə edərkən Azərbaycan vətəndaşlarına buraxılış üçün icazələr avtomatik qaydada təqdim olunur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:76
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 12 Avqust 2025 09:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyevlə Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olub

10 Avqust 2025 16:52see185

Şimali Makedoniya klubunun futbolçusu: Qarabağ ı məğlub etməyə çalışacağıq

11 Avqust 2025 22:27see164

Semaşko xəstəxanası koronavirusa görə bağlandı

11 Avqust 2025 04:51see148

Xərçəng kimləri hədəfə alır?

10 Avqust 2025 16:35see135

Ukraynalı general: “Atəşkəsə getmək və növbəti müharibəyə hazırlaşmaq lazımdır”

10 Avqust 2025 13:16see128

Fərid Qayıbov: “Gəncə şəhər stadionu ölkənin ən yaxşı futbol arenası olacaq”

10 Avqust 2025 14:27see128

Azyaşlı uşaq kimi qarşısındakına naz etmək Rusiyaya yaraşmır

11 Avqust 2025 19:39see127

İngiltərə Superkubokunu bu klub qazandı

10 Avqust 2025 22:38see125

Kasım Jomart Tokayev İlham Əliyevə zəng edib

10 Avqust 2025 15:51see124

Dağıstanda yol qəzası olub

10 Avqust 2025 21:30see122

Ağdam və Xocavənddəki yanğın söndürülüb (Yenilənib)

10 Avqust 2025 16:55see121

Azərbaycanlı gənc futbolçu Norveç klubunda

10 Avqust 2025 16:55see120

Yaponiyanın futbol millisinin ən yaxşı bombardiri vəfat etdi

11 Avqust 2025 04:42see120

Avropa liderləri Putindən əvvəl Trampla danışmaq istəyirlər

10 Avqust 2025 23:27see119

Rusiyanın 190 milyardı Ukraynaya verilir FT

11 Avqust 2025 09:00see119

Sülh üçün sonuncu maneə....

10 Avqust 2025 23:57see118

Rəsmi Bakı istədiyini əldə etdi və İrəvana bunu güzəştə getdi

12 Avqust 2025 02:09see118

Türkiyəli nazir: “18 nəfər evə buraxılıb, 11 yaralının müalicəsi davam edir”

11 Avqust 2025 07:50see117

İnterpolun axtardığı azərbaycanlı bu ölkədə SAXLANILDI

10 Avqust 2025 15:51see116

Rusiyanın Zəngəzur həyəcanı: bunu heç kim gözləmirdi Sürpriz qərar

11 Avqust 2025 08:02see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri