AYNA: Avtobus marşrutlarına onlayn bilet satışı 2 dəfəyə yaxın artıb
Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bu ilin I yarısında Azərbaycanda şəhərlərarası və rayonlararası müntəzəm avtobus marşrutlarına onlayn bilet satışını təmin edən “biletim.az” portalı üzərindən 337 min 321 ədəd bilet satılıb.
Bu barədə Bakıvaxtı.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfəyə yaxın çoxdur.
Ötən ilin yanvar-iyun aylarında qabaqcadan satış üzrə biletlərin xüsusi çəkisi 17 % idisə, bu ilin müvafiq dövründə bu rəqəm 32,1 %-ə çatıb.
“biletim.az” portalında 51 şəhər və rayona, 82 istiqamət üzrə bilet almaq mümkündür. Sistemə 326 reys olmaqla 373 nəqliyyat vasitəsi qoşulub. Onlayn bilet satışı sistemi mərhələli şəkildə sərnişindaşıma sahəsində xidmət göstərən bütün daşıyıcı və avtovağzalları əhatə edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 11 İyul 2025 15:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















