Icma.az
close
up
RU
AYNA bu küçədə tıxacın qarşısını almaq üçün yenilik etdi Elməddin Muradlıdan İZAHLI VİDEO

AYNA bu küçədə tıxacın qarşısını almaq üçün yenilik etdi Elməddin Muradlıdan İZAHLI VİDEO

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

Artıq dünən səhər saatlarından etibarən paytaxtın Nərimanov rayonu Koroğlu Rəhimov küçəsində hərəkətin təşkili ilə bağlı bir sıra dəyişiklik edilib.

Avtosfer.az xəbər verir ki, dəyişiklik Koroğlu Rəhimov küçəsinin Həsən Əliyev küçəsilə kəsişməsinə qədər olan hissədə aparılıb. Nəqliyyat eksperti Elməddin Muradlı ərazidə aparılan təmir işləri ilə yerindəcə tanış olub və sürücülərin məlumatlı olması üçün elə sükan arxasında yenilikləri şərh edib. O bildirib ki, aparılan dəyişikliklər yeni olduğu üçün sürücülər hələ öyrəşməyib, buna görə də yol polisi əməkdaşları sürücülərə istiqaməti doğru seçməkdə kömək edir. Başlıca dəyişiklik zolaqların sayında edilib. Əvvəllər Odlar Yurdu Universitetindən yuxarı – Həsən Əliyev küçəsinə doğru 2 zolaqla hərəkət nəzərdə tutulmuşdusa, indi bu zolaqların sayı dəyişdirilərək üç edilib:

“Hazırda Babək prospekti istiqamətinə gedən istiqamətdə 2 zolaq olduğu kimi qalır. Burada onsuz da 2 zolaq idi, sürücülər tıxaca görə 3 zolağa çevirirdilər. Dəyişikliyin axına nə qədər təsir edəcəyini yenilik tam tətbiq edildikdən sonra görəcəyik. Çünki əsas düyün nöqtəsi Qərbi Azərbaycan İcmasının binasının yanından başlayır və “Günaydın” restoranına qədər davam edir. O hissədə də hərəkətin intensivliyini hansısa formada təşkil etmək mümkündür”.

Fətəli Xan Xoyski küçəsi ilə kəsişmədə olarkən Elməddin Muradlı deyib ki, hələ də yeniliklərlə bağlı işləyən əməkdaşları görmək olur. Ərazidə zebralar çəkilib, işıqfor quraşdırılıb:

“Qarşıda da indiyədək heç vaxt nizamlanmayan piyada keçidi var. O hissəyə artıq svetofor quraşdırılıb. Svetafor qoyulubsa, deməli, piyadalar artıq nizam-intizamla hərəkət edəcəklər. Bu yolu həmişə ikitərəfli getmişik, amma tunelin üstündən sonrakı hissə - yol polisi də bizə istiqamət verir – indi artıq birtərəfli olub. Yerdə nişanlanma xətti var, düzünə hərəkət qadağandır, sola və geriyə dönmə xətləri çəkilib. Bu hissədə sol zolaqla düzünə hərəkəti qadağan edən nişan quraşdırılıb. Sol tərəfimizdəki parkın qarşısı artıq bizim geriyə dönəcəyimiz nöqtədir. Arxada mən piyada keçidi barədə danışdığım yerdə yol polisi dayanırdı və sola – “Gənclik” tərəfə dönmək üçün işarə verirdi və mən görürüdüm ki, həmin istiqamətdə böyük axın var. Amma sürücülər məcbur olurdular ki, Koroğlu Rəhimov küçəsi ilə axıra qədər iqamətgaha tərəf gedib Ayna Sultanova heykəlinə qədər hərəkət etsinlər. Bu da nəticə etibarilə bütün küçələrə öz effektini göstərirdi. Biz isə artıq sola dönürük. Çünki bura indi əks istiqamət sayılmır”.

Ekspert qeyd edib ki, Həsən Əliyev küçəsinə çıxdıqdan sonra əmredici nişan sola dönməyi göstərir və yenidən Fətəli Xan Xoyski küçəsinə qayıtmaq mümkün olur:

“Burada əvvəl yolun hər iki tərəfində parkinq var idi. Onun birini ləğv ediblər, yalnız sağda bir zolaq parklanma üçün nəzərdə tutulub. Sol zolaqla hərəkəti davam etdirdikdən sonra sola dönsək biz yenidən Koroğlu Rəhimov küçəsinə çıxırıq, sağa dönsək “Gənclik” metrosunun yanına gedə bilirik. Artıq Koroğlu Rəhimov küçəsinə rahatlıqla qayıda bilirik və yol boyu hansısa konflikt nöqtəsi ilə qarşılaşmadıq. Atatürk parkını dövr edib “Gənclik” tərəfə gedənlər üçün artıq rahat bir dövr gəlib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi bu küçəni bu cür tənzimləyib və indiyə kimi bir çoxumuzun gözlədiyi tənzimlənmə metodu idi. Çünki indiyə qədər səmərəsiz qalan parkın yanındakı o hissə artıq normal yol olaraq istifadə ediləcək. Bəzən insanlar video çəkib paylaşır ki, binamızın qarşısında səs-küy olacaq, siqnal verəcəklər. Bu, AYNA-nın problem deyil, bu, sürücü mədəniyyəti ilə bağlı olan problemdir”.

Elməddin Muradlının Koroğlu Rəhimov küçəsindəki dəyişiklikləri izah etdiyi həmin videonu təqdim edirik:

Səfər

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:86
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 07 Noyabr 2025 19:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see253

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see191

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see161

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see159

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see145

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see142

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see141

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see139

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see137

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see135

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see133

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see133

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see130

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see130

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see130

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see129

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see128

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri