Icma.az
close
up
RU
AYNA rəhbərinin villa qalmaqalı: susmaq səbəbi bilindi 20 illik sənədə işarə

AYNA rəhbərinin villa qalmaqalı: susmaq səbəbi bilindi 20 illik sənədə işarə

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev qalmaqallı əmlak sövdələşməsi ilə gündəmə gəlib. Belə ki, iddialara görə, o, “Akkord İnşaat Sənaye” ASC-nin keçmiş sahibi, hazırda axtarışda olan iş adamı İlqar Hacıyevin villasını 1 milyon manata alıb. Bir neçə gündür ki, sözügedən məsələ mediada müxtəlif formalarda işıqlandırılsa da, nə Anar Rzayev, nə də AYNA hər hansı açıqlama verib.

Qeyd edək ki, İlqar Hacıyev 17 milyon manatlıq dələduzluqda ittiham olunur. Onun barəsində Azərbaycan Respublikasının Baş Prokurorluğunun İstintaq İdarəsində cinayət işi başlanılıb. İ.Hacıyev istintaqdan qaçaraq Azərbaycan Respublikası hüdudlarından kənarda gizləndiyindən ona ittiham elan edilməsi mümkün olmayıb, 25.12.2020-ci il tarixli qərarla barəsində axtarış elan edilib. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13.01.2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilib. İlqar Hacıyevi 15 iyul 2025-ci il tarixdə Baş Prokurorluğun İstintaq İdarəsinə dəvət edilib. Ona xəbərdarlıq edilib ki, çağırışa gəlmədiyi halda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada barəsində qiyabi icraat açıla, barəsində qiyabi hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarıla biləcəyi ilə nəticələnə bilər.

Anar Rzayev səsləndirilən iddialara niyə cavab vermir? Ümumiyyətlə, qanunvericilik bu barədə nə deyir? Yəni belə vəziyyətlərdə rrəsmi şəxs mediada haqqında dolaşan məlumatlara reaksiya verməlidirmi? 

Globalinfo.az-a danışan hüquqşünas Əkrəm Həsənov deyib ki, Azərbaycan qanunvericiliyində bu məsələ tənzimlənmir.

Onun sözlərinə görə, məmurlar şəxsi əmlakları barədə məlumat vermək öhdəliyinə malik deyillər:

Əkrəm Həsənov

“2005-ci ildə onların gəlir və xərclərinin bəyan edilməsi haqqında qanun qəbul olunmuşdu. Prezident Nazirlər Kabinetinə (NK) iki ay ərzində bəyannamə formasını təsdiqləməyi tapşırsa da, hələ də həllini tapmayıb. Nəticədə məmurlar əmlak və gəlirləri barədə heç bir məlumat açıqlamır, yayılan iddiaları cavabsız qoyurlar. 2023-cü ildə baş nazirə müraciətimdə bildirdim ki, əgər bu istiqamətdə qanuni tənzimləmə olmasa, cəmiyyətdə Nazirlər Kabinetinin korrupsiyanın qorunmasında maraqlı olduğu təəssüratı yaranacaq. Belə mühüm qanunun illərdir qüvvəyə minməməsi vəziyyəti gülünc edir və məmurların gəlirlərini gizlətməsinə şərait yaradır”.

Məsələ ilə bağlı AYNA-ya sorğu ünvanlasaq da, qurumdan hər hansı cavab ala bilmədik.

Qeyd edək ki, Azərbaycanda “Vəzifəli şəxslərin maliyyə xarakterli bəyannamələrinin təqdim edilməsi haqqında” Qanun 2005-ci ildən qüvvəyə minib. Həmin ilin avqust ayında xüsusi fərmanla 3 ay müddətində gəlir bəyannamələrinin formasının hazırlanması barədə Nazirlər Kabinetinə göstəriş verilib. Proses elə bu mərhələdə dayanıb. Belə ki, nə forma təsdiqlənib, nə də bəyannamələrin təqdim olunmasına başlanıb.

Ləman İmran
Globaloinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:88
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 24 Sentyabr 2025 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see187

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see182

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see149

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see144

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see138

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see133

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri