Icma.az
close
up
RU
AYNA Sumqayıtdan Xırdalana gedənləri didərgin salıb Marşrut əsassız ləğv edilib

AYNA Sumqayıtdan Xırdalana gedənləri didərgin salıb Marşrut əsassız ləğv edilib

Sitat.info saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən körpünün yenidən inşası sürətlə davam etsə də, ərazidə olan marşrut avtobuslarının hərəkət sxeminin dəyişdirilməsi sərnişinlərin narahatlığına səbəb olub.

Sitat.info xəbər verir ki, TNS-ə müraciət edən Saray qəsəbə sakinləri bildiriblər ki, marşrut xətlərinin plansız dəyişdirilməsi onlara xeyli çətinliklər yaradıb. Xüsusilə, 523 saylı marşrutun sərnişinləri bir aya yaxındır ki, küçələrdə çaş-baş qalıb. Sumqayıt-Saray-Xırdalan marşrutu üzrə avtobusların hərəkəti Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin qərarı ilə dəyişdirilib. Təxminən 8-10 dəqiqə intervalla hərəkət edən avtobusların hərəkət istiqaməti dəyişdirilib, həmin nəqliyyat vasitələrinin Sumqayıta girişinə icazə verilmir. Marşrut indi yalnız Saray-Xırdalan və Xırdalan-Saray xətti üzrə hərəkət edə bilir. Sakinlər əvvəllər Sumqayıt şəhərindən Saray qəsəbəsinə, oradan isə Xırdalana rahat və təhlükəsiz hərəkət edə bildikləri halda, indi bu rahatlıqdan məhrum olublar. Nəticədə 523 saylı marşrutdakı avtobusların sayı iki dəfə azaldılıb, avtobuslar arasındakı interval 8 dəqiqədən yarım saata qədər artırılıb. Bu da sərnişinlərin dayanacaqlarda uzun müddət gözləməsinə səbəb olub. 

Sakinlər deyirlər ki, məsələ ilə bağlı dəfələrlə 523 saylı marşrut xəttinin daşıyıcısına müraciət etmək istəsələr də, cəhdləri boşa çxıb: "Nə daşıyıcını tapa bilirik, nə də kiməsə sözümüzü deyə bilirik. Sürücülər isə bildirirlər ki, avtobusların sayı rəhbərliyin qərarı ilə azaldılıb. Xətdə 20-yə yaxın avtobus var idi, indi heç 10 avtobus qalmayıb. Sürücülər də növbəli iş rejiminə keçdiyindən özlərinə başqa iş axtarmaq qərarı veriblər. Sözümüzü ancaq sürücülərə deyə bilirik. Onlar da deyir ki, nə göstəriş verilirsə, icra edirlər. Dəfələrlə etiraz etsək də, səsimizə səs verən yoxdur. Sürücülər deyir ki, qərarı AYNA verib, marşrut xəttini onlar müəyyən edib, marşrut sahibi də ona görə avtobusların sayını azaldıb”.

Sakinlər bildiriblər ki, hazırda bir marşrut üzrə hərəkət edənlər həm saatlarla yolda dayanır, həm də ikiqat xərcə düşürlər: “523 saylı marşruta minirdik, 50 qəpik ödəməklə Saraya, oradan isə Xırdalana rahat gedirdik. Amma indi biz həmin marşrutla 50 qəpik ödəməklə Xırdalana getməliyik, Xırdalanda düşüb başqa marşrutla Sumqayıta getməliyik. Bunun üçün isə əlavə 50 qəpik də ödəməliyik. Guya ki, bunlar problem həll ediblər.

Xırdalandan Sumqayıta 505 saylı marşrut açıblar. Həmin marşrut üzrə hərkət edən avtobuslar saatda 1 dəfə gəlir. Biz Sumqayıta getmək üçün 10 dəqiqəlik yolu 2 saata gedirik. Bu, hansı düşüncə ilə, kim tərəfindən edilib, məlum deyil. 505 saylı marşrutda işləyən avtobuslar yarım saatdan, bir saatdan bir gəlir. Əksəriyyətimiz 523 saylı avtobusla Saray körpüsünə gəlib, oradan sökülmüş körpünün yanından piyada, palçığa bata-bata keçib, Sumqayıtdan digər marşrutla bazara gedirik. Heç kim də bizim səsimizi eşitmir. Nə AYNA, nə daşıyıcı, nə də sürücülər. Artıq sürücülərlə üz-üzə qalmışıq. Demək olar ki, hər gün sürücülərə dava edirik. Dərdimizi kimə deyək?”

 Məsələ ilə bağlı TNS-in sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, bu barədə əvvəlcədən sakinlərə məlumat verilib: “Məlumat verildiyi kimi, Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən yeni körpünün inşası ilə əlaqədar 8 müntəzəm avtobus marşrutunun hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib: “Vətəndaşların Sumqayıtdan Xırdalana birbaşa gedişlərinin təmin edilməsi məqsədilə 505 nömrəli marşrut fəaliyyət göstərir. Marşrutun müvəqqəti olaraq başlanğıc dayanacaq məntəqəsi Sumqayıt şəhərinin Koroğlu prospekti (dairənin yaxınlığı) müəyyən edilib”.

P.S.: Anladıq ki, sərnişinlərə məlumat verilib. Amma onlara deyilməyib ki, bir marşrut üzrə hərəkət etmək üçün saatlarla yollarda qalacaqsınız, ikiqat xərcə düşəcəksiniz, saatlarla küçələrdə avtobus gözləyəcəksiniz. AYNA-nın ağlasığmaz planı sərnişinləri didərgin salmaqdan başqa bir şey deyil.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:89
embedMənbə:https://sitat.info
archiveBu xəbər 14 Yanvar 2025 18:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri