Icma.az
close
up
RU
“AYNAnın belə fəaliyyəti ciddi sosial narazılıq yaradır” Deputatdan ETİRAZ

“AYNAnın belə fəaliyyəti ciddi sosial narazılıq yaradır” Deputatdan ETİRAZ

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son günlər insanlar arasında yollarda avtomobillərin hərəkəti üçün paytaxtın bir çox küçə və prospeklərin yol göstərici xətlərinin çəkilməsinə dair şikayətlər artmaqdadır. Xətlər mərkəzi küçələri ilə yanaşı, yaşayış binalarının həyətlərində də çəkilir. Belə olduğu halda insanlara boş yerə cərimələr tətbiq olunur. İnsanlara yerli-yersiz  cərimə yazan qurum isə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyidir (AYNA). 
AYNA-nın insanlarda ciddi narazılıq yaratması ilə bağlı məsələyə toxunan Milli Məclisin deputatı Razi Nurullayev Demokrat.az-a açıqlamasında deyib ki, şəhərdə tıxac, dayanma, durma məsələləri elə vəziyyətdədir ki, verilən istənilən qərarın həm müsbət, həm də mənfi tərəfləri olur:
“AYNA əslində çalışır ki, şəhərdə nəqliyyatla bağlı nizam-intizam yaratsın, bəzi hallarda müsbət niyyətlə atılmış addım mənfiyə çevrilir. Belə hallarda isə, AYNA həmin məsələ ilə bağlı da gərək yubanmadan addımlar atsın. 
Şikayətlər bizə də göndərilir, zənglər olunur, narazılıq xüsusilə cərimələrin yazılması ilə bağlıdır. Cərimələrin yazılması ilə bağlı ilk növbədə AYNA tərəfindən ən azı iki-üç dəfə xəbərdarlıq olunmalı və sonra cərimə yazılmalıdır. Çünki qayda pozuntuları heç də hər zaman məsuliyyətsizlikdən edilmir. İnsanlar bəzən bir dəqiqənin ərzində cəriməyə məruz qalırlar. Adam aptekə düşə bilər, xəstəsi ola bilər və s. Ona görə də cərimə yazmadan öncə ən azı beş-on dəqiqə gözləmək lazımdır.  
Elə anında cərimələyib çıxıb getmək də çıxış yolu deyil, çünki ciddi sosial narazılıq yaradır. Uzun müddət şəhərdə nəqliyyat məsələləri tənzimlənməyib. Bu işlərə iki ilə yaxındır ki, başlanılıb və yəqin ki, tam sistemin qurulması üçün bir neçə il də lazım gələcək. Bu müddət ərzində isə gərək AYNA-da sürücülərə güzəşt getsin”. 

Leyla Turan
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:66
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 15 Yanvar 2025 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see161

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see161

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see160

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see156

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see151

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see149

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see144

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri