Ayntraxt ın Baş məşqçisi bakıda: Bütün diqqətimizi Qarabağ la oyuna yönəltmişik
Icma.az, Mia.az saytına istinadən bildirir.
“Bakıya yaxşı əhval-ruhiyyədə gəlmişik. Performansımız yaxşı olacaq. Hər fürsətdən istifadə edəcəyik”.
Mia.az xəbər verir ki, bu sözləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunda “Qarabağ” – “Ayntraxt Frankfurt” matçından əvvəl keçirilən mətbuat konfransında Almaniya komandasının baş məşqçi əvəzi Dennis Şmitt deyib.
O bildirib ki, sabahkı oyunda qələbə qazanacaqlarına inanırlar: “Dünən və bu gün məşq üçün vaxtımızı yaxşı istifadə etdik. Bütün diqqətimizi bu oyuna yönəltmişik. Bakıya müdafiə olunmağa yox, hücumda olmaq üçün gəlmişik. Sabahkı oyun özümüzü sübut edə bilmək üçün böyük fürsətdir. “Qarabağ” pressinq edən komandadır. Biz əks hücumlardan istifadə etməliyik və çalışmalıyıq ki, top daha çox bizdə qalsın. Son iki məşqdən sonra deyə bilərəm ki, əhval-ruhiyyə yüksək səviyyədədir və qalib gələcəyimizə inanıram”.
Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 21:45-də başlayacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 20 Yanvar 2026 23:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















