Starmer Aİ ni Arktikanın müdafiəsinə töhfə verməyə hazır olduğuna əmin edib
Apa.az saytına istinadən Icma.az xəbər verir.
Böyük Britaniyanın Baş naziri Kir Starmer Avropa Şurasının sədri Antoniu Koştaya Londonun NATO ilə birgə Arktikanın təhlükəsizliyinin təmin edilməsinə töhfə verməyə hazır olduğunu bildirib.
APA xəbər verir ki, bu barədə Britaniya hökumət başçısının ofisi Starmerlə Koşta arasında baş tutan telefon danışığının yekunlarına dair yaydığı kommünikedə qeyd olunub.
Məlumatda bildirilir ki, Starmer Böyük Britaniyanın NATO ilə əməkdaşlıq çərçivəsində Arktikada təhlükəsizliyin təmin olunmasına töhfə verməyə hazır olduğunu bir daha təsdiqləyib.
Tərəflər, həmçinin, mövcud qeyri-sabit şəraitdə müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın davam etdirilməsinin prinsipial əhəmiyyət daşıdığı barədə razılığa gəliblər.
Starmer Qrenlandiyanın gələcəyinin yalnız Qrenlandiya xalqına və Danimarka Krallığına məxsus olduğu mövqeyini də bir daha vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 21 Yanvar 2026 00:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















