Icma.az
close
up
RU
Aynur Nəsirova: Nəsir müəllim sadəcə böyük bir alim və pedaqoq deyil, həm də tələbələrinə mənəvi bir dayaq olub

Aynur Nəsirova: Nəsir müəllim sadəcə böyük bir alim və pedaqoq deyil, həm də tələbələrinə mənəvi bir dayaq olub

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Azərbaycan jurnalistikasının formalaşmasında və inkişafında əvəzsiz xidmətləri olan Nəsir Əhmədli, həm nəzəriyyəçi alim, həm də pedaqoq kimi öz dövrünün media mühitinə dərin iz salmış şəxsiyyətlərdən biridir. Nəsir Əhmədli sadəcə bir alim, bir müəllim deyil, o bütöv bir məktəbdir. Onun səsi auditoriyalarda, fikirləri elmi məqalələrdə, ruhu isə yüzlərlə tələbəsinin qəlbində yaşayır. Onun dərs dediyi tələbələr bu gün ölkənin və regionun aparıcı media qurumlarında, elmi tədqiqat mərkəzlərində və tədris müəssisələrində fəaliyyət göstərirlər.  Nəsir Əhmədli jurnalistikaya yalnız informasiyanı necə çatdırmağı yox, həm də sözün məsuliyyətini, qələmin əxlaqını öyrədirdi. O, jurnalistikanın cəmiyyətə xidmət edən, vicdanlı və dürüst bir peşə olduğunu vurğulayırdı. Nəsir Əhmədlinin elmi irsi – yazdığı dərsliklər, monoqrafiyalar və məqalələr – bu sahədə çalışanlar üçün hələ də əsas mənbələrdəndir.

Mövzu ilə bağlı açıqlama verən BDU Jurnalistika fakültəsi Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri, dosent Aynur Nəsirova ilk olaraq bildirib ki, Nəsir Əhmədli onun üçün sadəcə böyük bir alim və pedaqoq deyil, həm də mənəvi bir dayaq, əsl ustaddır:

"Demək olar ki, yüzlərlə professional jurnalistin, media mütəxəssisinin, alimin  uğurunun arxasında hansısa formada NƏSİR ƏHMƏDLİ imzası var.  Ustad bu gün biz tələbələrinin, yetirmələrinin  yaradıcılığında,imzasında, uğurunda yaşayır. Biz onu anım günlərində, doğum tarixində, gündəlik söhbətlərimizdə elmi polemikaları, dəyərli məsləhətləri, zarafatları xatırlayırıq. Bu, bizim üçün həm şərəf, həm də  mənəvi missiyadır.

Mən bir məsələyə xüsusilə diqqət çəkmək istəyirəm ki, hər il anım və doğum günlərində Nəsir müəllimin "Yazarlara  tövsiyələr" başlıqlı statusları yenidən gündəmə gəlir.

Onun rus dilindən dilimizə keçən lazımsız sözlərlə bağlı yazarlara çox gözəl tövsiyələri var. Bu, “tərəfindən”, “hansı ki”, “seçkilər” və digər sözlərə aiddir. Nəsir müəllimin bu tövsiyəlıri dərslərimizdə də dilimizin azbərinə çevrilib, artıq 2 nəsil bunu digərlərinə şiddətlə tövsiyə edir. Bu, həm də Azərbaycan dilinin təmizliyi üçün edilməlidir. Tələbələrə, gənc jurnalistlərə tövsiyə edirik ki, gələcəkdə redaksiyalarda, televiziyalarda və digər media qurumlarında çalışanda bu tövsiyələri mətn yazarları ilə paylaşsınlar. Çünki biz dilimizi qorumalıyıq. Bunu məhz Nəsir müəllimin irsindən öyrəndiyimiz şəkildə həyata keçirməliyik.  Nəsir müəllim mənim həyatımın müxtəlif mərhələlərində yanımda olub. Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri vəzifəsinə vakansiya zamanı sözügedən kafedranın professoru olan Nəsir müəllimin məsləhəti və xeyir-duası ilə bu yola çıxdım. Nəsir müəllim telefon söhbətində "nəvəsinin müdir olduğu kafedrada işləməyi kim istəməz" dedi.  Soyadım Nəsirova olduğundan  tələbəlikdən müəllimliyə qədər Nəsir müəllim mənə “nəvəm” deyə müraciət edərdi. Mənə “nəvəm, necəsən, hər şey qaydasındadırmı?” deyərdi. Mən də çox sağ olun, Nəsir müəllim, Sizin məsləhətlərinizlə yolumu müəyyənləşdirirəm" deyə cavab verərdim.

Aynur Nəsirova fəlsəfə doktorluğu dissertasiyası üçün mövzu seçərkən də  neçə mövzu arasından məhz Nəsir müəllimin məsləhəti ilə onun yolunu davam etdirib.  Xəbərlərin dili, təqdimat forması və onların ictimai şüura təsiri kimi mövzular onu daha çox cəlb etdiyindən Nəsir müəllimə müraciət edib:

“Bu zaman Nəsir müəllim mənə özünün əvvəllər işlədiyi “Kütləvi kommunikasiya modelləri” mövzusunu davam etdirməyi tövsiyə etdi. Bildirdi ki,  Azərbaycanda tətbiq olunan modelləri araşdıraraq, onların içərisində xəbərin təqdimatına yenilik gətirə bilərsən. 

Bu ideyanı digər ustadım, elmi rəhbərim Yalçın Əlizadə ilə paylaşanda,  Yalçın müəllim gülümsəyərək, "burda Nəsir müəllimin dəsti-xəttini görürəm" dedi.

Yalçın müəllim də bu istiqaməti qəbul etdi. Nəsir müəllimin və Yalçın müəllimin elmi məsləhətləri, kömək və dəstəyi ilə başladığım işi uğurla başa vurdum.  başladım. Azərbaycan teleməkanı üçün potensial xəbərin real xəbərə çevrilməsi ilə bağlı model hazırladım və redaktor kimi televiziyada işə başlayaraq bunu tətbiq eləməyə çalışdım. O zaman da Nəsir müəllim tövsiyə etdi ki, bu modeli televiziya kanallarına təqdim edim. Bildirdi ki, əgər televiziya qurumları bu model üzərindən fəaliyyətlərini qursalar, nəticələr daha səmərəli olar. 

"Nəsir müəllimin xəstəliklə mübarizə apardığı dövrdə biz yetirmələri ustada mənəvi borcumuzu yerinə yetirə bildiyimizə görə, rahatıq" deyir Aynur Nəsirova. 

“Ustadın ad günü ərəfəsində onun adı ilə bağlı  elmi konfrans təşkil etdik. Tədbirdə Nəsir müəllimi sevən hər kəs – tələbələri, aparıcı media qurumlarının rəhbərləri, redaktorlar, reportyorlar, dostları, elm xadimləri iştirak etdilər. Sevindirici haldır ki, Nəsir müəllim özü də həmin tədbirdə iştirak edə bildi. Bu, onunla sonuncu görüşümüz oldu".  Aynur Nəsirovanın sözlərinə görə, Nəsir müəllimin vəfatından sonra Bakı Dövlət Universiteti elmi konfransın materiallarını kitab şəklində çap etdirib. Ardınca qızı Sevinc Əhmədova Nəsir müəllimin xəstəliyi dövründə qələmə aldığı yarımçıq qalan xatirələrini tamamlayaraq kitab halında nəşr etdirib. "Çox şanslıyam ki, mənim də Nəsir müəllim haqqında fikirlərim həmin kitabda yer alıb. Bu gün istər elmi müzakirələrdə, istər kafedrada, fakültədaxili söhbətlərdə, istərsə də iclas və konfranslarda daim Nəsir müəllimi xatırlayırıq. Ustadımızın fikirləri tez-tez dilimizə gəlir, onun dəyərli sözlərindən sitatlar gətiririk. Əvvəldə də qeyd etdiyim kimi, təkcə mən yox, bütün tələbələri dönə-dönə onun yazarlara verdiyi tövsiyələrə istinad edirik. Nəsir Əhmədlinin dilə, üsluba, söz seçiminə dair dəyərli tövsiyələri bu gün də bizim fəaliyyətimizə istiqamət verir. Tələbələri sosial şəbəkələrdə onun statuslarını paylaşır, fikirlərini yaşadırlar. Mən böyük qürur hissi ilə deyirəm ki, Nəsir müəllim kimi ustaddan dərs almışam”,- deyə A.Nəsirova fikrini yekunlaşdırıb.

Nəzrin Salmanova,

BDU-nun  Jurnalistika Fakültəsinin tələbəsi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:57
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 İyul 2025 13:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see277

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see215

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see200

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see189

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see179

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see166

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see154

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see153

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see153

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see150

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see148

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see146

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see145

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see142

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see141

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see140

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see134

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri