Icma.az
close
up
RU
Ayxan Abbasov: “Futbolçuların peşəkar yanaşması məni sevindirir

Ayxan Abbasov: “Futbolçuların peşəkar yanaşması məni sevindirir

Icma.az, Apasport portalına istinadən məlumat verir.

Misli Premyer Liqasının XXXIII turunun "Şamaxı" - "Səbail" matçından (1:1) sonra ev sahiblərinin baş məşqçisi Ayxan Abbasovun mətbuat konfransı keçirilib.

Apasport.az xəbər verir ki, təcrübəli mütəxəssis oyun haqqında düşüncələrini bildirib:

“Maraqlı oyun alındı. Bilirdik ki, "Səbail" son matçlara final kimi yanaşır. Aqressiyaları, istəkləri görünürdü. "Araz-Naxçıvan"la görüşdə də pis oynamamışdılar. Önə keçəndən sonra epizodları dəyərləndirə bilmədik. Hesab 2:0 olsaydı, oyun bitəcəkdi. Penaltidən sonra üstünlük rəqibdən oldu. Bu da normaldır. 1 xal qazandıq. Bu gün azarkeşlər çox idi. Onlara 3 xal hədiyyə etmək istəyərdik. Məğlubiyyətsiz seriyamız davam edir. Bu stabilliyi ikinci dövrədə göstərə bilsəydik, bu gün başqa yerlər uğrunda oynayardıq. İldən-ilə təcrübə qazanacağıq. Çempionatda əsas işimizin öhdəsindən gəlmişik. Futbolçuların peşəkar yanaşması məni sevindirir".

- Edqar Adilxanovun zədəsi ciddidir?
- Xeyr. İnanmıram ciddi olsun.

- Müqaviləsi başa çatan legionerlərlə bağlı vəziyyət necədir?
- Gözləyirik. Büdcə tam bilinmir. Sponsorsuz komandayıq. Dövlətin ayırdığı pulla komandanı saxlamışıq. Yəqin yaxın günlərdə bəlli olar. Bəzi futbolçularla müqaviləmiz var. Heyəti qorumaq çətindir. Yenidən komanda qurmaq, seleksiya aparmaq bir məşqçi kimi mənim üçün çətin olacaq. Vəziyyət yaxşı deyil.

- Büdcənin bilinməməsi sizin üçün nə dərəcədə çətinlik yaradacaq?
- Builki işimizin öhdəsindən gəlmişik. Gələn mövsümə hazırlıq getməlidir. Biz gecikirik. Kömək olmasa, çox çətin olacaq.

- Büdcə qeyri-müəyyən olsa da, Rikardo Fernandeslə yeni müqavilə imzaladız. Onunla necə razılığa gələ bildiz?
- Bütün legionerlərlə danışırıq. Rikardo komandanın əvəzolunmaz simasıdır. Təklifləri var idi. Onunla razılığa gələ bildik.

Günün matçları bu kanallarda “Qarabağ” – “Sumqayıt” matçının biletləri satışda Liqa 1-ə yüksələn daha bir komanda bəlli oldu Klublarımız "Traktor"u belə təbrik etdilər - FOTOLAR Rəşad Sadıqov: “Bizim üçün bu mövsüm ikincilik olduqca önəmli idi”
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://apasport.az
archiveBu xəbər 03 May 2025 19:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see156

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see155

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see155

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see147

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see142

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see138

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see133

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see133

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see132

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see132

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see132

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see132

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see131

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see130

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see127

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri