Icma.az
close
up
RU
Ayxan Abbasov: “Gələn il gənc futbolçuların oynaması çətin olacaq”

Ayxan Abbasov: “Gələn il gənc futbolçuların oynaması çətin olacaq”

Apasport portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Qarşısına avrokubok hədəfi qoyan komandalara qarşı oynamaq çətindir. Çempionat sona yaxınlaşdıqca hər kəs oyunlara final kimi yanaşır. Azarkeşlərimizə təşəkkür edirəm. Ağır qrafikdə idik. Bizim üçün böyük dəyişikliklər etmək çətindir. Uzun müddətdir təbii örtüklü meydançada oynamırdıq. İlk dəqiqələrdə bunun çətinliyi hiss olunurdu. Rəqib üstün olsa da, real qol epizodu bizdə oldu. Təssüf ki, istifadə edə bilmədik. Daha sonra kobud səhvdən qol buraxdıq. İkinci hissədə futbolçularımdan razı qaldım. Bəlkə də 3 xalı əldən verdik. Hər iki komanda 1 xal qazandı. Bizim üçün vacib xaldır. Bu stabilliyi qorumalıyıq".

- U-21 millisinin baş məşqçisi təyin olundunuz. "Şamaxı"dakı işinizə davam edəcəksiz?
- Millidə çalışmaq mənim üçün şərəfdir. Bu vəzifəni daşımağa canla-başla razı oldum. AFFA rəhbərliyinə təşəkkür edirəm. Mövsümün sonuna qədər "Şamaxı"dayam. "Şamaxı" rəhbərliyi gənclərin oynaması üçün alışıb-yanır. Biz yayda gənc oyunçuların çox olmasını istəyirdik. Təəssüf ki, hamısını gətirə bilmədik. Qarşıdakı aylarda müzakirə edəcəyik. Gələn il gənc futbolçuların oynaması çətin olacaq. Artıq Premyer Liqada legioner limiti ləğv olunub. Klubla, federasiya ilə müzakirə edib ən yaxşı qərarı verəcəyik.

- İki işi icra etmək çətin olmayacaq?
- Yox. U-21-in təlim-məşq toplanışı olacaq. Vaxtımız azdır. Köməkçilərimlə bu işin öhdəsindən gələcəyik. Elnur Çodarovla Kamil Qafarov bu təlim-məşq toplanışında mənimlə birlikdə olacaq. "Şamaxı"da 6-7 məşqdə iştirak etməyəcəm. Bu da problem olmayacaq. Növbəti toplanışlarda yeni köməkçilər olacaq.

- Milli fasilə "Şamaxı"nın işinə yarayacaq?
- Bu suala cavab vermək çox çətindir. Nəticələrdən sonra biləcəyik. Ağır qrafikdə oynadıq. Məncə, 3-cü dövrə bizim üçün pis keçmədi. Futbolçuların istirahətə ehtiyacı var. İnanıram ki, fasilə xeyrinizə olacaq.

- Belə iddialar var ki, "Şamaxı" U-21 millisinin bazası olacaq. Klub rəhbərliyi buna razıdır?
- Klubun mənafeyini qoruyacağıq. Mütləq şəkildə komandada legionerlər olacaq. Elə bir fikir yoxdur ki, "Şamaxı"da yalnız gənc futbolçular oynasın. Amma istəyərdim ki, U-21 millisinə namizəd bir çox futbolçular mənimlə işləsin. I Liqada və ya Əvəzedicilər liqasında məşq edib oynamaqla Premyer Liqa klubunda məşq edib oynamaq eyni deyil. Gənc futbolçuların oynaması önəmlidir. Amma onların yanında kimlərin olması da vacibdir. Sintez eləmək istəyirik.

- Fernandu Santuşla görüşmüsüz?
- Yox, görüşüm olmayıb. Təyinatım bu gün rəsmiləşib. A milli ilə mütəmadi əlaqədə olmalıyıq. Çox istəyirəm ki, Santuşla görüşüm, əlaqəmiz olsun. Bu, məncə, millinin xeyrinə olar

Əfran İsmayılov: "Heç kim bizimlə oynamaq istəmir" - Müsahibə Ayxan Abbasov: “Azərbaycanın ikinci komandasında işləmək şərəfdir” "Qarabağ"ın 4 legioneri milliyə dəvət alıb Ayxan Abbasov U-21 millimizə baş məşqçi təyin edilib I Liqadan Premyer Liqaya yüksələcək komandalara GÜZƏŞT
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://apasport.az
archiveBu xəbər 14 Mart 2025 22:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see312

Sabahın havası Leysan, qar

14 Dekabr 2025 13:12see216

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see199

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see191

Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb

16 Dekabr 2025 02:19see190

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see170

Ermənistanda ARA QARIŞDI: Xocalı qatili SAVAŞ MESAJI verdi

14 Dekabr 2025 11:07see162

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see155

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see153

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see144

Xocalı qatili Paşinyana qarşı: Ermənistanda ARA QARIŞDI VİDEO

14 Dekabr 2025 22:51see143

“Qarabağ” “Araz Naxçıvan”a qarşı

14 Dekabr 2025 11:06see131

Bu universitetin əməkdaşlarına pul mükafatı verildi KONKRET

15 Dekabr 2025 13:47see129

Nazir müavini: Bakı Daşkənd əlaqələri iki ölkə liderinin siyasəti sayəsində möhkəmlənir

14 Dekabr 2025 22:43see128

Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)

16 Dekabr 2025 05:14see125

Toyota yeni superkarını təqdim etdi 2027 ci ildə satışa çıxacaq

15 Dekabr 2025 02:58see125

“İnter Mayami” dünya çempionu heyətinə qatdı 15 milyona

14 Dekabr 2025 13:18see123

Premyer Liqa: “Neftçi” “Sumqayıt”la heç heçə etdi

15 Dekabr 2025 21:07see122

ABŞ dan Ankara və İrəvan açıqlaması: Zəngəzura işarə edildi

15 Dekabr 2025 22:52see120

Daha beş tibb müəssisəsində ilkin dializ kateterinin qoyulması xidməti təşkil ediləcək

15 Dekabr 2025 19:12see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri