Icma.az
close
up
RU
Ayxan Abbasov PSV və “Feyenoord”un düşərgəsində olub

Ayxan Abbasov PSV və “Feyenoord”un düşərgəsində olub

Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Turan Tovuz” PFK beynəlxalq əlaqələri gücləndirmək və təcrübə toplamaq yönündə işlərini davam etdirir.

Futbolpress.az xəbər verir ki, bu məqsədlə klubun idarə heyətinin üzvləri Əli Balakişiyev, Səməd Nəsibov, əsas komandanın baş məşqçisi Ayxan Abbasov, köməkçi məşqçisi Elnur Çodarov və akademiya koordinatoru Rasim Əliyev Niderlandda səfərdədirlər.

Səfərin əsas məqsədi buradakı qabaqcıl klubların əsas komandalarda tətbiq etdikləri yeniliklər, məşq prosesi, klub idarəetməsi və struktur bölgüsü üzrə iş prosesi, akademiyaların fəlsəfəsi, infrastruktur layihələri və müasir texnologiyaların futbolda tətbiqini yaxından öyrənmək və təcrübə toplamaq olub.

Səfərin ilk günündə klub nümayəndələri son Niderland çempionu PSV-nin düşərgəsində olublar. Görüş zamanı akademiya koordinatoru Mitç van Gellek prezentasiya, slayd və köməkçi videomateriallardan istifadə edərək detallı təqdimat etdikdən sonra akademiyanın fəlsəfəsi, iş prinsipləri, seleksiya, fiziki, taktiki və psixoloji hazırlıq, akademiyanın ixtiyarına verilən infrastruktur və texnoloji yeniliklər haqda geniş məlumat verib.

Daha sonra nümayəndələr akademiya komandalarının məşqində iştirak etməklə yerində müşahidə aparıblar. Burada da məşq prosesi haqda maarifləndirici məlumatlar verilib. Nümayəndələr daha sonra klubun və akademiyanın infrastrukturu ilə yaxından tanış olublar.

PSV-nin əsas komandasının baş məşqçisi Peter Boşun köməkçisi Yurgen Dirx təqdim etdiyi prezentasiya ilə əsas komandanın məşq və ümumi hazırlıq planları haqda geniş məlumat verib.

Səfərin ikinci günündə klub nümayəndələri “Feyenoord”un qonağı olublar. Akademiya koordinatorları David Toxopeus və Marvin Muis təqdimatla akademiyanın iş prinsipləri, istedadlı uşaqların seleksiyası, onların inkişafı üçün atılan vacib addımlar, uşaqların inkişafında tətbiq olunan fərdi yanaşma metodları haqda məlumatları çatdırıblar. Nümüayəndələr buradakı infrastrukturla yaxından tanış olublar. Məşqlərdə iştirak etməklə yerində lazımi məlumatlar əldə ediblər.

İşgüzar səfər davam edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:292
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 22 Aprel 2026 08:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see303

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

12 Sentyabr 2026 08:50see270

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see266

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

12 Sentyabr 2026 03:34see265

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see255

Sərnişinlərin xəbəri olmadan “Fly Dubai” uçuş saatını dəyişib SƏRNİŞİNLƏR HAVA LİMANINDA QALIB

12 Sentyabr 2026 17:11see255

Bundesliqa: “Şalke” inamlı qələbə qazandı

12 Sentyabr 2026 01:04see249

Yanacaq bazarında tarixi rekord Dizel benzini də geridə qoydu

12 Sentyabr 2026 09:19see248

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Qırğızıstana həsr olunmuş kitabın təqdimatı keçirilib

12 Sentyabr 2026 13:27see247

Rüstəmə dedim ki, sən şair deyilsən…

12 Sentyabr 2026 16:19see235

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (12.09.2026)

12 Sentyabr 2026 10:00see226

Mərkəzi Bankın qərarı kredit bazarına necə təsir göstərəcək?

12 Sentyabr 2026 17:22see225

Selena nın ulduzları gəlinlikdə (Fotolar)

13 Sentyabr 2026 01:01see213

Rusiyada yaşa görə sığorta pensiyasının maksimum məbləği 77 min rubldan çox ola bilər

13 Sentyabr 2026 02:41see211

Bakıda BMT nin İqlim Həftəsi çərçivəsində 68 tədbir keçirilib

12 Sentyabr 2026 19:16see210

Azərbaycanlılar pullarını nəyə xərcləyir? Rəqəmlər ŞOK MƏNZƏRƏNİ göstərdi

12 Sentyabr 2026 13:55see210

Bacı qardaşsız böyüyən insanların 10 fərqli xüsusiyyəti

13 Sentyabr 2026 01:29see207

Zoopark 5 milyon manatdan çox gəlir qazanıb

12 Sentyabr 2026 10:32see198

Türkiyədə Parkinson xəstələri üçün qolbaq hazırlanıb

12 Sentyabr 2026 14:21see197

Hər evdə var, amma bu təsirini çoxları bilmir

12 Sentyabr 2026 12:30see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri