Icma.az
close
up
RU
Ayxan Sadıqlı: Uşaqların zərərli informasiyadan qorunması media subyektləri üçün hüquqi məsuliyyətdir

Ayxan Sadıqlı: Uşaqların zərərli informasiyadan qorunması media subyektləri üçün hüquqi məsuliyyətdir

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 18 dekabr, AZƏRTAC

Azərbaycanda uşaqların zərərli informasiyadan qorunması sahəsində normativ-hüquqi baza formalaşdırılıb və bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir.

Hələ 2000-ci illərin əvvəlindən etibarən uşaqların hüquqlarının müdafiəsi, o cümlədən onların zərərli informasiyadan qorunması məsələsi qanunvericilikdə əksini tapıb.

AZƏRTAC xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Uşaqların zərərli informasiyadan qorunması” mövzusunda keçirilən brifinqdə Audiovizual Şura Aparatının Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin baş məsləhətçisi Ayxan Sadıqli bildirib.

Onun sözlərinə görə, bu sahədə əsas normativ sənədlər zamanla təkmilləşdirilərək yenidən işlənib və media subyektləri üçün konkret öhdəliklər müəyyən edilib.

“Audiovizual Şura tərəfindən media subyektləri ilə maarifləndirici fəaliyyət də aparılır. Audiovizual Şura, Media Agentliyi və Bakı Dövlət Universiteti arasında əməkdaşlıq çərçivəsində jurnalistika fakültəsinin tələbələri üçün mütəmadi maarifləndirici görüşlər keçirilir. Bu görüşlərdə gənc jurnalistlərə uşaqların zərərli informasiyadan qorunması, etik davranış qaydaları və media məsuliyyəti ilə bağlı praktiki biliklər verilir”, – deyə o bildirib.

Ayxan Sadıqlı vurğulayıb ki, “Media haqqında” Qanunda uşaqların zərərli informasiyadan qorunması ilə bağlı konkret müddəalar mövcuddur və bu tələblərin pozulması inzibati məsuliyyət yaradır. Onun sözlərinə görə, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri bu sahədə hüquqi mexanizmləri aydın şəkildə müəyyən edir.

O, qeyd edib ki, 2024-cü il ərzində Audiovizual Şura tərəfindən uşaqların zərərli informasiyadan qorunması tələblərinin pozulması ilə bağlı iki inzibati protokol tərtib olunaraq müvafiq rayon məhkəmələrinə göndərilib və media subyektləri barəsində cərimə tədbirləri tətbiq edilib. 2025-ci ildə isə bu sahə üzrə bir inzibati protokol hazırlanaraq aidiyyəti məhkəməyə təqdim olunub.

Sadıqlı Ayxan qeyd edib ki, aparılan monitorinqlər nəticəsində inzibati xəta tərkibi yaratmayan, lakin qanunvericiliyin tələblərinə zidd olan hallar da aşkarlanıb. Bu hallarla bağlı 2025-ci il ərzində 17 media subyektinə rəsmi xəbərdarlıq göndərilib, onlardan 10-na isə əlavə tövsiyələr verilib.

Baş məsləhətçinin sözlərinə görə, Audiovizual Şura bu sahədə əsas məqsəd kimi cəza tədbirlərindən daha çox preventiv və maarifləndirici yanaşmanı üstün tutur. “Uşaqların zərərli informasiyadan qorunması yalnız nəzarət və cəza mexanizmləri ilə deyil, media subyektlərinin məsuliyyətli davranışı və ictimai şüurun formalaşdırılması yolu ilə daha effektiv təmin edilə bilər”, – deyə Sadıqlı Ayxan vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:40
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Dekabr 2025 13:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see650

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see280

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see247

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see245

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see220

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see207

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see202

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see171

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see169

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see156

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see148

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see147

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see145

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see144

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see141

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see141

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see140

Ruslar ancaq “slavyan mənşəli” kirayəşinlər axtarırılar

01 Fevral 2026 20:38see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri