Icma.az
close
up
RU
“Azad” adı altında gizlənən “Soros mediası…” ŞƏRH

“Azad” adı altında gizlənən “Soros mediası…” ŞƏRH

Icma.az bildirir, Hurriyyet portalına istinadən.

Dünən Azərbaycanda fəaliyyət göstərən daha bir qrant mediası çökdürüldü.

Dünən "Meydan TV”-nin bir neçə əməkdaşı saxlanılıb. Onlar qaçaqmalçılıq, ölkəyə qeyri-qanuni xarici valyuta gətirməkdə ittiham edilirlər.

Elə dünən ilkin olaraq Ramin Deko (Cəbrayılzadə)-nun saxlanılması xəbəri rəsmi dairələrdə öz təsdiqini tapdı. Həm də ölkəyə giriş edərkən. Hansı ölkədən qayıdarkən saxlanıldığını özünüz də təxmin edə bilərsiniz. Bəli, Gürcüstandan. Yenə və yenə Gürcüstandan… Son dövrlərdə ölkəyə qeyri-qanuni pul məzənnəsi gətirərkən saxlanılan digər həmkarlarımız kimi. Əslində onlara həmkar yazmağa da adamın dili gəlmir. Jurnalist azad olmalıdır. Xarici dairələrdən maaliyyələşmək azad jurnalistika deyil. Heç jurnalistika da deyil.

Biz bunlara qısaca "Soros mediası” deyək. Hər kəsi adı ilə çağırmaq lazımdır. Son həbs dalğasında çox maraqlı nüans var. İstər "Meydan TV” işində, istərsə də "Abzas TV” və "Obyektiv TV” işində də həbslər əməkdaşlardan birinin Gürcüstandan Azərbaycana qeyri-qanuni pul məzənnəsi, xarici valyuta gətirməsi ilə başlayıb.

"Sorosun və digər anti-Azərbaycan qüvvələrin Gürcüstanla nə əlaqəsi var?”, deyə soruşa bilərsiniz. Bəli, var. Son vaxtlar Gürcüstan Azərbaycana qarşı təbliğat məkanı olmağa başlayıb. Hələ dünyanın diqqət mərkəzində olduğumuz COP29 vaxtı Avropanın ölkəmiz haqqında bəh-bəhlə danışması bu anti-Azərbaycan ünsürlərini narahat etdiyi üçün Gürcüstan kartını dövriyyəyə buraxaraq anti-milli lezbiyan bloqerlərin yürüşünü təşkil etmişdilər. Həmin aksiyada zaman-zaman Azərbaycanı arxadan vurmağa hazır olan fəallar – Vəfa Nağı və digər LGBT tərəfdarları, sözdə "azad fəallar” iştirak edərək Azərbaycana qarşı müxtəlif şüarlar səsləndirib, Ermənistana açıq dəstək vermişdilər. Təbii ki, məkan olaraq Gürcüstanın seçilməsi də təsadüfi deyildi.

Elə həmin qüvvələr eyni canlı oyuncaqları Gürcüstan küçələrinə salmışdılar. Bu qüvvələr müxtəlif zamanlarda Azərbaycanda feminizm aksiyası adı altında LGBT fəallarının, geylərin, lezbiyanların aktiv fəaliyyəti üçün xeyli aksiyalar təşkil etmiş, onları xalqın arasına soxmağa çalışaraq milli mentalitetimizə zərər vurmağa cəhd etmişdilər. Hüquq mühafizə orqanlarının ayıq sayıqlığı nəticəsində bu fəaliyyətlər bir növ iflasa uğradığı üçün onlardan əllərini üzmək məcburiyyətində qaldılar. Amma Soros təşkilatının alternativləri çoxdur və heç vaxt ölkəmizi öz içimizdə olan düşmənlərimizin əli ilə vurmaqdan əl çəkməyəcəkləri məlum idi.

Söz sözü çəkər deyiblər, elə LGBT fəallarının aktiv fəaliyyətindən danışmışkən xatırladaq ki, hazırda həbs edilən "Meydan TV” əməkdaşları elə həmin qüvvələrin ölkəmizdə dəfələrlə təşkil etdiyi feminizm aksiyalarında elə həmin LGBT fəalları ilə birlikdə media nümayəndələri kimi deyil, aksiya iştırakçıları kimi iştirak etmişdilər. Məsələn Aytac Tapdıq, Aysel Umudova, aylar öncə həbs edilən Sevinc Vaqifqızı, Nərgiz Abutalıbova və digərləri. Bunları qarşılaşdırdıqda mətnimizin mahiyyətinin nə qədər doğru və səlis olduğu üzə çıxır, çünki daşlar yerinə tam oturur.

Ümumiyyətlə, Gürcüstan son vaxtlar müxtəlif dairələrin idarə etdiyi meydana çevrilib. Son hadisələr də bir daha sübut edir ki, müxtəlif dairələr, kənardan idarə edilən əllər ölkəni öz məqsədləri üçün istifadə etdikləri meydana çeviriblər. Ona görə də Azərbaycanda fəaliyyət göstərən qeyri-qanuni media orqanları vaxtaşırı qonşu Gürcüstan vasitəsilə Soros fondunun onlara ayırdığı qrantları əldə edirlər. Amma bir şeyi unudurlar ki, Dövlət Sərhəd Xidməti ölkənin sərhədlərini elə qoruyur ki, ölkəyə qanunsuz ağ kağız belə keçirmək mümkün deyil.

Elə digər media orqanlarının da ölkəyə qanunsuz pul məzənnəsi keçirərkən həbs edilmələri "Meydan TV”-yə dərs olmadı ki, eyni vasitəyə əl ataraq ölkəyə qrant pullarını bu dəfə Ramin Deko vasitəsilə gətirməyə cəhd etdilər. Eybi yox, bu dəfəki həbslər hələ də qrantlar hesabına ölkəmizdə, burnumuzun dibində anti-Azərbaycan fəaliyyəti ilə məşğul olan digər qanunsuz medialara dərs olar. Amma heç şübhəsiz ki, ölkəmizin qanunlarından onlar da qaça bilməyəcək və hər biri hansısa yolla ifşa olunacaqlar.

Bu arada, bu gün daha bir gənc fəal, COP29 vaxtı ağalarının göstərişi ilə təkadamlıq aksiya keçirməyə cəhd edən və elə tədbirdəki həmyaşıdlarından lazimi cavabı alan Kamran Məmmədli də həbs edildi. Elə o da bir neçə gün öncə Gürcüstana keçmək istəyərkən ölkədən çıxış qadağası olduğunu öyrənib. Eyni ölkə, eyni məkan, eyni xətt üzrə fəaliyyət göstərən "ünsürlər”. Hələ də bunun təsadüf olduğunu düşünürsünüzsə, ya çox safsınız, ya da savadsız…

Əlqərəz, indi isə "Meydan TV” və ya mənim dilimlə desək, "Şeytan TV”-nin digər əməkdaşlarının hansı yolla qrant aldıqlarını izləyək. Və ən əsası, azərbaycanlı olaq. Özümüz havasını udduğumuz, çörəyini yediyimiz, doğuşdan indiyəcən müqəddəs və şəhid qanları ilə yoğrulmuş ayaq qoyduğumuz o torpağa xainlik etməyək, edənləri də elə öz əllərimizlə ölkəmizin hüququna təslim edək. Vətənə xidmət tək silahla olmur cənablar…

Toğrul Allahverdili

Siyasi şərhçi

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:263
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 09 Dekabr 2024 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri