Icma.az
close
up
RU
Azad bazar mühitində iqtisadi aktivlik yüksəlir EKSPERT FİKRİ

Azad bazar mühitində iqtisadi aktivlik yüksəlir EKSPERT FİKRİ

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Ümumiyyətlə, azad bazar prinsipi bir çox ölkələrin sürətli iqtisadi inkişafına səbəb olmuşdur. Bu prinsipin əsas mahiyyəti iqtisadi azadlığın təmin edilməsidir. Azad bazar şəraitində iqtisadi subyektlərin fəaliyyəti dövlət tərəfindən tam şəkildə tənzimlənmir; əksinə, dövlət minimal müdaxilə prinsipi ilə əsasən tənzimləyici (regulyator) rolunu oynayır". Bu sözləri SİA-ya açıqlamasında biznes üzrə ekspert İlkin Mirzəzadə deyib.

Onun sözlərinə görə, bu iqtisadi sistemdə dövlətin rolu daha çox hüquqi çərçivələrin müəyyən edilməsi, rəqabət mühitinin qorunması və bazar münasibətlərinin şəffaf şəkildə fəaliyyət göstərməsini təmin etməklə məhdudlaşır: "Azad bazar iqtisadiyyatının üstünlükləri arasında aşağı vergi dərəcələrinin tətbiqi, sərbəst sahibkarlıq fəaliyyətinin təşviqi və istehlak bazarının genişlənməsi xüsusi yer tutur. Bu amillər yeni bizneslərin yaranmasına, daha çox iş yerlərinin açılmasına və nəticə etibarilə əhalinin rifah səviyyəsinin yüksəlməsinə səbəb olur.

Əldə edilən iqtisadi dinamizm “domino effekti” adlandırılan zəncirvari təsir vasitəsilə digər sahələrin də inkişafına təkan verir. Məsələn, turizm sahəsinə azad bazar prinsipləri tətbiq olunduqda, ölkəyə yeni investisiyalar cəlb olunur, investorların və şirkətlərin sayı artır. Bu proses nəticəsində yalnız əsas iqtisadi sahələr deyil, həmçinin restoranlar, ticarət obyektləri, xidmət sektoru və digər yardımçı sahələr də mühüm inkişaf mərhələsinə qədəm qoyur".

Ekspert bildirib ki, azad bazar mühitində iqtisadi aktivlik yüksəlir, insanlar daha çox gəlir əldə edir və nəticə olaraq daha çox istehlak etməyə meyilli olurlar: "Bu da öz növbəsində ümumi iqtisadi dövriyyənin və bazar genişlənməsinin artmasına səbəb olur.

Digər tərəfdən, azad bazar olmayan mühitlərdə yüksək vergi dərəcələri, sərt dövlət tənzimləmələri və inzibati maneələr sahibkarlıq fəallığını azaldır. Belə şəraitdə şirkətlər yeni təşəbbüslər həyata keçirməkdə tərəddüd edir, risk almaqdan çəkinir və inkişaf strategiyalarını həyata keçirməkdə çətinliklərlə üzləşirlər. Azad bazar iqtisadiyyatına malik bəzi ölkələrdə mənfəət vergisi dərəcəsi 0-5% intervalında dəyişir. Bu cür vergi güzəştləri sahibkarlığın təşviqinə, ticarətin sürətli inkişafına və ümumi biznes mühitinin sağlamlaşmasına səbəb olur. Eyni zamanda, bəzi azad bazar modellərində sosial proqramlar yalnız müəyyən kateqoriyadan olan şəxsləri əhatə edir və iştirak könüllülük prinsipi əsasında həyata keçirilir"- deyə ekspert əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:133
embedMənbə:https://sia.az
archiveBu xəbər 05 İyun 2025 13:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see502

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see229

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see221

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see208

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see207

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see199

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see198

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see195

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see193

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see183

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see179

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see176

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see173

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see171

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see155

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see154

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see151

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see149

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see143

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri