Azad edilən ərazilərdə elektrik enerjisi ilə təmin olunanların SAYI
Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.
"Bu ilin yanvar-sentyabr aylarında "Azərişıq" ASC ümumilikdə 3 milyon 178 min 416 istehlakçını elektrik enerjisi ilə təmin edib".
Bizim.Media xəbər verir ki, bu barədə "Azərişıq" ASC-nin Enerji Satışı Departamentinin İnformasiya Araşdırma İdarəsinin rəis müavini Rüstəm Quliyev Ağdam rayonuna mediatur zamanı işğaldan azad edilmiş ərazilərdə və ümumilikdə ölkədə ötən 9 ay ərzində görülən bərpa və yenidənqurma işlərinə həsr olunmuş mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, onların 2 milyon 979 min 037 məişət istehlakçıları, 199 min 379 isə qeyri-məişət istehlakçılardır. İşğaldan azad olunmuş ərazilər üzrə istehlakçı sayı 16 min 922 nəfər, məişət istehlakçıları 14 896, qeyri-məişət istehlakçıları 2 026 nəfərdir.
Bizim.Media
Baxış sayı:84
Bu xəbər 15 Oktyabr 2026 14:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















