Icma.az
close
up
RU
Azad edilmiş ərazilərdə həyat bərpa olunur

Azad edilmiş ərazilərdə həyat bərpa olunur

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

"Böyük Qayıdış" Proqramı təkcə keçmişə dönüş deyil, eyni zamanda gələcəyə doğru mühüm bir strateji sıçrayışdır


İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”

Uzun illər işğal altında qalan və artıq azad edilmiş ərazilərə vətəndaşların mərhələli şəkildə geri dönüşü dövlətin əsas prioritetlərindən biri olaraq qətiyyətlə həyata keçirilir. 2025-ci il Azərbaycanın müasir tarixində “Böyük Qayıdış” ili kimi əlamətdar bir mərhələyə çevrilməkdədir. Bu proses həm humanitar, həm sosial, həm də strateji baxımdan ölkəmiz üçün xüsusi əhəmiyyət daşıyır. Ənənəyə uyğun olaraq may ayında "Böyük Qayıdış" proqramı çərçivəsində köç prosesləri intensiv şəkildə davam edib. Ağdam rayonunun Kəngərli kəndinə, Xocalı rayonunun Ballıca kəndinə və Laçın rayonunun Bəylik kəndinə yeni köç mərhələsi həyata keçirilib. Bu kəndlərə uzun illərdən sonra yenidən həyat qayıdıb. Köçürülən ailələr üçün bütün zəruri şərait yaradılıb – müasir infrastruktur, təhsil, səhiyyə və sosial xidmətlər təmin edilib. Dövlətin əsas məqsədi təkcə vətəndaşların doğma torpaqlarına qayıtması deyil, həm də onların bu ərazilərdə dayanıqlı və təhlükəsiz həyat qurmasını təmin etməkdir. Hər bir köç karvanı yalnız ailələrin doğma yurdlarına qovuşması deyil, eyni zamanda tarixi ədalətin bərpası, milli yaddaşın və torpaqla bağın yenidən bərpası anlamını daşıyır. "Böyük Qayıdış" təkcə fiziki bir proses deyil – bu, xalqın iradəsinin, birliyinin və gələcəyə inamının təntənəsidir. 2025-ci ildə davam edən bu proses, yaxın illərdə Qarabağ və Şərqi Zəngəzurun tam şəkildə bərpa olunmuş, inkişaf etmiş, rifahlı yaşayış məkanlarına çevriləcəyinə olan ümumi inamı daha da gücləndirir.


Qeyd edək ki, 2025-ci ildə "Böyük Qayıdış" prosesi çərçivəsində həyata keçirilən genişmiqyaslı köçürmələr, yalnız doğma torpaqlara fiziki dönüşü deyil, həm də regionun sosial-iqtisadi dirçəlişini təmin edən strateji yanaşmanın tərkib hissəsidir. Bu prosesin davamlı, planlı və sistemli şəkildə irəliləməsi üçün dövlət səviyyəsində mühüm strateji sənədlər hazırlanır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanmış “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə "Böyük Qayıdış"a dair II Dövlət Proqramı”nın hazırlanması haqqında Sərəncam bu istiqamətdə atılmış növbəti mühüm addımdır. Bu sənədlər azad edilmiş torpaqlarda dayanıqlı inkişafı təmin etməklə yanaşı, "Böyük Qayıdış"ın uzunmüddətli və davamlı əsaslarla gerçəkləşdirilməsinə xidmət edəcək.

Bəs, Yeni Strategiya və Dövlət Proqramında nələr nəzərdə tutulacaq?

"Böyük Qayıdış"a dair II Dövlət Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurun sosial və iqtisadi reinteqrasiyası üçün hansı yeni mexanizmlər tətbiq ediləcək?


“Sherg.az”a açıqlamasında sənədlərin əhəmiyyətini vurğulayan millət vəkili, iqtisadçı-alim Vüqar Bayramov qeyd edib ki, Azərbaycan Prezidenti tərəfindən “2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın və “Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın hazırlanması ilə bağlı imzalanan Sərəncam ölkəmizin yeni mərhələdə qarşılaşacağı çağırışlara və imkanlara adaptasiyası baxımından mühüm əhəmiyyət kəsb edir: 

“Böyük Qayıdış" Proqramı Azərbaycanın işğaldan azad olunmuş ərazilərində dayanıqlı inkişafın təmin edilməsi baxımından strateji əhəmiyyət daşıyır. Bu, sadəcə köç prosesindən ibarət deyil – bu proqram iqtisadi, sosial, infrastruktur və demoqrafik baxımdan kompleks yanaşmanı özündə birləşdirir. Hazırda həyata keçirilən və qarşıdakı illərdə icrası planlaşdırılan tədbirlər, Qarabağ və Şərqi Zəngəzurun yalnız bərpasını deyil, həmin bölgələrin iqtisadi aktiv zonalara çevrilməsini də hədəfləyir. Prezident İlham Əliyevin imzaladığı “Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın hazırlanması ilə bağlı Sərəncam məhz bu baxımdan mühüm addımdır. Proqram bölgənin kənd təsərrüfatı, turizm, sənaye və xidmət sektorları üzrə inkişafına da zəmin yaradacaq. Bu yanaşma həm də regionların iqtisadi potensialının tam reallaşdırılmasına, ölkə üzrə iqtisadi balansın gücləndirilməsinə və sosial ədalətin təmin olunmasına xidmət edir. Qarşıda duran əsas məqsəd – azad edilmiş torpaqlarda həyatın bərpası ilə yanaşı, bu ərazilərin iqtisadi güc mərkəzinə çevrilməsidir. Bu baxımdan "Böyük Qayıdış" Proqramı təkcə keçmişə dönüş deyil, eyni zamanda gələcəyə doğru mühüm bir strateji sıçrayışdır”.


V.Bayramov bildirib ki, Sərəncamla Nazirlər Kabinetinə layihələri və habelə həmin layihələrdə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi üçün zəruri maliyyə vəsaitinin həcminə və maliyyələşmə mənbələrinə dair təkliflərini doqquz ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməsi tapşırılıb:

“Hökumət bu işdə qabaqcıl beynəlxalq təşkilatlarla və ixtisaslaşmış məsləhətçi şirkətlərlə və eləcə də aidiyyəti dövlət orqanları, elmi təşkilatlar, mütəxəssislər və vətəndaş cəmiyyəti təsisatları ilə əməkdaşlıq edəcək. Sənəddə qeyd edilir ki, Azərbaycan qarşıdakı illərdə daha mürəkkəb çağırışların və zəngin imkanların mövcudluğu ilə seçilən yeni mərhələyə daxil olur. Bu mərhələ qlobal iqtisadi qütbləşmənin dərinləşməsi, texnoloji tərəqqinin sürətlənməsi, eləcə də süni intellekt əsaslı texnologiyaların geniş tətbiqi ilə səciyyələnir”.


Deputatın sözlərinə görə, birmənalı şəkildə hər iki sənəd Qarabağ və Şərqi Zəngəzurda intensiv bərpa və yenidənqurma və xüsusən də məskunlaşma prosesinin sürətli davamını təmin edəcək: 

“İşğaldan azad olunan ərazilərimizdə artıq 15 min keçmiş məcburi köçkün məskunlaşıb. İkinci Dövlət Proqramının icrasının başlamasınadək isə təxminən 140 minə yaxın vətəndaşımız öz ata-baba yurdlarına qayıdacaqlar. Bütün bunlar ilə yanaşı, cənab Prezidentin tapşırığına uyğun olaraq, növbəti mərhələdə ölkəmizin ötən illərdə əldə etdiyi sosial-iqtisadi nailiyyətlərin davamlı şəkildə artırılması, bunun üçün özəl, o cümlədən birbaşa xarici investisiyaların cəlbinin genişləndirilməsi, biznes mühitinin əlverişliliyinin yüksəldilməsi, iqtisadiyyatın bilik və texnologiya tutumunun gücləndirilməsi, həmçinin işğaldan azad olunmuş ərazilərə "Böyük Qayıdış"ın davamlılığının təmin edilməsi ilə işlər daha da dərinləşəcək. İşğal dövründə tamamilə dağıdılaraq xarabalığa çevrilən Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur və inkişaf edir. Qarabağ növbəti mərhələdə Azərbaycanın iqtisadi inkişaf drayverlərindən birinə çevriləcək”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://sherg.az
archiveBu xəbər 03 İyun 2025 10:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 iyun dünyanı dəyişə bilər ŞƏRH

17 İyun 2026 18:55see355

Trampın “böyük razılaşması”: İranla münasibətlərdə yeni səhifə açılır?

17 İyun 2026 16:23see306

Xocalının Daşbulaq kəndində baramaçılığın inkişafı üçün yaradılmış infrastruktura baxış keçirilib

17 İyun 2026 19:24see237

Abdul Hüseynov: “Tarixi binaların sökülməsinə qərar verən şəxslər səlahiyyətlərindən yəqin düzgün istifadə edərlər”

17 İyun 2026 20:23see225

ABŞ İranı niyə məğlub edə bilmədi? ŞOK HƏQİQƏT

17 İyun 2026 14:46see195

İngiltərə DÇ ya möhtəşəm başladı YENİLƏNİB

18 İyun 2026 02:01see186

Dünya çempionatı: Norveç qələbə qazanıb

17 İyun 2026 04:21see186

Rəşad Sadıqov "Zirə"nin rəqibindən danışdı: Gözlənilməz oldu

17 İyun 2026 01:52see182

Neft emalı zavodlarına edilən hücumlar “kömək etdi”...

17 İyun 2026 19:43see178

Holand atasından 32 sonra dünya çempionatında debüt edib

17 İyun 2026 02:41see170

Maskdan 60 milyard dollarlıq plan

17 İyun 2026 03:52see168

2023 cü ildə bizə zəng vurdular ki, eviniz hazırdır Sakin şirkət tərəfindən aldadıldığını İDDİA ETDİ

17 İyun 2026 22:09see167

Diddi həbsdən nə vaxt çıxacaq? Tarix açıqlandı

18 İyun 2026 02:32see167

Bişirməzdən əvvəl hansı qidalar yuyulmamalıdır?

18 İyun 2026 00:13see165

Hilalın altında Bakı... Foto

18 İyun 2026 00:18see164

Azərbaycanda pensiya ilə bağlı mühüm qərar: 12 gün sonra… RƏSMİ

18 İyun 2026 06:24see163

“ABŞ ordusu bir müddət Körfəzdə qalacaq”

18 İyun 2026 03:01see160

Vens: ABŞ İran razılaşması İsrail, Livan və Körfəz ölkələrini də əhatə edəcək

17 İyun 2026 01:48see151

Tramp və Pezeşkian ABŞ İran sazişinin nüsxəsini imzalayıblar

18 İyun 2026 05:01see148

Azərbaycanda kraudfandinq fəaliyyəti tənzimlənəcək

17 İyun 2026 14:50see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri