Azad edilmiş ərazilərdə su təchizatı layihələri üçün 15,6 milyon manatlıq müqavilələr bağlanılıb
Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində fəaliyyət göstərən "Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti" publik hüquqi şəxsi (PHŞ) işğaldan azad edilmiş ərazilərdə su təchizatı ilə bağlı iki şirkətlə 15 milyon 597 min 314 manat məbləğində iki müqavilə bağlayıb.
Oxu.Az xəbər verir ki, "Protean Construction" ASC ilə 15 yaşayış məntəqəsi üzrə xarici su təchizatı sisteminin yenidən qurulması işlərinin satın alınmasına dair müqavilənin məbləği 13 milyon 686 min 968 manat təşkil edir. Satınalma bir mənbə metodu ilə həyata keçirilib. Layihə üzrə işlərin 30 sentyabr 2027-ci ilədək tamamlanması nəzərdə tutulur.
"Az Graft Construction" MMC ilə bağlanan müqavilə çərçivəsində altı yaşayış məntəqəsi üzrə xarici su təchizatı sisteminin yenidən qurulması işləri həyata keçiriləcək. Layihənin məbləği 1 milyon 910 min 346 manat müəyyənləşdirilib. Satınalma metodu bu layihə üzrə də bir mənbə olub. Müqavilə üzrə işlər 30 sentyabr 2027-ci il tarixində başa çatacaq.
Elmidar Əliyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 01 Yanvar 2026 17:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















