Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Azad Kəlbəcər Zəfər tariximizin parlaq səhifələrindən biridir

Azad Kəlbəcər Zəfər tariximizin parlaq səhifələrindən biridir

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

25 Noyabr Azərbaycan tarixinin ən şərəfli, ən möhtəşəm səhifələrindən birinin rəmzidir. Bu gün Kəlbəcər şəhərinin yenidən Azərbaycan dövlətinin tam suverenliyi altına qayıtdığı tarixi gündür. Kəlbəcər uzun illər həsrət çəkdi, dağıntıya məruz qaldı, lakin heç vaxt Azərbaycan xalqının yaddaşından silinmədi. Bu gün milli dövlətçilik fəlsəfəsinin, liderlik amilinin və tarix boyu formalaşmış ideoloji xəttin böyük təntənəsidir. Azərbaycana qayıdan hər bir qarış torpaq kimi Kəlbəcər də böyük Zəfərin parçasıdır. Bu Zəfərin müəllifi Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasi strategiyasını qətiyyətlə davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və onun ətrafında sıx birləşmiş Azərbaycan xalqıdır.

Kəlbəcər Azərbaycan tarixində xüsusi yeri olan bir bölgədir. Əzəmətli dağları, zəngin su ehtiyatları, təbii sərvətləri, mədəni irsi və strateji mövqeyi ilə bu torpaq Azərbaycan xalqının yaddaşında dərin izlər buraxıb. Bu ərazi əsrlər boyu Azərbaycan türklərinin yurdu olub, Qarabağ bölgəsinin həyat dövranında mühüm rol oynayıb.

Kəlbəcərin azad olunması Vətən müharibəsinin hərbi əməliyyatları nəticəsində baş tutan qələbənin bir parçası olmaqla yanaşı, strateji-siyasi üstünlüyün, diplomatik ustalığın və Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sarsılmaz qətiyyətinin nəticəsi idi. 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanat Ermənistanın kapitulyasiyası demək idi. Bu bəyanata əsasən, Ağdam, Laçın ilə birgə Kəlbəcər də bir güllə atılmadan Azərbaycana qaytarılırdı. Beləliklə, 25 Noyabr 2020-ci ildə Kəlbəcər döyüşsüz, hərbi əməliyyatsız, amma tam Azərbaycan şərtləri ilə azad edildi. Bu, Azərbaycan ordusunun qüdrətinin, Ermənistan məğlubiyyətinin və bölgədə yaranmış yeni siyasi nizamın ən bariz nümunəsi idi. Ermənistan ordusunun Kəlbəcərdən çıxarkən törətdiyi dağıntılar, yandırılan evlər, daşınan infrastrukturlar, məhv edilən ağaclar bir daha göstərdi ki, düşmən bu torpağın sahibi olmayıb və heç vaxt ola bilməzdi. Azərbaycan isə o torpaqlara həyat qaytarmaq, onlara yeni nəfəs vermək üçün heç bir imkanını əsirgəmədi. Bu, liderliyin, dövlətçilik məsuliyyətinin və milli ideologiyanın ən yüksək səviyyədə həyata keçirilməsidir.

Kəlbəcər şəhər gününün təsis edilməsi əslində tarixi hadisə olmaqla yanaşı həm də dövlətçilik ideologiyasının, gücünün, eyni zamanda dövlətin diqqət və qayğısının təzahürüdür. Bu gün gənc nəsil Kəlbəcərin azad olunmasını, onun niyə Azərbaycan üçün bu qədər əhəmiyyətli olduğunu da dərk edir. Coğrafi baxımdan Kəlbəcər Qarabağla Şərqi Zəngəzur arasında strateji qovşaq rolunu oynayır. Su elektrik ehtiyatları, təbii sərvətləri, yolları və yüksəklikləri ilə bölgənin təhlükəsizliyində həlledici mövqedə dayanır. Bu torpağın azad olunması Zəfərimizin hərbi mərhələsinin tamamlanmasında mühüm faktor idi. Regionda tam yeni bir təhlükəsizlik arxitekturası formalaşdı.

Bu gün Kəlbəcərə baxanda hər kəs bir həqiqəti görür: Azərbaycan bu bölgəyə həyat qaytarır. Azadlıqdan dərhal sonra Kəlbəcərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə start verdi. Bölgənin çətin dağlıq relyefinə baxmayaraq, tarixdə görünməmiş infrastruktur layihələri həyata keçirilir. Kəlbəcər-Laçın, Toğanalı-Kəlbəcər, İstisu-Kəlbəcər yolları, Murovdağ silsiləsinin altından çəkilən nəhəng tunellər, yeni elektrik xətləri, su infrastrukturunun bərpası, müasir şəhər salma layihələri bu torpağın gələcəyinə dövlətin necə böyük əhəmiyyət verdiyini göstərir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Kəlbəcərə səfərləri, görülən işlərlə yaxından tanışlıq, sakinlərlə görüşləri bütün dünyaya bura olan diqqət və qayğının yüksək səviyyədə olması mesajını verir.

Kəlbəcərin yenidən qurulması suveren Azərbaycanın inkişaf prosesinin əsas həlqələrindən biridir. Bu bölgənin bərpası ilə Qarabağ və Şərqi Zəngəzur tam şəkildə Azərbaycanın yeni iqtisadi xəritəsinə daxil olur. Bu xəritə yalnız tikinti və infrastruktur layihələri ilə məhdudlaşmır; bu, həm də milli ideoloji və mənəvi konsolidasiyanın xəritəsidir. Çünki Kəlbəcər yalnız torpaq deyil, həm də bir yaddaşdır, bir kimlikdir, bir ruhdur. Bu ruhun dirçəldilməsi xalqın bütünlüklə ayağa qalxması, dövlətin gücünü daha da artırması və cəmiyyətin həmrəylik halında irəliyə doğru yönəlməsidir.

Kəlbəcər şəhər günü həm də beynəlxalq aləmdə yaranmış yeni reallıqların təsdiqidir. Azərbaycan torpaqlarını güc yolu ilə deyil, beynəlxalq hüquqa əsaslanan legitim addımlarla, ədalətli şəkildə azad etdi. Ermənistanın kapitulyasiyası, Azərbaycanın bölgədə hərbi-siyasi üstünlüyü, regional əməkdaşlıq formatlarının Bakının şərtləri əsasında formalaşması yeni dövrün başlanğıcıdır. Bu dövrün mahiyyəti Azərbaycan dövlətçiliyinin güclənməsi, milli maraqların təmin edilməsi və qəti liderliyin strateji nəticələridir. Bu gün Kəlbəcərdə tikilən hər bir bina, çəkilən hər bir yol, ucaldılan hər bir körpü qalib ideologiyanın təcəssümüdür. Bu, dövlətin xalqına bağlılığının, liderin xalq qarşısında məsuliyyətinin və xalqın dövlətə inamının bariz göstəricisidir.

25 Noyabr – Kəlbəcər şəhər günü Azərbaycan xalqının qürur günüdür. Bu gün xalqın birliyi, ordunun gücü, dövlətin siyasi iradəsi və liderliyin qətiyyəti ilə yazılan tarixi Zəfərin davamı kimi hər il qeyd olunur. Bu gün Kəlbəcərə baxanda hər kəs bir həqiqəti görür: Azərbaycan qalib dövlətdir və bu qələbə əbədi olacaq. Kəlbəcər isə bu əbədiliyin canlı simvollarından biridir.

Vasif Nəbiyev

YAP Yasamal rayon təşkilatının məsləhətçisi

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:172
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 24 Noyabr 2025 11:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see653

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see328

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see312

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see307

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see300

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see297

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see277

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see276

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see269

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see268

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see254

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see252

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see230

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see220

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see220

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see219

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see213

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see209

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see205

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri