Icma.az
close
up
RU
Azad olunan ərazilərdə çalışan müəllimlər ilk dəfə sertifikasiya imtahanında iştirak ediblər FOTO

Azad olunan ərazilərdə çalışan müəllimlər ilk dəfə sertifikasiya imtahanında iştirak ediblər FOTO

Icma.az xəbər verir, Azxeber.com saytına əsaslanaraq.

İşğaldan azad edilmiş ərazilərdə işləyən müəllimlərin Bərdə və Ağcabədi rayonlarında sertifikasiya imtahanı keçirilib.

AZXEBER.COM report-a istinadən xəbər verir ki, Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı baş tutub.

İmtahana Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələrinin pedaqoji heyəti qatılıb. Bu il ilk dəfə olaraq sertifikasiya imtahanlarında Xankəndi şəhər N.Gəncəvi adına 4 nömrəli tam orta məktəb, Şuşa şəhər 1 nömrəli orta məktəb, Ağdərə rayon Talış kənd orta məktəbi, Füzuli şəhər Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb, Xocalı rayon 1 nömrəli orta eləcə də Xocalı rayon Ballıca kənd orta məktəbində çalışan təhsilverənlər iştirak ediblər.

Bərdə şəhər N.Nərimanov adına 3 nömrəli tam orta məktəb və Ağcabədi şəhər M. Aranlı adına 11 nömrəli tam orta məktəblərin inzibati binasında keçirilən imtahan prosesi tam şəffaf şəkildə və elektron qaydada təşkil olunub. Elm və Təhsil nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdir müavini Nəriman Qəhrəmanlı və Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Məsimli imtahanın keçirildiyi Bərdə şəhər N. Nərimanov adına 3 nömrəli tam orta məktəbə gələrək proseslə tanış olub və müəllimlərə uğurlar arzulayıblar. Hər iki rayonda təşkil edilən imtahanlarda 1894 müəllim iştirakı üçün şərait yaradılıb.

Qeyd edək ki, imtahanda 60 sual təqdim edilib. Hər düzgün cavab 1 balla qiymətləndirilir. İmtahan prosesi 120 dəqiqə çəkir.Bu mərhələnin nəticələri üzrə balların hesablanması avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilir və imtahan başa çatdıqdan dərhal sonra namizədə elan olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:65
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 18 İyun 2025 13:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see155

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see147

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see142

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see132

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see132

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see132

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see131

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see130

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see130

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see127

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri