Icma.az
close
up
RU
Azad olunmuş ərazilərdə fermerlərə hansı güzəştlər verilir? Ekspert

Azad olunmuş ərazilərdə fermerlərə hansı güzəştlər verilir? Ekspert

Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.

(Yazı "Azad sahibkarlığın inkişafı və liberal iqtisadiyyatın təşviqi” mövzusu əsasında hazırlanıb)

Artıq Kənd Təsərrüfatı Nazirliyi işğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədi ilə istifadəyə verilməsi üçün müraciətlərin qəbuluna başlayıb. Müraciətlər Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) – eagro.az saytı vasitəsi ilə qəbul ediləcək.  Eyni zamanda işğaldan azad edilmiş rayonlarda torpaqların istifadəyə verilməsinə start verilir. 

Kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə verilməsi ölkə Prezidentinin 27 noyabr 2024-cü il tarixli, 236 nömrəli fərmanı və Nazirlər Kabinetinin 26 dekabr 2024-cü il tarixli qərarı ilə təsdiqlənən "İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə verilməsi Qaydaları”na əsasən həyata keçiriləcək.


Kənd təsərrüfatı təyinatlı torpaqlarda sahibkar və fermerlərə fəaliyyət göstərmək üçün hansı güzəştlər verilir?

İqtisadçı ekspert Akif Nəsirli Qaynarinfo-ya açıqlamasında bildirib ki, sahibkarların, kənar şəxslərin, iş adamlarının işğaldan azad edilən ərazilərdə torpaqların icarəyə götürülməsi prosesi çoxdan başlayıb:

"Əksər aqroparkların işğaldan azad olunmuş ərazilərdə icarəyə götürdüyü torpaqlar var. Bu torpaqların da icarə haqqı kifayət qədər aşağıdır. Hətta mən deyərdim, rəmzidir. Məndə olan məlumata görə bəzi hallarda həmin torpaqların bir hektarını aqroparklara və digər sahibkarlara 5 manata icarəyə veriblər. İndi əsas məsələ həmin ərazidə məskunlaşmış əhalinin torpaq icarəyə götürməsidir. Amma orada onlara veriləcək torpaqların icarə haqqı tarifləri barədə məlimatımız yoxdur”.

Akif Nəsirli deyir ki, bu gün işğaldan azad edilən ərazilərdə məskunlaşan əhalinin sayı azdır, amma orada torpaq sahələri çoxdur:

"Əhali tam məskunlaşana kimi həmin torpaqlar əslində ora köçən əhaliyə icarəyə verilməlidir. Qarabağa böyük qayıdış proqramı əsasında köçürülən əhali həmin ərazidə məskunlaşsın, torpağa bağlansın, işləsin və qazansın. Yəni, həm torpağa bağlansın, həm də ölkənin kənd təsərrüfatı məhsulları istehsalına töhvə versin. Bu, əsas məsələdir. Qarabağda məskunlaşan əhaliyə birinci növbədə torpaq verilməlidir. Orada hər bir ailəyə il ərzində dolandıra biləcək torpaq sahəsi verilməlidir. Məsələn, adam başına 2-3 hektar torpaq sahəsi verilə bilər. Çünki orada əhali azdır, torpaq sahəsi isə çoxdur”.

Akif Nəsirli həmin ərazilərdə azad sahibkarlığın inkişafı üçün şəraitin olduğunu qeyd edib:

"Azad sahibkarlığın inkişafı üçün torpaq icarəyə görürən keçmiş məcburi köçkünlərimiz var. Torpaqla bağlı ancaq yerli bələdiyyələrə vergi verilir. Həmin ərazilərdə onsuz da bələdiyyələr yoxdur. Qalan vergilərdən Azərbaycanda vətəndaşlar azaddır. Hesab edirəm ki, işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən məcburi köçkünlər həmin vergidən də azad olmalıdır. Hazırda hektarı 15 manatdır, amma hər halda puldur. Ona görə düşünürəm ki, bundan da azad olmalıdırlar. Bundan əlavə həmin məcburi köçkünlərə verilən güzəştli kreditlərə çıxış imkanları genişləndirilməlidir ki, onlar icarəyə götürdüyü torpaqları becərmək üçün kapitala sahiblənsinlər”.

Akif Nəsirli əlavə edib ki, işğaldan azad edilən ərazilərdə liberal iqtisadiyyatın inkişafı üçün gərəkən addımlar atılıb:

"Orada fəaliyyət göstərən şirkətlərə vergi, sığorta güzəştləri tətbiq edilib, onların güzəştli kreditlərə çıxış imkanları artırılıb. İstəlinən sahibkara həmin ərazidə fəaliyyət göstərmək imkanı verilməlidir. Bildiyim qədərilə, hər sahibkar işğaldan olunmuş ərazidə fəaliyyət göstərə bilmir. Burada maneələrin olduğu deyilir. Orada fəaliyyət göstərməyə maraq göstərənlər var. Hesab edirəm ki, orada fəaliyyət göstərmək üçün bütün imkanlar hamıya verilməlidir”.    


 Bahar Rüstəmli

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.



Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 07 Mart 2025 16:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see236

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see189

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see170

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see161

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see157

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see155

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see155

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see152

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see151

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see146

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see139

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see136

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see133

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see132

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri