Icma.az
close
up
RU
Azad olunmuş rayonların deputatları ata baba yurduna köçmək İSTƏYİRLƏRMİ...

Azad olunmuş rayonların deputatları ata baba yurduna köçmək İSTƏYİRLƏRMİ...

Icma.az bildirir, Modern.az portalına istinadən.

İşğaldan azad olunmuş ərazilərdə böyük tikinti-quruculuq işləri, məskunlaşma həyata keçirlir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunda təhlükəsiz yaşayışın təmin olunması, əhalinin geri qayıdışı və ərazilərdə dayanıqlı məskunlaşma “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın prioritet istiqamətlərini təşkil edir. Hazırda Qarabağ və Şərqi Zəngəzur regionlarında 30 mindın çox insan yaşayır. Bu sayın yaxın aylarda daha da artacağı gözlənilir.
Bəs işğaldan azad olunmuş əraziləri Milli Məclisdə təmsil edən deputatlar da ata-baba yurdlarına qayıtmağı, doğma rayonlarında daimi yaşamağı planlaşdırırlarmı?

Modern.az saytı işğaldan azad olunmuş ərazilərin parlamentdəki təmsilçiləri arasında sorğu keçirib.

120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin deputatı Ceyhun Məmmədov bildirib ki, səbirsizliklə ata-baba yurduna qayıdacağı günü gözləyir:
 

"Əlbəttə, hesab edirəm ən birinci biz geri qayıtmalı, gedib orada yaşamalıyıq. Çünki bizim hər birimizin ən böyük arzusu torpaqlarımızın azad olunması idi. İllərdir səbirsizliklə bu günü gözləyirdik və Allaha şükür, nəhayət torpaqlarımız işğaldan azad olunub. Hamımızın borcudur ki, gedək orada yaşayaq və oraları dirçəldək. Burada Prezident İlham Əliyevin səyləri, həyata keçirdiyi işlər, atdığı addımlar var. Eyni zamanda o torpaqlar uğrunda nə qədər vətəndaşımızı itirmişik, şəhidlərimizin qanı töküb. Ona görə də mən də, qohumlarım da, yaxınlarım da, ətrafım və bütün cəbrayıllılar səbirsizliklə ora qayıtmağı gözləyirik".

Deputat qeyd edib ki, Cəbrayıla qayıtmaq üçün böyük istək var:


"Bu gün xeyli müraciətlər var, hamı istəyir ki, öz ata-baba torpaqlarına qayıtsın. Hamı bizə Cəbrayıla, onun kəndlərinə qayıdışla bağlı suallar verir. Ortada çox ciddi istək var. Cəbrayıl qurulduqca, biz də öz növbəmizdə üstümüzə düşən vəzifəni həyata keçirəcəyik – həmin ərazilərdə görüşlər, qəbullar planlaşdırırıq".
 

118 saylı Ağdam - Xocalı seçki dairəsinin deputatı Elman Məmmədov deyir ki, hazırda Xocalı şəhərindəki evinin tikintisi gedir və səbirsizlikə onun hazır olmağını gözləyir:


"Təkcə  mən yox, bütün keçmiş məcburi köçkünlər 32-33 il bu həsrətlə yaşamışıq. Təbii ki, hər birimiz köçmək həsrətində olmuşuq. Bir il bundan öncə, fevral ayının 26-da cənab Prezident Xocalıya səfər etdi. Orada Xocalı şəhidlərinin xatirəsinə həsr olunmuş memorial kompleksinin təməlqoyma mərasimi də oldu. Sonra Xocalı şəhərinə - mənim ata-baba evimin yerləşdiyi əraziyə getdik. Mən cənab Prezidentimizə ata-baba evimi göstərdim. Evim ermənilər tərəfindən sökülmüşdü. İndi yeni bünövrə tökülüb, tikilir. Mən səbirsizliklə o evin inşaatının başa çatmasını və gedib doğma evimdə yaşamağı gözləyirəm".
 

84 saylı Füzuli seçki dairəsinin deputatı Vüqar Bayramov: "Əminəm ki, hər bir keçmiş məcburi köçkün öz ata-baba yurduna qayıtmağı düşünür. Mən Füzuli rayonunun Aşağı Güzdək kəndində dünyaya gəlmişəm. Orta məktəb təhsilimi kənddə almışam. Bizim kəndimiz 1993-ci ildə işğal olundu və nəticədə tamailə dağıdıldı. Mən də keçmiş məcburi köçkün kimi öz kəndim bərpa edildikdən sonra ora qayıtmağı düşünürəm. Bizim kəndin bərpası da artıq gündəmdədir. Kəndimizin bir neçə qonşu kəndlə birləşdirilməsi və daha böyük yaşayış məntəqəsinin salınması nəzərdə tutulur. İnşallah, kəndimiz bərpa olunduqdan və məskunlaşmaya start verildikdən sonra mən də ata-baba yurdumda daimi yaşamaq üçün müraciət etmək niyyətindəyəm. Bizim rayon sakinləri arasında apardığımız sorğular da göstərir ki, böyük əksəriyyət ata-baba yurdlarına qayıtmağı düşünür".
 

121 saylı Laçın seçki dairəsinin deputatı Rövşən Muradov: "Mənim nəslim-köküm qanuni laçınlıdır. Ata nəslimdən danışıram. Anam laçınlı qızı deyil. Atam 12 yaşından sonra Bakıda oxuyub, sonra da ailə qurub. Amma mən təmiz laçınlı oğluyam. Bizim kəndimiz Xumarta adlanır. Xumarta kəndinin hələ ki layihəsi yoxdur. Mənim üçün ən böyük şərəfli iş o oldu ki, azad olunmuş Laçından cənab Prezidentin rəhbərlik etdiyi partiyanın namizədi kimi seçkilərə qatıldım. Mən 31 ildir ki, Milli Məclisdə işləyirdim. Onun da 20 ili İqtisadi qanunvericilik şöbəsinin sədr müavini vəzifəsində olub. Eyni zamanda iqtisad elmlər doktoru, professoram. Əlbəttə ki, Xumarta kəndində babamın torpağında evimin olmasını arzulayıram. İndiki məqamda çalışıram ki, ilk növbədə evi-eşiyi olmayanları köçürə bilək. Laçın səngər-qaladır, Qarabağa açılan qapıdır. Mənfur qonşumuz hələ də silahlanır.  Laçın MDB-nin mədəniyyət paytaxtı elan edilib, mart ayından sonra orada Hava Limanı açılmalıdır. Laçına gediş-gəliş çox olacaq. Digər rayonlarda olduğu kimi, Laçında da işsizlik problemi var. Ona görə də mən gecə-gündüz çalışıram. Qurumlardan xahiş edirəm, keçmiş əlaqələrdən istifadə edirəm ki, işsizlik probleminin həllinə dəstək olum. Bütün bunları təmənnasız, “sağ ol”suz edirəm. Əlbəttə, gələcəkdə ata-baba torpaqlarında tək mənim yox, nəslimizin evi ola bilər. Biz orada məskunlaşaq ki, uşaqlarımız da laçınlı olduğumuzu bilsinlər. Hamı Bakıda yaşasa, Laçında kim yaşayacaq? Laçına köç olmalıdır. Təkcə köklü laçınlılar yox, talışlar da, ləzgilər də, Azərbaycanda yaşayan digər xalqların nümayəndələri də gəlib Laçında məskunlaşsınlar, yaşasınlar. Laçının əhalisi nə qədər çox olsa, o qədər yaxşıdır. Laçının əhalisi 75700 nəfərdir. Bu gün Laçında 150 min insanın yaşaması üçün yer var".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:116
embedMənbə:https://modern.az
archiveBu xəbər 04 Fevral 2025 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see254

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see201

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see167

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see164

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see153

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see145

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri