Icma.az
close
up
RU
“AzadlıqRadiosu” nun maliyyələşdirilməsi məsələsi Aİ nazirlərinin müzakirəsinə çıxarılacaq…

“AzadlıqRadiosu” nun maliyyələşdirilməsi məsələsi Aİ nazirlərinin müzakirəsinə çıxarılacaq…

Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Çexiya Xarici işlər naziri Yan Lipavski ABŞ-nin “Azad Avropa/Azadlıq Radiosu”nun (RFE/RL) maliyyələşdirilməsini dayandırmasının ardından, Avropa İttifaqı nazirlərinin bu gün – martın 17-də keçiriləcək görüşündə bu medianın gələcəyini müzakirə etmək istədiklərini bildirib.

Gununsesi.info xəbər verir ki, “Əvvəlcə nəsə etmək üçün siyasi iradənin olub-olmadığını müəyyən etməliyik. Bu səbəbdən bu gün bu məsələni qaldıracağam”, – deyə Lipavski Brüsseldə keçirilən Aİ xarici işlər nazirlərinin toplantısından öncə qeyd edib.

Martın 15-də ABŞ Prezidenti Donald Tramp yeddi federal agentliyin, o cümlədən ABŞ-nin Qlobal Media Agentliyinin (USAGM) ixtisar edilməsi ilə bağlı fərman imzalayıb. USAGM “Azad Avropa/Azadlıq Radiosu”, “Amerikanın Səsi” və bəzi digər media qurumlarını koordinatorluq edir.

Sənəddə qeyd olunur ki, hər bir agentliyin rəhbəri yeddi gün ərzində prezident administrasiyasının büdcə idarəsinə Trampın fərmanına riayət olunduğunu təsdiq edən və agentliyin hansı komponentlərinin və ya funksiyalarının “qanunla məcburi olduğunu və hansı dərəcədə” olduğunu izah edən hesabat təqdim etməlidir.

Fərman dərc edildikdən bir neçə saat sonra “ABC News”un keçmiş müxbiri, jurnalist Tara Palmeri USAGM-in göndərdiyi iddia olunan məktubu yayımlayıb. Məktubda Konqresin təsdiqlədiyi “RFE/RL”in maliyyələşdirilməsi üçün nəzərdə tutulan qrantın dayandırıldığı bildirilir.

Məktuba USAGM-in baş direktorunun səlahiyyətlərini icra edən şəxsin baş müşaviri kimi özünü təqdim edən Kari Leyk imza atıb. O, həmin səlahiyyətləri ona icraçı direktorun verdiyini qeyd edib.

Tramp Leyki “Amerikanın Səsi” radiosunun rəhbəri vəzifəsinə təyin etsə də, onun təyinatını Beynəlxalq Yayım Məsləhət Şurası təsdiqləməlidir.

“Azad Avropa/Azadlıq Radiosu” ilə qrant müqaviləsinin ləğvi Amerikanın düşmənləri üçün böyük bir hədiyyə olacaq. İranlı ayətullahlar, Çinli kommunist liderlər, eləcə də Moskva və Minskdəki avtokratlar, “RFE/RL”in 75 illik fəaliyyətindən sonra bağlanmasını bayram edəcəklər. Rəqiblərimizin qələbə qazanmasına icazə vermək onları gücləndirmək, Amerikanı isə zəiflətmək deməkdir” – deyə “Azad Avropa/Azadlıq Radiosu”nun prezidenti və baş direktoru Stiven Kapus bildirib.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:89
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 17 Mart 2025 15:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see168

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see153

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see149

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see139

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see136

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see134

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see131

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see130

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see125

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri